AzTehsil.com


Xəbərlər
01 aprel 2022
974


“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb




Avropa İttifaqı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb.


Təhsil İnstitutundan bildirilib ki, iki mərhələdən ibarət layihənin əsas məqsədi ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyini təmin etməkdir. Layihə çərçivəsində ümumi təhsil pilləsində tətbiq olunan dərslik komplektlərinin gender bərabərliyinin təşviqi baxımından nəzərdən keçirilməsi, rəy və təkliflərin verilməsi və nəşriyyat evləri, dərslik müəllifləri və ümumi təhsil müəssisələrinin müəllim heyəti üçün tədris prosesində gender bərabərliyinin qorunması məqsədilə təlimlərin təşkil olunması nəzərdə tutulur.


Layihənin başlanması münasibətilə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev qeyd edib ki, bu gün ölkədə baş verən inkişaf templərinə baxmayaraq, gender əsaslı ayrı-seçkilik və zorakılıq halları bu proseslərə mənfi təsir göstərir. Bu hallarla mübarizəni effektiv şəkildə təşkil etmək üçün ayrı-seçkilik və zorakılığa şərait yaradan mövcud sosial normaların transformasiyası zəruridir: “Buna isə nə qədər erkən yaşdan başlasaq, o qədər daha yaxşı nəticə əldə edəcəyik. Bu baxımdan layihədən gözləntilərimiz böyükdür”,- deyə F.Babayev əlavə edib.


Təhsil İnstitutunun direktoru Rüfət Əzizov şagirdlərdə erkən yaşlardan gender yönümlü yanaşmanın formalaşdırılması üçün məktəb rəhbərliyi, müəllimlər və ailə üzvləri ilə bir sıra işlərin görülməsinin zəruri olduğunu bildirib. O deyib: “İnanırıq ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrinin inzibati və pedaqoji heyətinin, ailə üzvlərinin bu yöndə təlimləndirilməsi məktəb yaşlarından şagirdlər arasında gender stereotiplərinin qarşısının alınmasına dəstək olacaq”.


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko məktəblər və dərsliklərin gender rollarının öyrənilməsində fundamental rola malik olduğunu və bu baxımdan sözügedən layihənin vacibliyini vurğulayıb. Qeyd edib ki, məktəblər və orada istifadə olunan dərs vəsaitləri gender bərabərliyinə nail olmaq üçün potensial vasitələrdəndir və qadın və kişilər arasında münasibətləri formalaşdıran normaları, inancları, təcrübələri və biliyi müəyyən edir.


“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində Təhsil İnstitutu tərəfindən hazırlanan və ümumi təhsil müəssisələrində tətbiq edilən 7 dərslik komplektinin məzmununun genderə həssas prizmadan nəzərdən keçirilməsi, 100-dək dərslik müəllifi və aidiyyəti tərəflərə ümumi təhsil pilləsi üçün gender baxımından məqbul məzmun yaratma bacarığının artırılması və 3000-dək müəllimə müxtəlif tədris metodlarına gender əsaslı yanaşmanın tətbiq edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Təhsil İnstitutu tərəfindən hazırlanan və özündə gender yönümlü yanaşmanı ehtiva edən Məktəbin İnkişaf Planı çərçivəsində seçilmiş 50 məktəbin inzibati heyətinə məktəbin gündəlik fəaliyyətlərində gender məsələlərinin nəzərə alınması və 1500-dək şagirdinə gender bərabərliyi konsepsiyası barədə məlumat veriləcək, 3000 valideyn isə müsbət valideynlik, eləcə də cinsindən asılı olmayaraq övladlarının bərabər qaydada səlahiyyətləndirilməsi kimi mövzularda praktik məlumatlar əldə edə biləcəklər.


Qeyd edək ki, 2022-ci ilin sonunadək davam edəcək layihə BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir. Layihənin bir qismi, həmçinin Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı tərəfindən maliyyələşdirilir.




Загрузка...
Həmçinin oxuyun:
"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsinə başlanılıb

V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsinə başlanılıb

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi davam edir

“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi davam edir

Yeni layihənin  icrasına  başlanmışdır.

Yeni layihənin icrasına başlanmışdır.

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Təlim nəticələri zəif olan 18 məktəbdə şagirdlərin öyrənmə ehtiyacları müəyyənləşdiriləcək

Təlim nəticələri zəif olan 18 məktəbdə şagirdlərin öyrənmə ehtiyacları müəyyənləşdiriləcək

“Sağlam təhsil-sağlam millət” layihəsinin inkişafına dair qrant müsabiqəsi

“Sağlam təhsil-sağlam millət” layihəsinin inkişafına dair qrant müsabiqəsi

“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrası uğurla davam etdirilir

“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrası uğurla davam etdirilir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Tvinninq layihəsinin yekun konfransı keçirilib

Tvinninq layihəsinin yekun konfransı keçirilib

“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib

“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Təhsil naziri əmr İMZALADI

Təhsil naziri əmr İMZALADI

Məktəblinin dostları təltif edilib

Məktəblinin dostları təltif edilib

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

Paytaxt məktəblərində 196 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxt məktəblərində 196 “Sağlam təhsil” sinfi təşkil edilib