Sinif rəhbəri
07 may 2016
16 483
Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili
SİNİF RƏHBƏRİ İLƏ ŞAGİRDLƏR ARASINDA ƏMƏKDAŞLIĞIN PRİNSİPLƏRİ...
Tez –tez hansısa məktəbin ,hansısa sinif məzunlarının 20,25 ,30 illiklərini qeyd etmək üçün bir yerə toplaşdıqlarını eşidirik. Bir çox hallarda orta məktəbi bitirdikdən sonra isə tez-tez görüşürlər, biri-birinin şad və çətin günlərində bir araya toplaşan məzunlarımızı gördükdə onların mehribançılığını fəxrlə danışırıq. Sizə elə gəlmirmi bu mehriban münasibətlərin əsasını məhz biz sinif rəhbərləri orta məktəb illərində qoyuruq.5-11-ci siniflərdə sinifin ümumi xarakteristikasını araşdırarkən ,ibtidai sinif müəlliminə nə qədər çox oxşadıqlarını tez-tez deyirik.Eyniylə də məktəbdən sonrakı dövrdə məzunlarımızın münasibətlərinin necə qurulması həmin sinifin sinif rəhbərinin xarakterinin və iş prinsipinin nəticəsi kimi baxmaq lazımdır.
İllər keçdikcə oxuduğu məktəbi, oturduğu sinifi ,ona dərs deyən müəllimləri axtarmaq üçün məktəb qapısını açan , məktəbə doğma yuvası kimi daim baxan, müəllimləri ilə həmişə fəxr edən məzunlarımızı yetişdirmək üçün sinif rəhbəri öz fəaliyyətində aşağıdakı prinsiplərə əməl etməlidir:
- Şagirdləri zəif və güclü tərəfləri ilə fərq qoymadan şəxsiyyət kimi qəbul etmək
- Şagirdləri təlim naliyyətlərindəki uğurlarına görə ( yaxşı oxuyanlara və ya oxumayanlara )
- qruplara bölməmək
- Daim ünsiyyətcil olmaq,şagirlərin istər məktəb həyatındakı,istərsədə şəxsi həyatındakı problemlərinə həssaslıqla yanaşmaq,şagirdlərlə ünsiyyət zamanı daim təbəssüm və mehriban bir görkəmdə onlara yanaşmaq
- Qeyri peşəkarlığı və xarakteri ilə bağlı olaraq haqsız durumda olanda əsəb ,zorakılıq, fiziki və psixoloji təzyiq vasitələrindən istifadə etməmək, necə gərgin olursa olsun bu halını ünsiyyət zamanı büruzə verməmək
- Etiraf etməyi bacarmaq və bunu şagirdlərə aşılamaq.
- Yaxşı olardı ki sinif rəhbəri sinif kollektivi ilə söhbətlər zamanı sinif kollektivini formalaşdırmaq üçün şagirlərə
- "sinifimizi 3,5 ildən sonranecə görmək istəyərdiniz ? ” ,
- " necə edək ki sinifimizdə mehriban münasibət daha da yaxşı olsun ? "
- " sinif rəhbəri kimi məni necə görmək istərdiniz ? "
- " sinifdə nə etmək,nə demək olar ?” ,”Sinifdə nə etmək,demək olmaz ?”
- "sizcə sinifimizdə hansı yaxşı ənənələr var ? "
və s suallar verməklə və ya sorğular keçirtməklə şagirdlərin fikirlərini alsınlar, dəyərləndirsinlər.
Əks əlaqə-Bu üsul ilə sinif rəhbəri sinifdə aprdığı işlərin nəticələrini öyrənə bilər.Bu üsul əsasən sorğu vasitəsi ilə vaxtaşırı (ayda ,3 ayda,yarımildə,ildə bir dəfə ) olaraq keçirilir. Sualları sinif rəhbəri tərtib edir ( psixoloq və ya daha təcrübəli müəllimlə də məsləhətləşə bilər). Şagird sinif rəhbərinin verdiyi tapşırıqları niyə yerinə yetirə bilmədiyini ,sinif rəhbərini necə görmək istədiyini ,onun xarakterində qəbul edə bilmədiyi cəhətləri yaza bilər. Bu sinif rəhbərinə şagirdlərə daha da yaxınlaşmaq üçün ,sinif kollektivində daha effektiv işini qurmaq üçün bu üsulun böyük köməyi dəyə bilər. Sinif rəhbəri ilk vaxtlar belə sorğuları anonim keçirtməlidir. Qarşılıqlı inamın yarandığı sinif kollektivi mühitində belə sorğular sonralar şagirdlərin birbaşa adını qeyd etməklə də olar.
