AzTehsil.com


Xəbərlər / Şagird
03 iyul 2020
1 313


Mövcud vəziyyətdə ən səmərəli həll yolu



Mövcud vəziyyətdə ən səmərəli həll yolu

 

Onlayn müsahibələrdə uğur qazananların nisbət göstəricisi bu il daha yüksəkdir

"Mən məktəbə hazıram. Nurəngiz müəllimin sinfində oxuyacağam. Hərflərin hamısını tanıyıram. Hələ oxuya da bilirəm. 20-yə kimi sayıram, onları toplayıb çıxıram. Heyvanları - quşları, yırtıcıları, bitkiləri, meyvələri tanıyıram. Planetlərin adını da bilirəm. İngilis və rus dilində çoxlu sözlər öyrənmişəm. Bütün rəngləri seçirəm. Məktəbin başlamağını həvəslə gözləyirəm”.

Xədicə İbrahimli bu il birinci sinfə gedəcək. Məktəbini və müəllimini hələ mart ayından seçib. Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə təhsil alacaq birincilərdən biri də məhz o olacaq.

 Mövcud vəziyyətdə ən səmərəli həll yolu

 


Bakı məktəblərinə qeydiyyat davam edir

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə şagird qəbulu aparılır. Bu il mart ayının 10-dan aktivləşdirilən proses sentyabrın 15-dək davam edəcək. Artıq paytaxt məktəblərinin birinci sinfinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 44 000-dən çox uşaq üçün müraciət edilib. Azərbaycan dilində təhsil almaq istəyən paytaxt sakinlərinin əksəriyyəti, demək olar ki, təhsil alacağı məktəbi də, müəllimi də seçiblər. Ancaq qeydiyyat prosesi bitmədiyindən indidən 2020-2021-ci tədris ilində birinci sinfə qəbul olunacaq birincilərin sayı ilə bağlı konkret fikir söyləmək mümkün deyil.

Tədrisi digər dildə aparılan bölmələri seçənlər üçün müsahibələr

Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə təhsil almaq istəyənlər isə əvvəlcə müsahibələrə qatılırlar. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə keçirilən həmin müsahibələr uşaqların məktəbə qəbulu zamanı əsas şərtlərdən biridir. Odur ki, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət edən və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil olunur. Bu il ilk dəfə olaraq ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların I sinfə qəbulu zamanı da müsahibələr keçirilib.

Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilir. Yəni uşaq məktəbəhazırlıq qrupunda hansı məktəbdə, hansı müəllimdə qeydiyyata alınıbsa, I sinifdə də eyni qaydada tədrisə davam edəcək. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılır. Bu isə uşaqların daha səlis bildiyi dildə təhsil almasına imkan verir. Ekspertlər əmindir ki, bu halda uşaqların tədris nailiyyəti də daha yüksək olur.
 
Valideynlər müsahibənin formasını özü seçir

Ötən ilədək tətbiq edilən müsahibələr zamanı azyaşlı komissiya qarşısına çıxaraq özünün şifahi nitq bacarığını göstərmək üçün müxtəlif suallara cavab verirdi. Ancaq builki müsahibələr zamanı mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınıb. Belə ki, yeni növ koronavirus infeksiyasının yayılma sürətini azaltmaq məqsədi ilə məsafədən təhsilə keçildiyi kimi, müsahibələrdə də alternativ olaraq onlayn müsahibə forması təklif edilib. Valideyn iki variantdan birini seçir. Ya övladının ənənəvi (canlı) formada müsahibəyə qatılmasını istəyir, ya da evindən çıxmadan, harasa getmədən onlayn müsahibəyə üstünlük verir. Onlayn müsahibə formasını seçənlərlə "Microsoft Teams” - http://teams.microsoft.com/downloads platforması vasitəsilə videobağlantı yaradılır və komissiya üzvləri uşaqla ünsiyyət qurur.

Videobağlantı bu il birinci sinfə gedəcək Altun Hüseynli ilə də qurulub. Anası Sevinc Hüseynova deyir ki, əvvəlcə o da ənənəvi müsahibə formasını seçib: "Təhsil Nazirliyi onlayn müsahibəni seçməyi tövsiyə etmişdi. Sonradan tövsiyəyə əməl etməyə qərar verdim. Tərəddüdüm oğlum Altun Hüseynlinin onlayn müsahibədən uğurla çıxa biləcəyinə inamsızlıqdan irəli gəlirdi. O, çox fəal uşaqdır. Hətta dəcəldir. Ona görə də onlayn müsahibədə diqqətini toplaya, tanımadığı insanlarla ünsiyyət qura bilməyəcəyindən ehtiyatlanırdıq. Ancaq sonradan vəziyyəti və Nazirliyin tövsiyələrini nəzərə alıb onlayn müsahibə formasına üstünlük verdik. Yaxşı ki, qərarımızı dəyişdik. Müsahibə zamanı anladıq ki, narahatlığımız əbəs olub. Komissiya üzvləri çox qısa vaxt ərzində - bir neçə saniyəyə Altunun diqqətini özlərinə çəkə bildilər. Hətta Altun komissiya üzvlərindən oyuncaq istədi. Onlar da oyuncaq çıxardıb onunla səmimi ortam yarada bildilər. Altunun marağını müəyyən etmək, onu məhz bu istiqamətdə söhbətə çəkmək onlar üçün çətin olmadı. Oğlum kosmonavt olmaq istəyir. 10 dəqiqəyə yaxın sürən müsahibədə Altun onlara kosmonavtikadan danışdı. Sonra ondan nağıl soruşdular. Çox maraqla komissiya üzvlərinə nağıl söylədi. Hiss olunurdu ki, komissiya üzvlərini uşağın hər hansı sualın cavabını bilib-bilməməsi deyil, onun seçdiyimiz tədris dilində düşünüb-danışmağı maraqlandırır”.

 

 

Onlayn müsahibələrə maraq artıb

Beləliklə, ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələri də təşkil olundu. Demək olar ki, qeydiyyatdan keçənlərin mütləq əksəriyyəti onlayn müsahibə formasını seçdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələrə marağın artdığını vurğulayıb: "Valideynlərə, yaxud uşaqların qanuni nümayəndələrinə onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər. Bu yol mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq seçilsə də, valideynlərin və uşaqların rahatlığının təmin olunması və əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir.  Onlayn müsahibələrin keçirilməsinin üstünlüyünü həm də nəticələr baxımından qeyd edə bilərik. İlkin müşahidələrimiz deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi bu il daha yüksəkdir”.

B.Məmmədovun fikrincə, onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır: "Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində öncədən müvafiq təlimati məlumatlar da yerləşdirilib”.

Ənənəvi müsahibələrin təşkilinə gəlincə, B.Məmmədov mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtının hələlik bəlli olmadığını deyir: "Ənənəvi (canlı) müsahibəyə yazılan valideynlərə elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir. Əslində mütləq əksəriyyət ənənəvi (canlı) müsahibədən imtina edərək, övladının onlayn müsahibədə iştirakını təmin edib. Nəzərə alsaq ki, yaxın günlərdə tədris digər dildə aparılan bölmələri üzrə müsahibələrdə uğur qazanan uşaqların məktəb və müəllim seçiminə start veriləcək, onlayn müsahibənin daha səmərəli olduğunu bir daha görərik. Bu baxımdan vaxtaşırı valideynləri bir daha onlayn müsahibə imkanından yararlanmağa və məktəb seçimində normal qaydada iştirak etməyə səsləyirik. Hamı bilməlidir ki, onlayn müsahibələr mövcud vəziyyətdə ən səmərəli həll yolu kimi vətəndaş məmnuniyyətinə, valideyn və uşaqların rahatlığına və təhlükəsizliyinə xidmət edir”.

Alternativ qeydiyyat mərkəzlərində yeni iş prinsipi

Onu da qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət sadəcə müsahibələrin təşkilində deyil, elə ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində də nəzərə alınıb. Belə ki, valideynlərin əlavə vaxt itkisinin qarşısını almağa, növbəliliyi aradan qaldırmağa, mövcud vəziyyətlə əlaqədar müvafiq normaları qorumağa xidmət edən yeniliyə əl atılıb. B.Məmmədov bildirib ki, valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi hələ mart ayından etibarən dəyişdirilib: "Bu dəyişiklikdən sonra özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideyn və ya  qanuni nümayəndələrin Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac qalmayıb. Elektron qeydiyyatdan keçə bilməyən valideynlər təyin olunmuş "Whatsapp”  nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə bu yolla zəruri kömək göstərilir”.

Elektron xidmətdən istifadə et, koronavirus infeksiyasına qarşı mübarizəyə dəstək ver

Ümumiyyətlə, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılan imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir. Üstəlik, onlayn müsahibələrdə iştirak etməklə hər valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin edir.

 muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

Onlayn müsahibələrə maraq artıb

Onlayn müsahibələrə maraq artıb

Bu il I sinfə qəbul prosesində yenilik olub

Bu il I sinfə qəbul prosesində yenilik olub

I sinfə qəbul prosesində yenilik

I sinfə qəbul prosesində yenilik

BŞTİ: Növbəti onlayn Apelyasiya komissiyası fəaliyyətə başlayacaq

BŞTİ: Növbəti onlayn Apelyasiya komissiyası fəaliyyətə başlayacaq

Birinci sinfə qəbul üçün onlayn müsahibələrə start verildi

Birinci sinfə qəbul üçün onlayn müsahibələrə start verildi

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələr davam edir

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələr davam edir

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

I sinfə qəbul olunacaq uşaqlar onlayn müsahibədə başlayır

I sinfə qəbul olunacaq uşaqlar onlayn müsahibədə başlayır

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Birinci sinfə qəbul Whatsapp vasitəsilə aparılacaq

Birinci sinfə qəbul Whatsapp vasitəsilə aparılacaq

I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım keçiriləcək

I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım keçiriləcək

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə qəbul olarkən dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq

I sinfə qəbul olarkən dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Birinci sinfə qəbul  necə aparılacaq?- RƏSMİ

Birinci sinfə qəbul necə aparılacaq?- RƏSMİ

Nazirlik: Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb

Nazirlik: Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər