AzTehsil.com
RU


Müəllim
08 iyun 2016
29 354


Müəllimin şagirdlərlə ünsiyyət üslubları.



         Müəllimin şagirdlərlə ünsiyyət üslubları.  Müəllimin şagirdlərlə ünsiyyət üslubları.
 Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir.
Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özünndə əks etdiri. Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamların davranışını tənzim etmək, şəxsiyyətlərarası anlama.Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilməsindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik və tərbiyəvi vəzifələrini lazımi
şəkildə həyata keçirmək mümkün deyildir.
Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bilər: fərdi-idraki (nə isə yeni bir şey öyrənmək, təlimat almaq), emosional ( qiymətləndirmək, münasibəti bildirmək, təəssüratı bölüşmək). Pedaqoji ünsiyyət zamanı məqsəd cadəcə olaraq elə ünsiyyətə girişmək, ünsiyyət saxlamaqdan da ibarət ola bilər. (məsələn, kiminləsə birgə olmaq, söhbət etmək). Bu cəhət şagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın şəkildə göstərir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər üçün müəllim və yoldaşları ilə ünsiyyət xatirinə ünsiyyətə girmək xarakterik haldır. Onlarda ünsiyyət kifayət dərəcədə seçici xarakter daşımır. Kiçik məktəblilər heç də həmişə ünsiyyətlərinin məqsədini dərk edə bilmirlər. Yuxarı siniflərə keçdikcə şagirdlərin ünsiyyətində seçicilik müşahidə olunmağa başlayır.
Pedaqoji ünsiyyətin məzmununa gəldikdə isə, bunu ünsiyyət prosesində müəllim və şagirdin bir-biri ilə informasiya mübadiləsi təşkil edir.Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli nəticə verməyəcəkdir.
Pedaqoji ünsiyyətin səmərəliliyi onun motivlərindən də asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması pedaqoji ünsiyyətin gedişini şərtləndirir. Pedaqoji ünsiyyət müvafiq normalar çərçivəsində getməlidir. Müəyyən normaların gözlənilməsi bir növ pedaqoji ünsiyyətin səmərəliliyini itirir və ünsiyyət istənilən nəticəni vermir.Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunlardan müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi ustanovkasını xüsusi qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu oynayırlar. Müəllimlərin hamısında ünsiyyət üslubu eyni olmur. Konkret bir şəxsiyyət kimi hər bir müəllimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən sabit şəkildə cəmlənir. Kommunikativ məsələni həll etməyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır.
İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokratik, laqeyd, (etinasız, liberal) və qeyri sabit (ardıcıl olmayan) rəhbərlik üslubu. Buna uyğun olaraq pedaqoji ünsiyyətin də eyni üslublarını qeyd etmək mümkündür.Adətən avtokratik və avtoritar rəhbərlik üslubuna malik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, eyni mövqe tuturlar.Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Şagird ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kimi qəbul edilmir. Belə müəllimlər həmişə hökmran olmağa çalışırlar. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu cür ünsüyyət üslubuna malik olan müəllimlər ünsiyyət zamanı şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almır, hamı ilə eyni ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi xüsusiyyətlərini göztər-sələr də tamamilə qeyri-real model qurur, həmin fərqi olduqca şişirdir, real hesab edirlər. Şagird başqalarına nisbətən bir qədər
fəal olduqda, müəllimin gözündə o, iğtişaşkı kimi, bir qədər passiv olduqda isə-tənbəl, avara kimi görünür. Belə müəllimlər üçün neqativ ustanovka,başqa sözlə şagirdə qarşı qeyrişüuru, pis münasibət xarakterik haldır. Bu cür müəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar.Ona görə də bu cür ünsiyyət üslubu səmərəli xarakter daşıya bilmir. 
Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti ən səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. Belə rəhbərlik üslubundan şagird subyek kimi qavranılır. Bu cür rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun liderinin təklifini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur,
şagirdlərə daim xahiş, məsləhətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir. Bu cür ünsiyyət üslubuna malik olan müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrinin , fəallıq və tələbatlarını nəzərə almağa çalışırlar. Belə müəllim-lərdə neqativ ustanovka olmur və ya onu təzahür etmirlər. Onlar qiymətləndirmədə obyektiv, təmas yaratmaqda isə təşəbbüs-kardırlar. Təcrübə göstərir ki, pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə can atır, onlardan hər cür köməklik gözləyirlər.
Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə olan ünsiyyəti də kortəbii xarakter daşıyır. Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur, şagirdlər tərəfindən diktə olunur. Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə işinin təşklili də bir o qədər səmərəli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.
Birinci qrupa- şagirdlərlə daima ünsiyyətdə olan müəllimlərə aid etmək olar. Bu cür müəllimlər təkcə dərsdə, məktəbdə, təlimlə bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmirlər. Bu cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə inamı ilə fərqlənir. Həmin müəllimlər demokratik rəhbərlik üslubuna malik olurlar.
İkinci qrupu – şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin inam və etimad mövcud olan müəllimlər təşkll edir.
Şagirdlərlə qarşılıqlı ünsiyyətin xarakterinə görə üçüncü qrupa daxil olan müəllimlər əvvəlkindən bir sıra cəhətlərinə görə fərq-lənirlər. Bu cür müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, bu cür ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə gəldikdə, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata keçirə bilmirlər. Bu crü müəllimlər arasında avtoritar rəhbərlik üslubuna malik olanlar tez-tez özünü göstərir.
Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəllimlər şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə bu cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhətləş-məyə meyl göstərmirlər.
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. Adətən müəllimin tutduğu mövqe ünsiyyətə əsaslı təsir göstərir.Bəzən müəllim sanki sanki çin səddi mövqeyi tutur. O öz mövqeyi ilə hər cür mövqeyindən də ola bilər. Müəllim lokator mövqeyində də ola bilər.Belə olduqda o hər şeyə seçici münasibət bəsləyir. Müəllim robot mövqeyi
tutduqda şəraitin dəyişməsinə fikir vermədən ünsiyyəti əvvəl planlaşdırdığı şəkildə aparmağa can atır. Müəllim dost mövqeyi tutduqda öz ünsiyyətini də şagirdlərlə dostluq əsasında durur. Şübhəsiz pedaqoji ünsiyyət zamanı müəllim hədidi müəllim, dost mövqeyi tutursa öz məqsədinə nail ola bilir.
Müəllimin pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti həmişə rəvan,maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir. Buraya çətinliyi doğuran səbəbin obyektiv və ya subyektiv olamsını,çətinliyin dərk olnuma dərəcəsini, pedaqoji təsirin təşkili xüsusiyyətini,özünənəzarət və özünütənzimi və s. aid etmək olar.Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı obyektiv və subyektiv çətinlik, dərk olnuma dərəcəsinə görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.Özünənəzarət və özünütənzimləmə ilə bağlı olaraq öz qüsurlarını görməkdə, oan nəzarət etməkdə çətinliklər meydana çıxır. Çətinliyin yaranma xarakteri ilə bağlı üç ümumi tipi müəyyənləşdirmişdir:
1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinlik, adətən,pedaqoji situasiyanın obyektiv çətinliyi nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin uyğun vasitələrinin olmaması ilə şərtlənir.
2. Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyəti, motivləşməsi,
özünüqiymətləndirməsi, əhvalları ilə şərtlənir. Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir göstərir.
3. Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər. Daxili səbəblərlə şərtlənən çətinliklər müəllimin pedaqoji situqsiyasını qavramaq və təsəvvür etməsini təhrif edir, nəticədə müəllimdə yalançı problem yaranır, o, öz qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun olmayan məsələni həll edir.
Psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı təsir formaları:  Müəllimin şagirdlərlə ünsiyyət üslubları.
1) Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə öyrədici formadan təlim və ya özünütəlimdən istifadə olnuması;
2) Daxili səsəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin götürülməsi üçün lazımı şəraitin yaradılması;
3) Daxili səbəblərdən törənmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinlik baş verdikdə psixotexniki formadan istifadə etmək, əməyin səmərəliliyini yüksəltmək məqsədilə müəllimlərin mövqelərini dəqiqləşdirmək üçün yaranmış problemlə əlaqədar məktəb müəllimlərinin birgə işi.  Müəllimin şagirdlərlə ünsiyyət üslubları.
Pedaqoji ünsiyyət zamanı müəllimin pedaqoji mərifəti onun şəxsiyyətinin ən dəyərli və pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti hesab olunur. Pedaqoji mərifət müəllimin özünə qarşı gənclərin rəhbəri,tərbiyəçi kimi sosial gözləmələri odekvat qavrama əsasında qurulan davranışdır. 
Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tutur. Pedaqoji mərifətin mühüm cəhətlərindən müəllimin şagirdlərə, uşaq kollektivinə düşünülmüş və diqqətli münasibəti çıxarılan qərarlarda ehtiyyatlılıq,şagirdlərin mənliyinə toxunmamamq və s. qeyd etmək olar.Pedaqoji mərifət öz-özünə biruxə vermir. O, müəllimin gündəlik fəaliyyətində, işində özünü göstərir. Şagirdin fəaliyyətini pedaqoji cəhətdən düzgün qiymətləndirmək, həmin fəaliyyət prosesinə əsaslı təsir göstərir.Bunun üçün isə o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini
dəqiq müəyyənləşdirməlidir.Pedaqoji mərifətə malik olan müəllim serətlə dəyişən pedaqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi, düzgün qərar qəbul etməyi bacarır. Pedaqoji mərifətə yiyələnən müəllim şagirdlə harada, necə
danışmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır. Müəllimin pedaqoji mərifəti onun ümumi əxlaqi keyfiyyətlərindən şagirdlə ünsiyyət zamanı pedaqoji etika qanunlarının nəzərə alınmasından çox asılıdır.
Pedaqoji ünsiyyətin pozulması və pedaqoji mərifətin gözlənilməməsi nəticəsində müəllimlə şagirdlər arasında qarşılıqlı təsir prosesində məna maneələri yarana bilir. Bu cür maneələr şəxsiyyətlərarası münaqişələrin mənbələrindən birini təşkil edir. Təcrübə göstərir ki, müəllimə qarşı məna maneəsi yaranan şagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək istəmir. Adətən uşaqların daha çox küsəyən və tez özündən çıxan dövrü olan yeniyetməlik dövründə məna maneəsi daha tez yaranır, daha parlaq təzahür edir və çətinliklə aradan qaldırlır.
Ona görə də müəllin öz şəxsiyyətini elə təşkil etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin. 
 Çələbiyev Nuralı



Загрузка...
Həmçinin oxuyun:
MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Müəllimin ünsiyyət vasitələri....

Müəllimin ünsiyyət vasitələri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu

Müəllimlər oxuyun !Pedaqoji qabiliyyətin yeddi qrupu

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Tərbiyənin metodları

Tərbiyənin metodları

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?