AzTehsil.com


Xəbərlər / Müəllim
15 noyabr 2019
2 103


Yeni qrup yaradılacaq



Yeni qrup yaradılacaq

 

Nazirlər Kabineti "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nı təsdiqləyib.

Reyting.az-ın məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının (proqram iştirakçıları) seçimi meyarlarını və prosedurlarını müəyyən edir.

Proqram iştirakçıları bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan vətəndaşları (namizədlər) sırasından seçilirlər. Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

Proqram iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə aparılır:

- namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli qərarı ilə müəyyən edilmiş "Azərbaycan Respublkası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olması;

- namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

- namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;

- namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) "Times Higher Education (THE) World University Rankings və "Academic Ranking of World Universities (Shanghai)” reytinqlərindən hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması:

- Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

- namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;

- təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;

- namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

- namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Namizədin göstərilən meyarlara uyğunluğu təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən qiymətləndirilir. İdarəetmə Qrupunun yaradılması, fəaliyyətinin təşkili qaydası və səlahiyyətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Namizədin təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq, zədin məntiqi mühakimə yeritmək, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndirilir. Namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan və ya qəbul olunmuş namizədlərə şamil edilmir. Həmin tələblərə cavab verən xarici ali təhsil müəssisəsində bakalavr və magistr ali təhsil dərəcəsini almış namizədlərin Namizədin təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq, zədin məntiqi mühakimə yeritmək, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyətinin qiymətləndirilməsi aparılmır.

Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 2 ay qalmış Təhsil Nazirliyinin rəsmi internet saytında verilir. Proqram iştirakçılarının seçimi prosedurunda iştirak etmək üçün namizəd sənədlərin qəbulu müddətində nazirliyin rəsmi internet saytında "Xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq üçün elektron ərizə”ni doldurmalı və aşağıdakı sənədlərin skan edilmiş surətini əlavə edib, elektron ərizəni təsdiq etməlidir:

- namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənəd (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi);

- Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsini bağlamağa razılıq məktubu;

- ali təhsil pilləsinin müvafiq səviyyəsində təhsil almış namizədin bakalavr və ya magistr diplomu və ona əlavə (ali təhsilini başa vurmuş, lakin bu və ya digər səbəblər üzündən seçimin aparıldığı müddətdə ali təhsil haqqında sənəd almamış namizədə bu barədə ali təhsil müəssisəsi tərəfindən verilmiş arayış);

- xarici ölkədə ali təhsil almış namizədin bakalavr və ya magistr diplomu və ona əlavə;

- namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad edildiyini təsdiq edən arayış;

- namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubu (namizəd pedaqoji fəaliyyətlə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər);

- namizədin sağlamlığı haqqında arayış (forma AZS086/1);

- namizədin tədqiqat işinə dair Azərbaycan dilində məlumat (tədqiqat planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya) – 2000 sözdən az olmayan həcmdə;

- namizədin xarici ölkələrin təsir gücünə ("impakt faktor”) malik olan, istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələri, yaxud həmin məqalələrə elektron keçidlərin (linklərin) siyahısı.

Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonar namizəd üçün nazirliyin rəsmi internet saytından girişi olan elektron şəxsi kabineti yaradılır. Elektron şəxsi kabinet vasitəsilə namizəd istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər, habelə bu Qaydalarla müəyyən edilmiş sənədləri və məlumatları təqdim və əldə edə bilər. Elektron ərizə namizəd tərəfindən təsdiq edildiyi tarixdən 30 gün müddətində namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsi aparılır və namizədin müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması barədə məlumat onun elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

Namizədlərlə müsahibələri nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparır. Müsahibə komissiyalarının tərkibi 3 nəfərdən az olmamaqla nazirliyin, Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılır. Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər. Müsahibə komissiyalarına üzv olan nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edirlər. Namizəd üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə azı 1 iş günü qalmış nazirliyə bu barədə məlumat verməlidir. Müsahibədə iştirak etməyən namizədlə həmin tədris ili üçün aparılan seçim çərçivəsində yeni müsahibənin keçirilməsinə yol verilmir. Məlumat verməklə müsahibədə iştirak etməyən namizədlə İdarəetmə qrupunun qərarı ilə həmin tədris ili üçün aparılan seçim çərçivəsində 1 dəfədən artıq olmamaqla yeni müsahibənin keçirilməsinə yol verilir. Namizədləri əvvəlcədən məlumatlandırmaqla müsahibələrin videoçəkilişi aparılır.

Müsahibə komissiyalarının üzvləri tərəfindən namizədlərə verilən qiymətlərin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:

- təhsil almaq istədiyi ixtisas üzrə elmi tədqiqat işlərini aparmaq bacarıqları – 20 bal;

- məntiqi mühakimə yeritmək bacarıqları – 15 bal;

- kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti – 15 bal.

Namizədin əldə etdiyi yekun qiymət aşağıdakı düsturla hesablanır:

Y= (üzv1 + üzv2+…+ üzvn ) ÷ n

Y – namizədin əldə etdiyi yekun qiymət;

üzv1, üzv2, üzvn - müsahibə komissiyasının hər bir üzvü

tərəfindən verilmiş qiymətlərin cəmi;

n – müsahibədə iştirak edən müsahibə komissiyası üzvlərinin sayı.

Namizədin yekun qiyməti 40 və daha artıq olduqda, namizədin təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq, zədin məntiqi mühakimə yeritmək, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti meyarlara uyğun hesab olunur. Namizədin yekun qiyməti namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

Proqram iştirakçısı seçilmiş namizədlərin siyahısı Nazirliyin əmri ilə təsdiq edilir və onlarla Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada xarici ali təhsil müəssisəsində təhsilin maliyyələşdirilməsini tənzimləyən müqavilə bağlanılır.



Загрузка...
Həmçinin oxuyun:
DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

Rezidenturaya sənəd qəbulu başlayıb

Rezidenturaya sənəd qəbulu başlayıb

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya sənəd qəbulu başladı

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Təhsil Nazirliyi bu vəzifələrə işçi axtarır

Təhsil Nazirliyi bu vəzifələrə işçi axtarır

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Ən az 5 il müəllim işləyənlər ekspert ola bilər - Dərsliklər belə qiymətləndirilir

Ən az 5 il müəllim işləyənlər ekspert ola bilər - Dərsliklər belə qiymətləndirilir

957 nəfər qeydiyyatdan keçib

957 nəfər qeydiyyatdan keçib

Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək

Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM rezidenturaya sənəd verən namizədlərə müraciət etdi

DİM rezidenturaya sənəd verən namizədlərə müraciət etdi

Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək

Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək

Direktorların işə qəbulunda asanlaşdırıcı yeniliklər – Namizədlərin bilməli olduğu qaydalar

Direktorların işə qəbulunda asanlaşdırıcı yeniliklər – Namizədlərin bilməli olduğu qaydalar