AzTehsil.com
RU


Müəllim
30 may 2016
3 688


Pedaqoji fəalliyətin köməyi ilə....



Pedaqoji  fəalliyət.Adətən fəaliyyətdən  danışarkən  insanın  dərk  olunmuş  məqsədi  ilə  tənzim  edilən  daxili ( psixi)  və  xarici ( fiziki ) fəallığı  nəzərdə  tutulur. Fəaliyyətin  köməyi  ilə  insan  öz  tələbatını  ödəməklə  yanaşı, bu  prosesdə onun  formalaşması, inkişafı da  baş  verir. Bu  baxımdan  pedaqoji  fəaliyyət  prosesində  müəllim şəxsiyyəti  formalaşır  və  inkişaf  edir, onun  psixologiyası  bu  fəaliyyəti  həyata  keçirmə  zamanı  təzahür  edir və  dəyişir.Pedaqoji  fəalliyətin köməyi ilə....
Pedaqoji  fəaliyyət  cəmiyyətin  yaşlı  üzvlərinin  məqsədi gənc  nəsli  tərbiyə  etməkdən  ibarət  olan  fəaliyyətdir. Başqa sözlə  desək, pedaqoji  fəaliyyət  müəllimin  təlim, tərbyə, inkişaf, şagirdlərin  təşkili  zamanı cəmiyyət  tərəfindən  irəli  sürülən  sifarişə  müvafiq  olaraq  məktəblərdə  şəxsiyyətin  keyfiyyətinin   formalaşmasına  yönəlmiş  peşə  fəallığından  ibarətdir.
Pedaqoji  fəaliyyətin  psixologiyasından  danışarkən  müəllim       əməyinin, müəllimin  cəmiyyət  tərəfindən  irəli  sürülən  məqsədləri və  pedaqoji  fəaliyyət  sistemini  necə qavraması və  həyata  keçirməsi konkret  şəraitdən  asılı  olaraq  öz fəaliyyətinin  vəzifə, forma və metodlarının  aktuallığını  necə dərk  etməsinin  psixoloji  qanunauyğunluqlarını öyrənə  psixoloji  bilik  sahəsini  nəzərdə tutur. Bu  bilik  sahəsi  ümumiyyətlə  fəaliyyətin  psixoloji   qanunauyğunlarına  istinad  edir.




Загрузка...