AzTehsil.com


Xəbərlər / Ziyalılar / Müəllim
17 aprel 2020
3 783


Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi



Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

 

 Müstəqillik qazandığımız respublikamızda yetişən gənc nəslin mənəvi tərbiyəsi, mənəvi mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, mənəvi mədəniyyət olmadan qazanılan təhsilin də, əldə edilmiş biliklərin də əhəmiyyəti və səmərəsi olmayacaq. 

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin I Ümumrespublika Forumunda bu barədə demişdir: "Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir... Mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə, bəlkə də, keçmiş illərdən daha çox lazımdır”. Göründüyü kimi, Ulu öndər mənəviyyat dedikdə, buraya insanı ucaldan, onu zənginləşdirən milli Azərbaycan vətənpərvərliyini, milli ləyaqəti, hərbi vətənpərvərliyi, milli iftixarı, milli dəyanət və vicdanı, düşmənə nifrəti, xalqımızın adət və ənənələrini, ana dilini dərindən bilməyi, milli və ümumbəşəri mənəvi dəyərlərin vəhdətinin təmin edilməsini, böyüyə hörməti, düzlük və doğruçuluğu və s. bu kimi keyfiyyətləri daxil edir. Xalqımızın tarixinin bütün mərhələlərində yüksək mənəviyyat olmuş, mənəvi keyfiyyətlər gənclərə aşılanmışdır. 

Ümummilli lider Heydər Əliyevin təbirincə desək, yetişən nəslin yüksək mənəvi əsaslara yiyələnməsi müstəqil, suveren və demokratik dəyişikliklər yolu ilə gedən respublikamızın ümumtəhsil məktəblərinin təlim və tərbiyə üzrə təcrübəsində çox əhəmiyyətli yer tutmalı, xüsusilə kiçikyaşlı məktəblilərin mənəvi mədəniyyətinin formalaşdırılmasında başlıca vəzifələrdən biri olmalıdır. 

Ölkənin gələcəyinin etibarlı əllərdə olması bu gün yetişən nəslin, övladlarımızın mənəvi simasının yeniləşməsindən, onların  həyat mövqelərinin düzgün müəyyənləşdirilməsindən çox asılıdır. Bu, isə öz-özünə yaranmır. Bu, proses insanın nümunəvi fəaliyyəti ilə əlaqədardır və onunla şərtlənir. Belə bir praktik fəaliyyətin yaxşı təşkili isə onun çox bacarıqla qurulmuş pedaqoji stimullaşdırılmasından asılıdır. 

Məsələyə bu kontekstdən yanaşdıqda deməliyik ki, ümumtəhsil məktəblərinə gətirilən yeni ideyalar içərisində mənəvi mədəniyyətlə bağlı olan elmi ideyalar da yer almalıdır. Hansı ki, bu mənəvi mədəniyyət nümunələri həm milli, həm də ümumbəşəri dəyərlərə əsaslanan bilik, bacarıq, vərdişlər sistemini özündə ehtiva etməlidirir. Ona görə ki, bu gün Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyası üçün belə zəruri yanaşmalara ehtiyac vardır.

Belə bir təqdirdə ölkəmizin milli və bəşəri dəyərlərinin sintezinin beynəlxalq təcrübəyə inteqrasiya edilməsi təcrübəsinin yaradılması lazım gəlir. Əslində bu təcrübə ölkəmizdə həyata keçirilən kurikulum siyasətində bu və ya digər dərəcədə mümkündür. Yəni "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas xəttinə görə şagirdlərin şəxsiyyətyönümlülük səviyyəsinin yüksəldilməsi qarşıda duran vəzifələrdəndir. Şəxsiyyətyönümlü təlimin yaradılmasında isə milli-mənəvi dəyərlərdən istifadə eləmək başlıca şərtlərdən hesab olunur. Ona görə ki, kiçikyaşlı şagirdlərdə mənəvi mədəniyyət elementləri aşılamadan onların şəxsiyyətyönümlülük səviyyəsini yüksəltmək olmaz. Yalnız bu yolla maddi kapitalın insan kapitalına çevrilməsi təcrübəsini reallaşdırmaq mümkündür. 

Ölkəmizin Prezidenti cənab İlham Əliyevin sərəncam və çıxışlarında "maddi kapitalın insan kapitalına çevrilməsi” ideyası irəli sürülür. Bu, ilk növbədə, insanlarımızda insanlıq tərbiyəsi, mənəviyyat tərbiyəsidir. Bu, mənəvi cəhətdən zəngin, əxlaqca saf, fiziki cəhətdən sağlam insanlar yetişdirmək ideyasıdır. 
Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda milli-mənəvi dəyərlərə yiyələnməklə gənc nəslin mənəvi-əxlaqi tərbiyəsi əsas vəzifələrdən biri kimi belə qeyd olunur: "Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir”. 

