Qabaqcıl təcrübə / Kurikulum
03 iyul 2016
8 803


Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

 


Bütün dünya kimi Azərbaycan 3-cü minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tam hüquqlu üzvləri olacaqlar.Yəgin ki, elə bir adam tapılmaz ki, özünə belə bir sual verməsin: "Bizi XXI əsrdə nə gözləyir? XXI əsrin xüsusiyyətlərini nəzərə almaqla, gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır?» 
Bu suallara cavab vermək ücün dünyanın xüsusiyyətlərini tam aydın təsəvvür etmək zəruridir. 
1. Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnika və texnologiyanın, xüsusilə də kompyuter texnologiyasının sıcrayışlı inkişafının şahidləriyik. Daima dəyişən həyatın şəraitinə uyğunlaşmaq ücün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir. 
2. Daima artan məlumat axını müasir insanın üzərinə sel kimi axır. Müasir dövrdə gün ərzində aldığımız informasiyanı 200 il bundan əvvəl yaşayan insanlar bir il ərzində əldə edirdilər. Əldə olunan biliklər məlum olmamış köhnəlir və bu da insanlara mövcud problemlərin həlli ücün qazandıqları biliklərlə kifayətlənməyə imkan vermir. Həyatda baş verən dəyişikliklərə uyğunlaşmaq və səmərəli fəaliyyət görmək yalnız o zaman mümkün olur ki, insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarır və buna can atır. Bu zaman başlıca köməkci kimi dərketmə fəallığı və hər şeyi öyrənmək həvəsi, həmcinin, şəxsiyyətin əməksevərliyi böyük rol oynayır. İnsan zəruri informasiyanı müstəqil qazanmalı, yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi bacarmalıdır. 
3. Vaxtın məhdudiyyətinin artması fəal və yaradıcı olmaq və şəraitdən tez baş çıxarmaq, təşəbbüs göstərmək, müstəqil olaraq yeni məsələlər qarşıya qoymaq və qərar qəbul etməyi bacarmaq zərurətini yaradır. Təşkilatçılıq, öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili nizam-intizam, vaxt məhdudiyyəti problemini həll etməkdə kömək edə bilər. 
4. Cəmiyyətdə baş verən sosial proseslər də şəxsiyyətin inkişafına dair xüsusi tələblər irəli sürür. Biz şəxsiyyət azadlığı dəyərinin artımını cəmiyyətin demokratik prinsipləri dəstəkləməsində və eyni zamanda insan hüquqlarının pozulmasının genişlənməsində ifadə olunan sosial ziddiyyətlərdə müşahidə edirik. Bütün bunlar şəxsiyyətdən müstəqil, öz mühakimələrində və əməllərində azad olmağı, məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə etmək bacarığını tələb edir. Öz hüquq və vəzifələrini bilib digərlərinin hüquq və vəzifələrinə hörmət etmək əsasında qarşılıqlı demokratik münasibətlərə yiyələnmədən demokratik cəmiyyətin dəyərlərinə hörmət etmək mümkün deyil. 
5. Cəmiyyətin təbəqələşmə tendensiyası insanlar arasında fərqlərin dərinləşməsi, virtual (xəyalı) tipli ünsiyyətin yayılması digər insanlarla harmonik qarşılıqlı fəaliyyəti və ünsiyyəti (qarşılıqlı hörmət, etibar, dostluq, əməkdaşlıq, tolerantlıq) bacarmağı tələb edir. 
6. Ekoloji fəlakətlərin, terrorizmin, mədəniyyət vandalizminin artımı təbiət və mədəniyyətə qayğılı münasibətin aşılanmasının, öz xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və ənənələrinə yiyələnməyin və dünya sivilizasiyasının dəyərləri ilə tanış olmağın zəruriliyinə gətirib çıxarır. 
Bu səbəbdən də təlim müasir uşağı dövrünün həyatına hazırlamağı bacarmalıdır. Təlim daim dəyişən dünyanın reallıqlarından kənarda mövcud ola bilməz. Hər hansı təlim və tərbiyə sisteminin qurulmasının başlıca istiqamətverici amili yetişdirdiyimiz şəxsiyyəti necə tərbiyə etmək istəyimizdən asılıdır.
Dünya təcrübəsindən məlum olduğu kimi, XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətidir. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində aşağıda göstərilən fəallığa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır: 
Məntiqi düşünmə; Ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşma; Müstəqil olaraq qərar çıxarma; Ətrafda olanları yaradıcı surətdə dəyişmə; Bilikləri müstəqil əldə etmə; Praktiki problemləri həll etmə ; Şəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoyma.
biaz.ucoz.net


 
Məqalə Göndər








Загрузка...