Tələbələrə nəqliyyatda 10 faiz GÜZƏŞT oluna bilər

Tələbələrə nəqliyyatda 10 faiz GÜZƏŞT oluna bilər
Bölmə adı Xəbərlər
Yayımlandı 4 Mart 2026, 13:31

"160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitəsilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur".

Aztəhsil.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək.