AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə
12 iyun 2025
1 088

BQU - n yenilənməsinə ehtiyac var



Bu universitetin gələcəyi sual altındadır - Fəaliyyəti dayandırıla bilər?

“Bakı Qızlar Universiteti bir ideya olaraq cəmiyyətdə mühüm bir missiya daşısa da, müasir çağırışlara cavab vermək üçün transformasiya olunmalıdır”.


AzTehsil.com xəbər verir ki, bu fikirləri azEdu.az-a açıqlamasında “Əməkdar müəllim”, sabiq deputat Sona Əliyeva bildirib.


Onun sözlərinə görə, Bakı Qızlar Universiteti Azərbaycan ali təhsil sistemində özünəməxsus yanaşması olan və yalnız qadın tələbələrə təhsil verən bir təhsil müəssisəsidir:


“Yəqin ki, onun fəaliyyət prinsipi, yəni pozitiv diskriminasiya, gender bərabərliyinin təşviqi və qadınların təhsilə çıxış imkanlarının artırılması məqsədinə söykənir. Bu baxımdan universitet, müəyyən sosial-mədəni ehtiyacları qarşılamaq baxımından vacib bir boşluğu doldurur. Xüsusilə konservativ ailələrin qız övladlarının təhsil almasına münasibətini yumşaltmaq və qadınların ictimai həyatda iştirakını artırmaq baxımından belə bir modelin mövcudluğu müsbət qiymətləndirilə bilər.


Digər tərəfdən, yalnız qadınların qəbul olunduğu bir ali təhsil müəssisəsinin uzunmüddətli perspektivdə əmək bazarının reallıqlarına nə dərəcədə uyğun olduğu sual doğurur. Müasir dövrdə təhsil prosesinin əsas məqsədi yalnız bilik vermək deyil, həm də sosial inteqrasiyanı təmin etməkdir. Bu kontekstdə gender əsaslı təcridolma, müəyyən sosial bacarıqların formalaşmasında əngəl yarada bilər. Həmçinin universitetdə tədris olunan ixtisasların əmək bazarında yüksək tələbat görməməsi onun rəqabət qabiliyyətini aşağı salır".


“Belə ki, əsasən pedaqoji, humanitar və sosial ixtisaslara fokuslanan tədris proqramları hazırda artıq “doymuş” sahələr hesab olunur və bu da məzunların işə düzəlmə imkanlarını məhdudlaşdırır”, - deyə Sona Əliyeva bildirib. O əlavə edib ki, universitetin bağlanması ilə bağlı verilə biləcək qərarın bir sıra obyektiv və subyektiv səbəbləri ola bilər:


“Əgər son illərdə tələbə qəbulunun kəskin azalması müşahidə olunubsa, bu təbii olaraq onun fəaliyyəti üçün təhlükə yarada bilər. Eyni zamanda, infrastruktur və maddi-texniki baza baxımından zəifliklər, tədris prosesinin müasir tələblərə cavab verməməsi, beynəlxalq əlaqələrin və tanınmanın zəif olması da bu riski artıran amillərdəndir.

Əgər universitet əmək bazarının tələblərinə uyğun kadr hazırlığı funksiyasını icra etmirsə və bu baxımdan cəmiyyətə faydalı olmursa, onun fəaliyyətinə yenidən baxılması obyektiv zərurət kimi ortaya çıxa bilər. Həmçinin bu məsələ ilə bağlı qərar vermək müvafiq dövlət qurumlarının səlahiyyətindədir.


Müvafiq təftiş və yoxlamalardan sonra universitetin fəaliyyəti ya yenidən qurula, ya da dayandırıla bilər. Bununla belə, universitetin tamamilə bağlanması əvəzinə, onun strukturunda və tədris istiqamətində islahatların aparılması daha məqsədəuyğundur. Texnologiya, mühəndislik, rəqəmsal bacarıqlar, ictimai idarəetmə, biznes və sahibkarlıq kimi sahələr üzrə yeni ixtisasların açılması, təhsil alan qızların müasir əmək bazarına inteqrasiyasını asanlaşdıra bilər.


Eyni zamanda, genderə əsaslanmayan daha açıq modelə keçid universitetin inklüzivliyini və cəmiyyətə təsir gücünü artıra bilər. Bakı Qızlar Universiteti bir ideya olaraq cəmiyyətdə mühüm bir missiya daşısa da, müasir çağırışlara cavab vermək üçün transformasiya olunmalıdır.


Mən gender ayrıseçkiliyinə müsbət baxmıram, çünki bu, dövrün inkişaf xüsusiyyətləri ilə uzlaşmır. O baxımdan da universitet fəaliyyətini davam etdirmək niyyətindədirsə, rəqabətə uduzmamaq üçün yeni tendensiyalara uyğun islahatlara getməlidir”, - deyə Sona Əliyeva qeyd edib.



Həmçinin oxuyun:
Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi