AzTehsil.com


Xəbərlər
23 avqust 2020
1 643


Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır



 

 

 Əgər bir cəmiyyətin sağlam düşüncəyə malik olmasını istəyirsənsə, həmin cəmiyyətdə böyüyən gənc nəslin sağlam tərbiyə olunması önəmlidir. Bu, təkcə sağlam vücudun olmasına dəlalət etmir, eyni zamanda, sağlam ruhun bütövlüyündə tamlığına varır. Qadının mövcudluğu, onun malik olduğu məziyyətlərin cəmiyyətin bütövləşməsində sərf olunması, gələcəyin aliliyinə gedən yolda təkan və özül olması, bu gün daha önəmlidir.

 
Çünki qadın ədalət çarcısıdır, qadın təmizlik timsalıdır, qadın sülhün təminatçısıdır... Tarix sübut edir, zaman göstərir, real həyat isə nəticə çıxarmağa sövq edir. Hər bir fərdin özünü təsdiq etməsi üçün şərait mövcud olmalıdır və istənilən zəka sahibi yaradılan bu şəraitdən təkcə özünün deyil, cəmiyyətin inkişafına müsbət mənada töhfəsini verməyə borcludur. Əks-tədqirdə inkişafdan və gələcəkdən söhbət gedə bilməz. Nəzərə alsaq ki, bir fərdin inkişafı, gələcəyin təminatı deməkdir, bu baxımdan, bizlərin şansı yaradılan şəraitdən maksimim istifadə edib, bacardığımız sahədə üzərimizə düşən məsuliyyəti dərk edib, əmək sərf etməyimizdədir. Azərbaycan qadının xoşbəxtçiliyi də, məhz ondadır ki, hər zaman dəstəyi və öz potensialını göstərə biləcəyi şəraiti var...

Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən, bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də, ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada, təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir. Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, namusu və qeyrəti, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər. Tarixi qaynaqlarda Azərbaycan qadınının dövlətçiliyimizin qorunması işində iştirakına aid ilk məlumatlar hələ eramızdan əvvəlki dövrlərə aiddir. Yunan tarixçisi Herodotun məlumatına görə, e.ə. VI əsrdə qüdrətli Əhəməni imperiyasının hökmdarı Kir Şimali Azərbaycan ərazisində yaşayan massagetlərin torpaqlarını ələ keçirmək istərkən müxtəlif hiylə və vasitələrə əl atmış, lakin Massaget dövlətinin başında duran mərhum hökmdarın qadını Tomiris onun niyyətini başa düşərək, onu bu niyyətindən daşındırmağa çalışmışdı. Nəticədə, Kirin qoşunları tamamilə darmadağın edilmiş, Tomiris öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub-saxlamışdı. Möminə xatunun yenilməz iradəsi, İnanc xanım, Mehrcan xanım ədaləti, Sara xatunun, Taclı, Pərixan xanım diplomatiyası, Tuti Bikənin, Bəyim xanımın sülhsevərliyi və bu günədək, şərəfli yolda öz adını həkk edən dəyanətli xanımlarımız. XIX əsrin görkəmli şərqşünası, Rusiyada şərqşünaslıq elminin banisi Mirzə Kazımbəy özünün "Bab və babilər" əsərində babilik təliminin qadına münasibəti məsələsi ilə əlaqədar yazırdı ki, istər Bab, istərsə də onun ardıcılları qadını onun düşdüyü fəlakətli vəziyyətdən qurtarmağa, onu cəmiyyətin bərabərhüquqlu üzvünə çevirməyə çalışırdılar. Bab öz "Bəyan"ında yazırdı: "Öz qızlarınızı sevin, oğlanlarınızla müqayisədə onların məqam və ləyaqətləri yaradan qarşısında daha yüksəkdir. Qadının azadlığı - insan nəslinin xoşbəxtliyidir".

Qeyd etmək lazımdır ki, adlarını çəkdiyimiz bu qadınlar, əsasən, islam dininin hakim olduğu, öz növbəsində, islamın cəmiyyətdə və ailədə qadınların hüququ, yeri və rolu ilə bağlı müddəalarının hakim sinfin və mürtəce ruhanilərin mənafeyinə uyğun olaraq, təhrif edildiyi, bir çox hallarda cəhalətin və nadanlığın hökm sürdüyü bir şəraitdə yaşamış və fəaliyyət göstərmişlər. Qadınlar kişilərə nisbətən bütün sahələrdə hüquqsuz vəziyyətdə olduqları bir halda, Azərbaycan tarixində belə mərd, cəsarətli, siyasətcil qadınlarımız yetişmişdi. Yaxın tariximizin və müasir dövrümüzdə də elinə-obasına yanan, ədaləti ilə öz sözünü deyən xanımlarımızın fədakarlığı da danılmazdır və fəxarət mənbəyimizdir.

Ulu Öndər Heydər Əliyev: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar". Ümummilli Liderin xalqın istək və iradəsinə uyğun olaraq, müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə tamam yeni bir mərhələ başlandı. Zərif cinsin nümayəndələrinin üzləşdikləri çətinliklərin, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlandı, ölkədə formalaşan demokratik mühit yeni qadın birliklərinin və cəmiyyətlərinin yaranmasına təkan verdi, qadın hərəkatlarına bir ruh yüksəkliyi gətirdi.

1994-cü il sentyabrın 19-da Dahi Öndər Heydər Əliyev "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələrindən ibarət Milli Komitə tərəfindən bu ərəfədə qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail olmağa yönəlmiş bir sıra tədbirlər - konfranslar, "dəyirmi masa"lar, müzakirələr və sərgilər təşkil olundu. Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşularaq, öz üzərinə müvafiq öhdəliklər götürdü. Eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırıldı. Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı. 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdu. Nəhayət, 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Azərbaycanın sosial, siyasi və mənəvi inkişafında rolu artan qadınlar dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmağa başladılar. Ölkədə uğurla həyata keçirilən gender bərabərliyi siyasətinin hüquqi bazasının formalaşmasının davamı olaraq Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı, daha sonra "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında", "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanları qadınların ictimai-siyasi həyatda iştirak və imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı.

Davamlı olaraq milli qanunvericilik təkmilləşdirildi və gücləndi."Azərbaycanda qadınların rolunun artırılması", "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" verilən sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, "Gender bərabərliyinin təminatları", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanunlarının qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı.

Bu gün Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik kursu uğurla davam etdirilr. Cənab İlham Əliyevin Prezidentliyi dövründə, həqiqətən, ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli və layiqli xidmət prinsipi üzərində qurulub. Bu yeniləşmə dövlət qadın siyasətindən də yan keçməyib. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək, yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət-qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulub, sürətlə inkişaf edərək, bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu gün Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, Azərbaycan adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın obrazı Azərbaycan qadınlarının dünyabaxışında və gələcəyində mühüm rol oynayır. Ölkəmizdə keçirilən Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın-uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir.

Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması çox mühüm nailiyyətdir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən gender siyasətinin mahiyyətində qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması dayanır. XX əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslər və beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. Bu gün dünyada gedən insan hüquqları məsələlərinin təhlili, gender bərabərliyi mövzusunda müzakirələrin ən gözəl cavabı və müsbət nümunəsi ölkəmizdə həyata keçirilən dövlət siyasəti və son təyinatlardır. Məhz bu baxımından, yaradılan şərait və güvən daha güclü Azərbaycan naminə düşüncələrimizi, enerji və niyyətlərimizi, əməli fəaliyyətimizdə təsdiqi üçün zəmindir və uğurlu gələcəyə gedən yolunun təminatıdır. sia.az 

Zəkiyyə MUSAYEVA,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon qadınlar şurasının sədri



Загрузка...
Həmçinin oxuyun:
Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Qadın müəllimlər haqqında  Dövlət Statistika Komitəsi maraqlı informasiya yayıb.

Qadın müəllimlər haqqında Dövlət Statistika Komitəsi maraqlı informasiya yayıb.

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

Rektor qadın məhbuslarla görüşüb

Rektor qadın məhbuslarla görüşüb

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb

Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Sürüklənən bəşəriyyət,qadınla yüksələcək!

Sürüklənən bəşəriyyət,qadınla yüksələcək!

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir