SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlanıb
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025 (SAF25) Könüllü Proqramı üzrə müsahibələrin nəticələri rəsmi olaraq elan edilib.
AzTehsil.com xəbər verir ki, seçim prosesində iştirak edən bütün namizədlərdən nəticələri və növbəti mərhələyə dair məlumatları görmək üçün e-poçt qutularını (o cümlədən spam qovluğunu) yoxlasınlar.
“Bir Könüllü” Tələbə Əməkdaşlıq İctimai Birliyinin təşkilatçılığı ilə SAF25 könüllü proqramı üzrə müsahibə mərhələsi uğurla başa çatıb. Ölkənin müxtəlif bölgələrindən 6 000-dən çox gəncin iştirak etdiyi bu proses bir ay davam edib. Müsahibələr bir neçə mərhələdə keçirilib və hər bir namizədin motivasiyası və potensialı ədalətli, inklüziv və əhatəli şəkildə qiymətləndirilib.
SAF25 könüllü proqramının məqsədi gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə marağını artırmaq, onların milli və beynəlxalq təhsil təşəbbüslərinə könüllülük yolu ilə töhfə verməsinə şərait yaratmaqdır.