AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Məktəbə qədər və məktəbdən kənar / Bölgə
15 sentyabr 2025
1 155

Bağça müəllimləri sertifikasiyası....- Ətraflı



Bağça müəllimləri sertifikasiyası: maaş artımı necə olacaq? - CAVAB

Bu ildən etibarən bağçalarda tərbiyəçi-müəllimlər üçün sertifikasiya imtahanı təşkil olunacaq.


Maraqlı məqam isə budur ki, bu proses müəllimlərin pedaqoji keyfiyyətinə necə təsir göstərəcək, nəticələr onların əməkhaqqına və iş yerlərinin qorunmasına hansı formada yansıyacaq?


AzTehsil.com- n əldə etdiyi məlumata görə mövzu ilə bağlı  açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bağçalarda sertifikasiyanın keçirilməsi uzun müddətdir gözlənilən addım idi:

“İndiyədək sertifikasiya daha çox ümumi təhsil müəssisələrində - məktəb müəllimləri arasında tətbiq olunurdu. Əsas fərq ondadır ki, bağça müəllimlərinin imtahan məzmunu məktəb müəllimlərindən bir qədər fərqli olacaq. Məktəblərdə fənn bilikləri daha çox ön plandadırsa, bağça müəllimləri üçün suallar erkən uşaq inkişafı, məktəbəqədər pedaqogika, uşaqlarla davranış, oyun əsaslı təlim, təhlükəsizlik və valideynlərlə ünsiyyət kimi sahələri əhatə edəcək. Yəni burada sadəcə bilik deyil, uşaqlarla işləmək üçün vacib olan spesifik yanaşmalar və bacarıqlar qiymətləndiriləcək”.


Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi “Məktəbəqədər təhsil müəssisələrində işləyən pedaqoji işçilərin sertifikatlaşdırılması Qaydaları”nda bu fərqlilik açıq şəkildə öz əksini tapıb:


“Maaş artımı məsələsinə gəldikdə, ümumi təhsildə illərdir diferensial əlavələr mövcuddur. Belə ki, müəllimlər sertifikasiyanın nəticələrinə görə maaşlarına 10% və ya 35% əlavə alırlar. Bu, həm motivasiyaedici təsir göstərir, həm də keyfiyyətli müəllim əməyinin qiymətləndirilməsi baxımından mühüm mexanizmdir. Amma bağça müəllimləri üçün təsdiqlənmiş qaydalarda bu faizlər konkret göstərilməyib. Onlar üçün hazırda əsas mexanizm 5 illik pedaqoji fəaliyyət hüququnun verilməsi və uğursuzluq halında 1 il iş yerinin saxlanılması ilə təkrar imtahan imkanıdır. Maaş artımı məsələsi isə ayrıca normativ qərarla tənzimlənməlidir. Mənim fikrimcə, məktəb müəllimlərinə tətbiq olunan model bağçalara da şamil olunsa, bu, həm ədalətli olar, həm də bağça müəllimlərinin motivasiyasını əhəmiyyətli dərəcədə artırar”.


Sertifikasiyanın pedaqoji keyfiyyətə təsiri məsələsində ümumi təhsildəki təcrübə göstərib ki, bu proses müəllimləri öz üzərində işləməyə sövq edir, minimum standartları müəyyənləşdirir və peşəkar inkişafı stimullaşdırır:


“Bağçalarda da eyni təsirin olacağına inanıram. Amma bunun yalnız imtahanla məhdudlaşmaması vacibdir. Sertifikasiyadan sonra müəllimlər üçün əlavə təlimlər, metodik dəstək, mentorluq imkanları yaradılarsa, bu, real inkişaf effekti verəcək. Əks halda, imtahan sadəcə formal yoxlama kimi qəbul oluna bilər”.


Nəticələrin əməkhaqqına və iş yerlərinə təsiri barədə qaydalarda açıq şəkildə qeyd olunub:


“Uğur qazanan müəllimlər 5 il müddətinə fəaliyyət hüququ alırlar. İmtahanda iştirak etməyən və ya uğursuz olanlar isə üzrlü səbəb olduqda bir il ərzində iş yerlərini qoruyaraq təkrar imtahanda iştirak edə bilərlər. Bu, iş yerlərinin qorunması baxımından mühüm təminatdır. Yəni burada məqsəd kimsəni işsiz qoymaq deyil, əksinə, müəllimlərin bilik və bacarıqlarını artırmaq və təhsildə keyfiyyəti yüksəltməkdir.


Səmimi olaraq düşünürəm ki, bağça müəllimlərinin sertifikasiyası çox vacib və düzgün addımdır. Çünki məktəbəqədər təhsil uşağın bütün gələcək inkişafının bünövrəsidir. Əgər biz bu pillədə keyfiyyətli və motivasiyalı pedaqoqlarla işləsək, nəticəsini həm ibtidai sinifdə, həm də sonrakı təhsil mərhələlərində görəcəyik. Amma prosesin ədalətli, şəffaf aparılması və nəticələrin əməyin dəyərləndirilməsinə real təsir göstərməsi çox önəmlidir. Əgər maaş əlavəsi də bu sistemə daxil edilərsə, müəllimlər sertifikasiyanı sadəcə öhdəlik deyil, inkişaf və motivasiya aləti kimi görəcəklər”.



Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası uşağa necə kömək edir?

Metodbirləşmələr

Metodbirləşmələr

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında