AzTehsil.com

Xəbərlər / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Bölgə
05 iyul 2025
1 135

Magistraturanın SABAH qrupları ləğv olunur



_Prezident İlham Əliyev 15 noyabr 2024-cü ildə ali təhsildə keyfiyyətin artırılması məqsədilə “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” sərəncam imzalayıb.AzTehsil.com-  Bu sərəncam çərçivəsində SABAH proqramının əhatə dairəsinin 2025–2026-cı tədris ilindən etibarən mərhələli şəkildə 2028-ci ilə qədər genişləndirilməsi nəzərdə tutulur. Lakin magistratura səviyyəsində SABAH qruplarının davam etdirilib-etdirilməməsi ilə bağlı qeyri-müəyyənliklər bakalavrlarda ciddi narahatlıq yaradıb.Elm və Təhsil Nazirliyi, Prezidentin imzaladığı sərəncam SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsini və proqramın əhatə dairəsinin genişləndirilməsini əhatə edir.Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Modern.az-a açıqlamasında bildirib ki, bakalavr pilləsini başa vuran tələbələrdə SABAH qruplarının magistratura pilləsinin gələcəyi ilə bağlı suallar yaranıb:“Bakalavrlar gözləyirdilər ki, əvvəlcə SABAH qruplarına qəbul prosesi elan olunsun, daha sonra magistr ixtisas seçiminə başlansın. Lakin Dövlət İmtahan Mərkəzi birbaşa 7–13 iyul tarixlərində ixtisas seçiminin aparılacağını açıqlayıb. Bu isə bizdə magistratura səviyyəsində SABAH qruplarının olmayacağı qənaətini formalaşdırıb”.Ekspert vurğulayıb ki, SABAH qrupları 2014-cü ildən Təhsil Nazirliyi (hazırkı Elm və Təhsil Nazirliyi) tərəfindən yaradılıb və yüksək akademik göstəricilərə malik, savadlı, bacarıqlı tələbələrin xüsusi təlim proqramları ilə inkişafını təmin edib:“Bu proqramda azsaylı tələbə kontingenti ilə informasiya texnologiyaları, xarici dil və yumşaq bacarıqlara yönəlik dərslər, innovativ tədris metodları və fərdi inkişaf proqramları tətbiq olunurdu”.R.Fikrətoğlunun fikrincə, əgər SABAH qrupları magistratura pilləsində ləğv edilirsə, bu, layihənin artıq ilkin mərhələdə nəzərdə tutulan eksperimental xarakterinin tamamlandığını və nəticələrinin qiymətləndirildiyini göstərə bilər.Digər tərəfdən isə, ola bilsin ki, SABAH proqramının prinsipləri daha geniş təhsil sisteminə inteqrasiya ediləcək və bu modeldən bütün tələbələr yararlanacaq:“Bununla belə, SABAH qruplarının tamamilə dayandırılması təhsildə istedadlı tələbələr üçün fərqli inkişaf platformalarının daralmasına, alternativ modellərin olmaması isə sistemin statikləşməsinə səbəb ola bilər”.  O qeyd edib ki, proqram ləğv ediləcəksə belə, onun yerinə daha şəffaf, səmərəli və innovativ islahatlar həyata keçirilməli, alternativ inkişaf proqramları hazırlanmalıdır.“SABAH qruplarının magistratura səviyyəsində genişləndirilməsi daha məqsədəuyğun olardı. Belə ki, bu səviyyədə elmi tədqiqat yönümlü, multidissiplinar proqramlarla inteqrasiya edilə və proqram gələcəkdə müasir təhsil sisteminə keçid üçün bir körpü rolunu oynaya bilər”.


.



Həmçinin oxuyun:
Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı

Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI