AzTehsil.com


Xəbərlər
07 aprel 2019
2 057


Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi



 

 
Müasir öyrətmə – müəyyən faktlar məcmusunu, sadəcə xatırlatmaq deyil, insanın özünün zəruri biliklər əldə etməsinə imkan verən bacarıqların qazanmasına xidmət etməlidir. Bu məqsədlə təlimin metodları təkmilləşməli və məzmun modernləşməlidir.
 
Bu fikirləri müasir məktəbin qarşısına qoyulan çağırış kimi qiymətləndirmək olar. Biz XXI əsrə ənənəvi məktəbin çəkdiyi yol ilə keçə bilmərik, çünki o, bizə lazım olan gələcəyi reallaşdırmır. Danimarka filosofu Kyerkeqor yazırdı: "Bizə elə məktəb lazımdır ki, onun hər hansı bir şəxsi deyil, məhz bu şəxsi reallaşdırmağa cəsarəti çatsın”. Onun bu ideyası, şəxsiyyətin mümkün özünü reallaşdırmaq yolları barədəki fikirlərdən yaranmış olsa da, buna baxmayaraq, onun məğzində məktəbin ən mühüm vəzifəsini  görmək olar. Bütün dövrlərdə məktəb şəxsiyyətin reallaşdırılması məsələsi ilə məşğul olub. Lakin hər bir dövrün, hər bir mədəniyyətin özünün şəxsiyyətin bu və ya digər keyfiyyətinin reallaşdırılmasını – tamamilə müəyyən fərdin reallaşdırılmasını nəzərdə tutan ictimai-sosial sifarişi var. Ənənəvi məktəbin imkanları məhz bu mənada şübhə altına alınır. Bundan başqa, məktəb həyatı həmişə konkret insan mövqeyindən qiymətləndirilməlidir. Valideynlər övladlarını məktəbə qoyanda heç də tərbiyə və məktəbin şəxsiyyəti reallaşdırmağı tələb edən sosial sifarişi yerinə yetirmək iqtidarı barədə düşünmürlər. Valideynləri ilk növbədə məktəbin onların övladlarının istedadını üzə çıxarmaq imkanları maraqlandırır. Məktəb real surətdə, sadəcə olaraq, tərbiyə haqda da düşünməli və konkret fərdə isə öz şəxsi keyfiyyətlərini reallaşdırmağa imkan verməlidir.

Bəs ənənəvi məktəbin məhz şəxsiyyətin konkret keyfiyyətlərini reallaşdırmağı nəzərdə tutan vəzifələri öz üzərinə götürməyə cəsarəti çatırmı? Nə üçün bu məktəbdə fərdin təbiətdən aldığı öz təkraredilməzliyini üzə çıxarmaq hüququ reallaşdırılmır? Bəlkə ənənəvi məktəb elə əzəldən başqa sosial vəzifələrin yerinə yetirilməsinə səmtləşdirilmişdi? Məktəbə, sadəcə olaraq, insan tərbiyə etməyi icazə verən cəmiyyət və valideynlərin mövqeyini necə izah etmək olar? Bütün bu suallara cavab vermək heç də asan deyil. Lakin məktəb haqqındakı fikirlərlə bağlı bütün suallar kompleksini aydınlaşdırmadan qərar qəbul etmək ziyan vura bilər. Onda belə demək mümkündür ki, yeni məktəb ideyasını ("açıq məktəb”, "eksperimental məktəb”, "özəl məktəb”, "ailə-məktəb” və s.) həyata keçirmək üçün cəmiyyətin, elmin, məktəbin dünənki və bugünkü vəziyyətini əsaslı surətdə  təhlil etmək lazımdır.

Cəmiyyətin bu və ya digər inkişaf mərhələsində ona lazım olan tamamilə müəyyən şəxsiyyət tiplərini reallaşdıran xüsusi sosial təsisat kimi məktəb bəşər tarixinin ilk çağlarında yaranıb. Cəmiyyətin bütün tarixi boyu həmin təsisat diqqət mərkəzində olub, çünki ictimai inkişafın ən mühüm məsələləri onun normal fəaliyyəti ilə sıx surətdə əlaqələndirilirdi. Məhz bu səbəbdən lap qədimlərdən indiyə qədər məktəbə göstərilən qayğı və onun təkmilləşdirilməsi yollarının axtarışı cəmiyyətin tərəqqisini təyin edən amillər kimi nəzərdən keçirilirdi. Yalnız intensiv surətdə insani keyfiyyətləri reallaşdıraraq, cəmiyyət uğurla irəli gedə bilər və onun bu irəliləyişi real surətdə tərbiyə sistemi vasitəsi ilə həyata keçirilir. Buna görə də bütün dövrlərdə "müasir məktəb” axtarışlarında cəmiyyətin ruhuna daha çox uyğun olan inkişaf yollarının seçilməsi mümkünlüyünü görürdülər. Hər bir dövr hər halda özünün mənəvi inkişaf perspektivlərini yeni idealları, yeni şəxsiyyət tipini həyata keçirməyə yönəlmiş "müasir məktəb” ideyası ilə bağlayır. Arasıkəsilməz "müasir məktəb” axtarışları özünəməxsus bir şəkildə cəmiyyətin mənəvi inkişaf dinamikasını əks etdirir. Ənənəvi məktəbin mühafizəkarlığı ilə cəmiyyətin mənəvi mədəniyyəti dinamikası arasındakı bu ziddiyyət, mövcud şəxsiyyəti tərbiyə sisteminin yeni tərbiyə formalarının axtarışını xüsusilə aktuallaşdıran böhranının əsas mənbəyidir. Bu böhran sosio-mədəni və metodoloji amillər kompleksinin təsiri nəticəsində yaranıb. Onları nəzərdən keçirməmişdən əvvəl qeyd etmək lazımdır ki, məktəb öz təbiətinə görə həmişə ənənəviliyə doğru meyil edir, buna görə də o, hər cür yeniliklərə tamamilə təbii müqavimət göstərir. Bu fundamental paradoks real məktəbin heç kəsi prinsip etibarilə təmin etmədiyi halda "müasir məktəb” ideyasının nə üçün uzun müddət havadan asılı qaldığını izah etməyə imkan verir.



Загрузка...
Həmçinin oxuyun:
Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”