Müəllimlik haqqında Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o pedaqoji fəaliyyətlərə müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən məsuliyyət daşıyır. Müəllimlik işi insan fəaliiyətinin çox mürəkkəb növünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri və bacarıqları tətbiq etmək istiqamətini göstərməkdir. Əlbəttə, pedaqoji fəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlim, təhsil, tərbiyəsi, inkişafı v ə formalaşması təşkil edir. Bu istiqamətlərib hər birində müəllim çoxlu konkret işlər görür. Amma bütün bu işlərin kökünə baxanda məlum olur ki,müəllimin başlıca funksiyası təlim,tərbiyə,təhsil,inkişaf,formalaşma proseslərini idarə etməkdir. O, özünün bu başlıca funksiyasını nə qədər dərindən başa düşsə,öz şagirdlərinə bir o qədər müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verər.
Hələ vaxtı ilə Sokrat peşəkar pedaqoqları "fikrin mamaçaları” adlandırmışdır.Savadlı müəllim şagirdə hazır bilikləri verməməli,onun başında fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir.
Müəllim əməyinin səciyyvi xüsusiyyətləri və özünəməxsusluğu nədədir ? Tədqiqatçılar bununla bağlı onlarla model fikirləşmiş və həyata keçirmişlər. Bu modelərdən biri pedaqoji idarətməni müəllimin başlıca funksiyası hesab edir. İdarəetmə funksiyasını konkretləşdirmək üçün "pedaqoji layihə” anlayışından istifadə olunur. Bu anlayış aıtında düşünülmüş və axıra qədər yerinə yetirilmiş hər hansı bir iş başa düşülür. Məsələn, viktorina, olimpiada, məktəb bayramı və ekoloji ekspedisiyanın təşkili belə bir iş ola bilər. Bütün bu işləri pedaqoq idarə etməlidir. Səhv nə qədər az olsa,işin sıəmərəsi bir o qədər yüksək olar.
Pedaqoqun birinci funksiyası layihənin ilkin mərhələsi ilə bağlıdır. Bu mərhələdə qarşıya məqsəd qoyulur. Məlumdur ki, məqsəd pedaqoji fəaliyyətin əsas amilidir. Məqsəd müəllimin və onun şagirdlərinin əməyini ümumi nəticicəyə nail olmağa doğru istiqamətləndirir.Təlim prosesinin idarə olunması, hər şeydən əvvəl şagirdlərin əməyini ümumi nəticəyə nail olmağa doğru istiqamətləndirir. Təlim prosesinin idarə olunması hər şeydən əvvəl, şagirdlərin hazırlıq səviyyəsinə, imkanlarına,tərbiyəliyinə, inkişafına əsaslanır.Buna diaqnostlaşdırma (yunan sözüdür,aydınlaşdırmaq deməkdir ) yolu ilə nail olunur. Məktəblilərin fiziki və psixi xüsusiyyətlərinin inkişafını, onların əqli hazırlıq və əxlaqı tərbiyəlilik səviyyəsini, sinifdə və ailədə tərbiyə şəraitini bilmədən məqsədi düzgün müəyyənləşdirmək,ona nail olmaq üçün vəsitələri seçmək olmaz.
Diaqnostlaşdırma proqnozlaşdırma (yunan sözüdür,qabaqcadan görmək mənasını verir ) ilə qırılmaz surətdə həyata keçirilir. Bu konkret şəraitdə müəllimin öz işinin nəticələrini qabaqcadan görmək bacarığında özünü göstərir. Buna əsaslanaraq o, öz fəaliyyətinin strategiyasını müəyyənləşdirir, müəyyən olunmuş kəmiyyətdə və keyfiyyətdə pedaqoji məhsulun alınması imkanlarını qiymətləndiri.
Müəllimin lahiyələşdirici funksiyası gələcək fəaliyyətin modelini qurmaqdan,müəyyən olunmuş şəraitdə seçməkdən ibarətdir.
Diaqnoz, proqnoz, layihə təlim-tərbiyə fəaliyyətinin planını işləyib hazırlamaq üçen əsas olur. Bununlada pedaqoji prosesin hazırlıq mərhələsi başa çatır. Peşəkar müəllimin bütün detalları düşünülmüş, dəqiqləşdirilmiş planı olmasa,sinfə girməyi özünə rəva bilməz. Planın həcmi vacib deyil, ən başlıcası onun olmasıdır.
Müəllimin təşkilatçılıq funksiyası əsas etibarilə şagirdləri nəzərdə tutulan işə cəlb etməklə, məqsədə nail olmaq üçün onlarla əməkdaşlıq etməklə bağlıdır.
İnformasiya vermə funksiyasının mahiyyəti elə adından bəllidir. Müəllim şagirdlər üçün başlıca informasıya mənbəyidir. O, çəx şeyi – öz fənnini, onun tədrisi metodikasını, pedaqogikanı , psixologiyanı bilir.
Nəzarətetmə, qiymətləndirmə, və korreksiya funksiyaları bəzən birləşir. Bu pedaqiji prosesi müəllimə lazımdır. Nəzarəti həyata keçirən, bilikləri qiymətləndirən zaman şagirdlərin təkcə nailiyyətinin yox, həm də uğursuzluğunun səbəbləri aydın olur. Toplanılan informasıya prosesə düzəliş etməyə, ona təsirli stimullar daxil etməyə, səmərəli vasitələrdən istifadə etməyə imkan verir.
Müəllim analitik funksiyanı hər hansı bir pedaqoji layihənin son mərhələsində yerinə yetirir. Müəllim başa çatan işi təhlil edir,onun səmərəliliyini müəyyənləşdirir. Əgər göstərici nəzərdən tutulduğundan azdırsa, gələcəkdə bu geriliyi doğuran səbəbləri aradan qaldırmaq üçün yollar axtarılır.
Müəllimin yerinə yetirdiyi funksiyaların çoxluğu onun əməyinə bir çox ixtisasların komponentlərini daxil edir. Bunlara aktyorluq, rejissorluq və mencerlik, tədqiqatçılıq və seleksioner ixtisasları daxildir.
Müəllim peşəsi yer üzərindı ən qibtə olunmalı peşədir. Nə qədər ki, cəmiyyət var müəllim olacaqdır. Dünyada yaşayan hər bir insanın taleyi az da olsa müəllimin əlində olmuşdur. Həyatımızda işıqlı nə varsa, hamısı – həqiqət, müdriklik , xeyirxahlıq, qardaşlıq, bəşəriyyətin təmənnasız xidmətçisi olan müəllimdən gəlir.
Müəllim xüsusi peşə və ictima funksiyaları onun şəxsiyyətinə əxlaqi simasına yüksək tələblər veriri. Müəllimə verilən tələblər pedaqoji fəaliyyətin mevəffəqiyətini müəyyən edən peşə keyfiyyətlərinin imperativ (qeyri-şərtsiz) sistemidir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, praktik pedaqoji fəaliyyətin ancaq yarısı rasional texnologiya üzərində qurulmuşdur. Ona görə də meəllimə verilən başlıca tələb onun pedaqoji qabiliyyətlərə malik olmasıdır. Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfittətləridir. Onlar uşaqlarla işləməyə meyldə, uşaqlaram məhəbbətdə, onlarla ensiyyətdən həzz almaqda özünü göstərir.