AzTehsil.com


Xəbərlər / Müəllim
03 yanvar 2018
3 490


Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?



Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Hər bir dövrün özünəməxsus xüsusiyyətləri, qanunauyğunluqları olur. Yaşadığımız dövr informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin həyatına təsiri, insan biliyinin dərinləşdirilməsi üçün mənbə müxtəlifliyi və genişliyi baxımından diqqəti cəlb edir. İndi yetişən yeni nəslin maraqlarını təmin etmək, onlara fənni sevdirmək müəllimdən yüksək pedaqoji ustalıq və səriştə, istedad, novatorluq və s. keyfiyyətlər tələb edir.

 

Müəllim çalışmalıdır ki, şagirdlər müasir texnologiyanın aşıladığı biliklə yanaşı, əsrlərin böyük alimlərinin, söz ustadlarının ideyalarını əks etdirən, əsas bilik mənbəyi olan kitablara da məhəbbətlə yanaşsın, onların aşıladığı elmi, əxlaqi-tərbiyəvi fikirlərdən bəhrələnsin.

 

Bu gün müəllimlərin qarşılaşdığı problemlərdən biri də şagirdlərin kitablara marağının əvvəlki illərdən fərqli olaraq zəifliyi, qeyri-kütləviliyidir. 

 

Bu da narahatlıq yaratmaqla bərabər, həm də suallar doğurur: Necə etməli, şagirdlərdə bu söz xəzinəsinə marağı necə oyatmalı?

 

1. Bu gün Azərbaycan artıq müstəqil, demokratik bir dövlətdir. Dövlətin demokratik mahiyyəti insanlara məcburi ideologiya yox, sərbəst düşüncə imkanı verdiyindən hər kəs öz marağına uyğun məşğuliyyət seçir.


2. İnsanların həyatına İKT dərin nüfuz etdiyindən onların əlavə məşğuliyyətə zamanları çatmır.


3. Ali təhsil müəssisələrində test sistemi daha çox dərsliklərdəki materiallar əsasında hazırlandığından əlavə materiallara marağı zəiflədir.

 

İKT çox vaxt əsas hesab olunsa da, tam da belə deyil. Çünki heç bir İKT bacarığı olmayan insanlar var ki, onların da bədii ədəbiyyata marağı zəifdir. Sovet dönəmində insanların bədii ədəbiyyata marağı ona görə güclü idi ki, o zaman bədii əsərləri oxuyanlar bilgilərini öz aralarında bölüşərək ətrafdakıları da maraqlandırır və onları da bu əsərləri oxumağa sövq edirdilər. Bu gün isə insanları maraqlandıran motivasiya zəifdir. Belə bir məqamda böyük söz ustadlarının müdrik ideyalarını əks etdirən, milli-mənəvi dəyərlərin mücəssəməsi olan bədii əsərlərə maraq oyatmaq, uluların bizlərə yadigar qoyduğu humanizm, vətənə, el-obaya məhəbbət hissləri aşılayan bu qiymətli nümunələri sevdirmək biz ədəbiyyat müəllimlərinin qarşısında duran əsas tələblərdəndir.


Qeyd edək ki, təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusən kurikulumun tətbiqi şagirdlərdə oxu, yazı vərdişlərinin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Artıq hafizəyə deyil, təfəkkürün inkişafına yönələn nəticəyönümlü təhsil hər bir şagirddə mütaliəyə, bədii əsərlərə marağın gücləndirilməsi üçün öyrədənə böyük stimul verir. Bədii əsərlərə marağın gücləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il keçirdiyi "Ədəbiyyat biliciləri” müsabiqəsi də bu sahəyə olan marağı və tələbkarlığı artırır.

 

Şagirdlərdə oxu və mütaliə vərdişlərini formalaşdırmaq, bədii əsərlərə maraq oyatmaq üçün hər bir dərsin xarakterinə uyğun üsul və vasitələrdən istifadə edilməlidir:


Məktəb tədbirlərində Azərbaycan sənətkarlarının qəhrəmanlıq, vətənpərvərlik ruhlu lirik əsərlərindən, dramatik əsərlərdən bədii qiraətlər ifa etmək də şagirdlərdə bu sahəyə olan marağı artıra bilər. 


Bu kimi müxtəlif üsul və vasitələr şagirdlərdə bədii əsərlərə maraq formalaşdırır. Bunun nəticəsidir ki, artıq Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Ədəbiyyat biliciləri” müsabiqəsində şagirdlər istər rayon, istərsə də respublika mərhələsində qalib olmaqla nailiyyətlər əldə edir və gələcəkdə daha böyük uğurlar qazanmaq üçün xalqımızın mənəvi aləminin bədii ifadəsi olan söz xəzinəsinə daha məhəbbətlə yanaşır, həvəslə çalışırlar. 




Загрузка...
Həmçinin oxuyun:
Gəncə şəhər 25 saylı tam orta məktəbdə "Bədii ədəbiyyata, bədii qiraətə, kitaba maraq oyatmaq" adlı layihə keçirilib

Gəncə şəhər 25 saylı tam orta məktəbdə "Bədii ədəbiyyata, bədii qiraətə, kitaba maraq oyatmaq" adlı layihə keçirilib

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

ESSE : Şagird şəxsiyyətininn formalaşmasında məktəb  tədbirlərinin rolunu  necə görürsünüz?

ESSE : Şagird şəxsiyyətininn formalaşmasında məktəb tədbirlərinin rolunu necə görürsünüz?

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

230 № -li MƏKTƏB HƏMRƏYLİK GÜNÜNƏ həsr olunmuş BƏDİİ QİRAƏT müsabiqəsi 30.XII.2015

230 № -li MƏKTƏB HƏMRƏYLİK GÜNÜNƏ həsr olunmuş BƏDİİ QİRAƏT müsabiqəsi 30.XII.2015

“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar

“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Estetik tərbiyə

Estetik tərbiyə

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Fevralın 15-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon  mərhələsi keçirilib.

Fevralın 15-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır