AzTehsil.com


Xəbərlər / Müəllim
14 fevral 2018
3 073


Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb



 

 

Azərbaycan müəllimlərinin təşəbbüs qrupu aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

 "Müstəqil Azərbaycan çağdaş tarixinin ən şərəfli dövrünü yaşayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olub, dünyada dövlətimizin qüdrəti və siyasi nüfuzu möhkəmlənib, vətənimiz regionun lider dövlətinə çevrilib. 2003-cü ildə prezident seçkiləri öncəsi ulu öndər Heydər Əliyevin İlham Əliyev haqqında uzaqgörənliklə söylədiyi "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamının həqiqət olduğunu tarix və zaman bütün dünyaya göstərdi. Belə ki, cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu, milli inkişaf siyasətini dönmədən və uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi və mədəni həyatının davamlı inkişaf strategiyasını formalaşdırdı. Digər sahələrdə olduğu kimi, müstəqil Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu və siyasəti də məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter alıb, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə uğurlu addımlar atılıb. Bu illərdə təhsilin inkişafı ilə bağlı bir çox dövlət proqramları  qəbul edilib, onların icrası nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, tədris resurslarının məzmunca yeniləşdirilməsi, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil sisteminin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilib.

 

Sevindirici haldır ki, 2013-cü ildə prezident seçkilərindən dərhal sonra cənab İlham Əliyevin imzaladığı ilk sənəd-XXI əsrdə təhsilin inkişafının "Yol xəritəsi” sayılan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Biz, bunu ölkə prezidentinin təhsilə diqqət və qayğısının böyük təzahürü hesab edir və yüksək qiymətləndiririk. Hazırda həmin Strategiyada müəyyənləşdirilən hədəf və istiqamətlər üzrə islahatlar dövlət başçısının rəhbərliyi və qayğısı ilə uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi "qara qızılı insan kapitalına çevirmək” siyasəti nəticəsində ölkəmizdə insan kapitalının inkişafı sahəsində böyük uğur qazanılıb, "2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində 3558 nəfər azərbaycanlı gənc ali təhsil almaq imkanı qazanıb, onlardan 1470 nəfəri artıq məzun olub. Hesab edirik ki, müstəqil Azərbaycanın intellektual potensialının zənginləşməsində, rəqabətə davamlı kadrların formalaşmasında bu addım müstəsna tarixi əhəmiyyətə malikdir.

 

Son 14 ildə ümumi təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi sahəsində daha böyük uğurlara imza atılıb, ötən dövrdə 3104 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulub. Ölkənin ən ucqar kəndlərində belə az şagird kontingenti olan məktəb binalarının yeniləşdirilməsi məqsədi ilə modul tipli məktəblərin qurulmasına başlanılıb, 2017-ci ildə 106 belə məktəb quraşdırılıb, cari ildə 137-sinin istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısının böyük diqqət və qayğısı ilə həyata keçirilən bütün bu tədbirlər ümumi təhsildə keyfiyyətin yüksəlməsinə öz töhfəsini verir, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Dünya ölkələrində baş verən qeyri-stabil maliyyə vəziyyətlərinə baxmayaraq, son illərdə Azərbaycanda müəllimlərin əməyinin stimullaşdırılması sahəsində aparılan köklü islahatlar nəticəsində ümumtəhsil məktəblərində çalışan 140 min nəfərdən çox müəllimin vəzifə maaşı iki dəfə artırılıb, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllim nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Ölkə prezidenti İlham Əliyevin 2003-2017-ci illərdə imzaladığı sərəncamlarla təhsilin inkişafında müstəsna xidmətləri olan 2000-dək müəllim fəxri adlara və müxtəlif dövlət təltiflərinə layiq görülüb. Bu bir həqiqətdir ki, Azərbaycan müəllimləri hər zaman dövlət başçısının siyasətinin təbliğatçıları və dəstəkçiləri olub. Bu, bizim prinsipial mövqeyimizdir və həmişə də belə olacaq. Çünki İlham Əliyev ilk dəfə prezident seçilərkən "Mən hər bir vətəndaşın prezidenti olacağam” vədinə sadiqliyini əməli fəaliyyəti ilə sübut edib. Əziz həmvətənlər, siz qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməklə, inanırıq ki, müstəqil Azərbaycanın gələcəyinə, milli təhsilimizin aydın sabahına, müstəqilliyimizin qarantına, ölkəmizdə əmin-amanlığa səs vermiş olacaqsınız!”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

İlham Əliyev təhsillə bağlı - SƏRƏNCAM imzaladı

İlham Əliyev təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub