AzTehsil.com


Kurikulum
19 may 2016
16 148


Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?



Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?KOQNİTİV BACARIQLAR NƏ DEMƏKDİR ?
Təhsil sistemində fəaliyyət göstərən pedaqoq və psixoloq, ilk növbədə iş prosesi üçün vacib olan informasiyaların axtarılması, seçilməsi və tətbiqi üzrə qnostik bacarıqlara malik olmalıdır. Bundan sonra öz fəaliyyətini nizamlamaq, məqsəd qoymaq və planlaşdırmaq üçün layihələşdirmə bacarıqları gəlir. Fəaliy­yət vasitələrinin, texnologiyaların seçilməsinə kömək edən konstruktiv baca­rıqlar da psixoloqun fəaliyyəti üçün önəmlidir. Təşkilatli bacarıqlar diaqnostika, konsultasiya və korreksiya işi üçün şərait yaratmaq, sti­mullaşdırmaq, həyata keçirmək baxımından əhəmiyyətlidir. İstifadəçinin hə­rə­kətlərini təhlil etmək, qavramaq, dəyərləndirmək üçün o qiymətləndirmə bacarı­ğından yararlanır. Özünün şəxsiyyətini, ünsiyyət və fəaliyyətini təhlil etmək lazın gəldikdə ref­leksivlik bacarığından istifadə edir. Bu bacarıqların bir-biri ilə qarşılıqlı əlaqədə olub psixoloji xidmətin keyfiyyətli qurulması üçün mühüm amillərdəndir.
Bu bacarıqların özü də bir çox bacarıqlara bölünür.
Me­to­do­loji, analitik, tətbiqi və mədəni bacarıqlar: cəmiyyətin qanunlarına və insan azadlığına, dəyərlərə hörmət etmək, müxtəlif sosial rollara yiyələnmək; cəmiyyətin və fərdlərin həyatında elmin, dinin, inancların, adət-ənənələrin, nor­maların rolunu qəbul etmək, nəzərə almaq, şəxsiyyəti mikromühitdə öyrən­mək, psixoloji diaqnoz qoymaq, onun konkret həyati situasiyalarını təhlil etmək, üzlə­şə biləcəyi həyati böhranları proqnozlaşdıraraq xəbərdarlıq etmək, ona canı­ya­nanlıq göstərmək, hərəkətə, yaradıcılığa sövq etmək, ünsiyyətə yönəltmək.
Məntiq -dərketmə bacarığı: buraya məntiq, problemə metodoloji yanaşma, pe­şə oriyentasiyası və peşə fəaliyyəti də daxil olmaqla koqnitiv: məqsədqoyma, plan­­laşdırma, təhlil-tərkib, qərar qəbulu, nəticəyəgəlmə, interpretasiya, refleksiya, özü­­nü­istiqamətləndirmə, özünütəyinetmə bacarıqları daxildir.
Koqnitiv bacarıqlar: İKT-dən istifadə etməklə səmərəli fəaliyyət göstər­mək, müasir məlumat vasitələrinə, telekommunikasiya texnologiyalarından peşə fəaliyyətində məqsədəuyğun istifadə, zəruri məlumatların axtarışı, təhlili və se­çimi, yeni informasiyanı yaradıcı şəkildə təhlil etmək, öz işində məlumatların qo­runmasını təmin etmək, informasiyaların işlənməsi, ümumiləşdirilməsi, saxlanıl­ması, ötürülməsi və yüksək səviyyədə nəticə əldə etmək bacarığı.
Kommunikativ bacarıqlar: müxtəlif şəxslərlə işgüzar əlaqələr qurmaq, peşə münasibətlərini müəyyənləşdirmək, spesifik problemləri olan istifadəçilərə fərdi yanaşmaq, komfort, xeyirxah mühit yaratmaq, onların etimadını qazanmaq, ba­şa düşərək problemlərini həll etmək, məlumatlandırmaq, dinləmək, özünü təq­dim etmək, məktub, sorğu vərəqi, ərizə yazmaq, sual vermək, diskussiya aparmaq.
Sosial-əmək bacarıqları: konkret sosial hadisə və proseslər, peşə sahə­sin­dəki hü­quq və vəzifələrini bilmək; əmək bazarındakı situasiyaları araşdırmaq; şəxsi və ictimai maraqdan çıxış etmək, əmək və vətəndaşlıq münasibətlərində etik normaları rəhbər tutmaq bacarığına yiyələnmək.
Özünütəkmilləşdirmə bacarığı: fiziki, mənəvi, intellektual özünüinkisaf, emo­sional özünü-tənzimləmə və özünüidarə, özünün maraqları və imkanları çər­çivəsində fəaliyyət üsullarina yiyələnmə, özünüdərketmə, müasir insan üçün zəruri olan şəxsi keyfiyyətlərin inkişafına nailolma, psixoloji savadlılığı artırmaq, davranış və düşünmə mədəniyyətinə yiyələnmək, şəxsi gigiyena qaydalarına əməl etmək, sağlamlığın qayğısına qalmaq, ekoloji mədəniyyətə sahib olmaq.
Özününizamlama bacarığı: hər hansı situasiyada öz emosiyalarını əhval-ru­hiy­yəsini idarə etmək, nizamlamaq, özünə tələbkar yanaşmaq, tənqidə qarşı dö­zümlü olmaq, nəticə çıxarmaq, gərgin əsəb-psixi yüklənməyə qarşı səbirli olmaq, iatifadəçinin maraqlarına görə öz maraqlarından imtina etmək, yaranmış psi­xo­loji gərginliyi aradan qaldırmağa nail olmaq.

Pedaqoji bacarıqlar: insanlara kömək etmək və tətbiqi bacarıqlar öyrət­mək, şəxsiyyətin imkan və potensialını söyləmək, müsbət tərəflərini izah etmək, özünəyardımın təşkili yollarını, sosial həyati bacarıqları öyrətmək, psixoloji tex­nikaların (nitq, səs, jest, natiqlik məharəti) köməyi ilə fərd və qruplara təsir gös­tərmək, psixoloji biliklərlə məlumatlandırmaq, materialları aydın, məntiqi, ifadə­li, obrazlı çatdırmaq. 



Загрузка...