Demokratik cəmiyyətdə yaşadığımız hazırkı şəraitdə sivilizasiyanın tələblərini gözləmək lazım gəlir. Çünki sivil mədəniyyət yetişən nəslin əxlaqi-etik sifətlərini həm formalaşdırır, həm də təkmilləşdirir. Sivilizasiyanın tələblərini gözləməklə mənəvi mədəniyyətə yönəldilən ibtidai sinif şagirdləri modern səviyyədə mənəvi mədəniyyət elementlərinə yiyələnirlər və bu zaman onların qloballaşma mühitinə istiqamət almalarından danışmaq olar. Başqa sözlə desək, yetişən nəslin mənəvi mədəniyyətə yiyələndirilməsi onların qlobal səviyyədə inkişafını təmin edən amillər kimi dəyərləndirilir. Tələb olunur ki, bugünkü məktəbli dünənkindən daha bilikli, daha hazırlıqlı olsun, sabah bugünkündən daha ağıllı və daha hazırlıqlı olsun. 

Müasir məktəbli geniş elmi-mədəni dünyagörüşünə sahib olmalı, bəşəri və milli-mənəvi dəyərləri mənimsəməli, hər yerdə yüksək mədəni davranış nümayiş etdirməli və daim mənəvi mədəniyyət səviyyəsini artırmalıdır. O Vətənini, xalqını, insanları dərin məhəbbətlə sevməli, xalqın mənəvi dəyərlərinə, o cümlədən dilinə, dininə, bayrağına, himninə, gerbinə, adət və ənənələrinə hörmət etməli və onlara sadiq olmalıdır. 

Mənəvi mədəniyyət mənəvi tərbiyənin nəticəsi kimi özünü göstərir. O, mütəmadi olaraq fasiləsiz təkmilləşmə, inkişaf prosesində olmalıdır. Çünki mənəvi mədəniyyət daha çox insanın əməli, fəaliyyəti, praktik işi ilə bağlıdır. Bu prosesin isə daha çox və ən mühüm iştirakçıları kiçikyaşlı məktəblilərdir. 

Ümumtəhsil məktəblərində tədris edilən bütün fənlər, eləcə də dərsdənkənar işlər və məktəbdənkənar tərbiyəvi tədbirlər şagirdlərin mənəvi mədəniyyətinin formalaş-dırılmasında mühüm rol oynayır. Mənəvi mədəniyyət olmadan qazanılan biliyin də əhəmiyyəti ola bilməz. Mənəviyyatsız bilik insanın inkişafını təmin edə bilməz. Yada salsaq görərik ki, keçmiş tariximizdən bizə qalan tarixi simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün ən güclü örnək edən, bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır. Bu mənada yetişən nəslin, xüsusilə, kiçikyaşlı məktəblilərin mənəvi cəhətdən saflaşdırılması, onların mənəviyyatca bütövləşdirilməsi mühüm aktuallıq kəsb edir. 

Təhsilimizin Avropa təhsilinə inteqrasiyası ilə əlaqədar olaraq təhsil sisteminin strukturunda, təhsilin məzmununda, forma və metodlarında qlobal dəyişikliklər baş verməkdədir. "Azərbaycan-2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası"nda deyildiyi kimi, şagirdlərin idrak fəallığının, "yaddaş məktəbi”ndən "təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Əlbəttə ki, hazırda zamanın tələblərinə uyğun surətdə ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin əsası qoyulmalıdır. Bunun üçün insan kapitalına diqqət artırılmalıdır ki, bu da təhsil sisteminin təkmilləşdirilməsini, həyat boyu təhsilə, mənəvi mədəniyyətin inkişafına diqqətin artırılmasını tələb edir.
Məktəbin bütün tədris proqramı hadisələrə idrakın gücü ilə qiymət vermək vərdişləri, şüurlu intizam yaratmaq, məntiqi təfəkkürü inkişaf etdirmək, bir sözlə mənəvi insanı yetişdirmək, onu səmərəli fəaliyyət sahələrinə istiqamətləndirmək məqsədinə xidmət etməlidir.

Təhlil və müşahidələrimiz göstərir ki, mənəvi mədəniyyət üzrə ümumtəhsil məktəblərimizdə, xüsusilə ibtidai siniflərdə kifayət qədər iş aparılmır. Müəllimlər daha çox təlim məsələsinə fikir verir, tərbiyənin mövcud tərkib hissələri üzrə işləri həyata keçirirlər. Məhz elə bu baxımdan şagirdlərdə mənəvi mədəniyyətin formalaşması ilə bağlı tədqiqatlar aparılmamış, mövzu kompleks şəkildə araşdırılmamış, elmi şərhini gözləyən bir sıra məsələlərə kifayət qədər aydınlıq gətirilməmişdir. İstər təlim prosesində, istərsə də sinifdənxaric işlərdə şagirdlərdə mənəvi mədəniyyətin formalaş-masının imkan və yollarının təhlil edilməsi mövzunun aktuallığını şərtləndirən əsas amillərdir. Xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəvi dəyərlərini şagirdlərə öyrətmək, onları həmin ənənələr ruhunda tərbiyə etmək bu günün ən vacib məsələlərindən biridir. 

Mənəvi mədəniyyət anlayışının məna çalarları ədəbiyyatda müxtəlif tərzlərdə şərh edilir. Ümumtürk əxlaqını özündə ehtiva edən bu sözə qədim türk mənbələrində rast gəlmək olar. Ədəb-ərkanına, nümunəvi əxlaqına, örnək davranışına, səliqə-səhmanına, bilikli, bacarıqlı olmağına, sivil dünyagörüşünə rəğmən nümunəvi olan insan mədəni insan hesab olunur.

Ümumilikdə götürüldükdə mədəniyyət cəmiyyətin inkişafının ən müasir, ən yüksək səviyyəsi olmaqla insanların yaratdığı və nəsildən-nəsilə ötürdükləri maddi və milli-mənəvi dəyərlər sistemidir. Hansı ki, bunları öz həyat və fəaliyyətində yaşadan insanlar mənəvi sərvətlərə malik olan mədəniyyət daşıyıcılarıdır. Mənəvi mədəniyyət hazırki şəraitdə yetişən gənc nəslin, bir sözlə, hər hansı sosial qrupun qazandığı mənəvi inkişafın əsas meyarıdır. Bu meyarı mənimsəyənlər, öz şəxsi fəaliyyətində tətbiq edənlər milli-mənəvi sərvətlərə yiyələnmiş olurlar. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir. 

Bu gün qloballaşan dünyamızda yetişən gənc nəslə milli-mənəvi mədəniyyətin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Milli dəyərlərimiz, adət və ənənələrimiz, milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır.

Qloballaşma dövründə müəllimin bir sıra kompotensiyalarının olmasını tələb edən təlim direktivləri təhsil verənin öz üzərində ciddi olaraq çalışmasını da diqtə edir. Əslində ibtidai sinif müəllimlərinin kompotensiyalarının yaranması onların milli-mənəvi mədəniyyət abidələrinə olan münasibətlərininin yaxşı mənada dəyişməsinə səbəb olar. Çünki müəllimin bu kompotensiyaları sırasında onun ilk növbədə pedaqoji ustalığı, pedaqoji səriştəliliyi və pedaqoji peşalkarlığı aparıcı rol oynayır. Bu keyfiyyətlərin 15 fonunda isə müəllimin əxlaqi-mənəvi keyfiyyətlərinin də olması vacib sayılır. Çünki sadalanan keyfiyyətlər olmasa müəllim öz şagirdlərinə millimənəvi mədəniyyət duyğularını aşılaya bilməz. 

Müəllimin peşəkarlığı, mənəvi keyfiyyətləri, mədəni davranışı, səliqəli geyimi, nümunəvi nitq mədəniyyəti onun mənəvi dünyası hesab olunur. İbtidai sinif müəlliminin bu sahədə fəaliyyəti, pedaqoji ustalığı, səriştəliliyi və peşəkarlığı ilk növbədə onun yüksək əxlaqi keyfiyyətlərində, milli-mənəvi zənginliklərə, bəşəri dəyərlərə, geniş dünyagörüşünə sahib olmasında, öz ixtisasını dərindən bilməsində və onu öyrətmə qabiliyyətində, pedaqoji, psixoloji və metodiki biliklərə vaqif olmasında, öz yetişdirmələrinə dərin hörmət və qayğıkeşliklə yanaşmasında, tədqiqatçılıq və natiqlik qabiliyyətində, yüksək mədəni davranışında, habelə sağlam, xoş görünüşündə, mehriban ünsiyyətində, səliqəli geyimində özünü göstərir. Bütün bunlar isə yüksək peşəkarlıq və səriştəli sinif müəllimi modelinin hazırlığı deməkdir.

Sonda onu qeyd edək ki, bütün fənn müəllimləri kimi ibtidai sinif müəllimləri də yüksək peşəkarlıq və səriştə nümayiş etdirərək hər bir mövzunun tədrisi ilə bağlı bilik, bacarıq və vərdişlər sistemini gerçəkləşdirməklə yanaşı, həm də şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılmasını təmin etməlidirlər. Əlbəttə ki, şəxsiyyətyönümlülük deyəndə şagird şəxsiyyətinin bütöv bir mənəvi simasını, onların mənəvi mədəniyyət bütövlüyünü formalaşdırmaq nəzərdə tutulur. Bunun üçün isə hər şeydən əvvəl səriştəli və peşəkar müəllimlər ordusu yetişməlidir. Yəni ibtidai sinif müəllimləri özləri üçün "peşəkar müəllim modeli”nin və "səriştəli müəllim modeli”nin yaradılmasına çalışmalıdırlar. 

TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, 
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü   




Загрузка...
Həmçinin oxuyun:
Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Tərbiyə prosesinin tərkib hissələri

Tərbiyə prosesinin tərkib hissələri

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Rektor qadın məhbuslarla görüşüb

Rektor qadın məhbuslarla görüşüb

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."