Məktublar-Bu üsul gözəl bir ənənə yarada bilər sinifdə.Belə ki , yarımil və ya ilin sonunda . və ya şagird təhsil aldığı məktəbi dəyişərkən sinif rəhbəri şagirdlərin hər birinə məhəbbət və hörmətlə onu necə sevdiyini,necə dəyərləndirdiyini, gələcəkdə onu necə bir layiqli vətəndaş və övlad kimi gördüyünü yazır.İnanın bu məktublar şagirdin məktəb həyatından ən əziz xatirəsinə çevriləcək.Və onu dəyərləndirən müəllimini heç vaxt unutmayacaq.Tez-tez ayrı-ayrı insanlardan eşidirik " filan müəllimim xətrimi çox istəyərdi "və " mənə dəyər verərdi”...Belə məktubları şagirdlər tərəfindən sevimli sinif rəhbərinə yazılmasıda özümüzü motivasiya etmiş olar..
Sinifdənxaric tədbirlər-sinif kollektivinin formalaşmasında sinifdənkənar tədbirlərin böyük əhəmiyyəti var.Sinif şagirdlərinin hər hansı birinin , sinif rəhbərinin və ya həmin sinifdə dərs deyən və sinifin böyük rəğbətini qazanmış ( bu zaman şagirdlərin rəyi nəzərə alınmalıdır) ad günlərini qeyd etməklə( bu zaman dəbdəbə və israfçılıqdan uzaq olunmalıdır. Nisbətən imkanlı ailədən olan şagirdin ad gününü təmtəraqlı ,digərinin ad gününü isə sönük keçirtməklə sinif rəhbəri sinifdə şagirdlər arasında sosial ayrı seçkilik yaranacaq. Odur sinif rəhbəri ad günlərini elə təşkil etməlidir ki, sinifdə sosial bərabərsizlik hiss olunmasın .Bir çay süfrəsi və ya 10 dəqiqəlik bədii bir səhnəcik və s. Sinifdənkənar tədbirlər təkcə ad günləri ilə bitmir. Rəsmi və ya milli bayramları , əgər valideyinləri hər hansı bir peşə sahibidirlərsə peşə bayramlarını təşkil etmək olar. Tətillər zamanı ekskursiyalar təşkil etməklə, ərazidə olan qocalar evinə , körpələr evinə getməklə, şəhid ailələrini , müharibə əlillərini və qəhrəmanlarını ziyarət etməklə və s ilə sinifdənxaric tədbirləri təşkil etmək olar.
Sinifin ad gününü qeyd etmək- sinif şagirdləri ilə birlikdə ilin müəyyən bir günü sinifin ad günü elan etmək olar. Həmin günü hər il sinifdə qeyd etməklə siz gələcəkdə şagirdləriniz məzun olduqdan sonra da belə ad günü kimi qey edilən gündə bir yerdə toplaşmağın əsasını qoymuş olacaqsınız. Bu tarix sinif kollektivindən kiminsə ad gününə və ya sinif üçün əlamətdar günə salına bilər.
Xeyriyyə günləri-vaxtaşırı olaraq xeyriyyə aksiyaları təşkil etmək , şagirdlərin əl işlərinin satışın təşkil edib toplanşış vəsaiti xeyriyyə məqsədi ilə sərf etmək olar.
Dəyirmi masalar-vaxtaşırı dəyirmi masalar təşkil etmək olar müxtəlif mövzularda.Məsələn hansısa şair və yazıçının həyat və yaradıcılığını, hansısa kitabı ,əsəri , hər hansı bi sosial problemi, bir sözlə şagirdlərin maraq və meylləri nəzərə alınmaqla hər hansı bir mövzunu müzakirə etmək olar. Bu zaman şagirdlərə qarşılıqlı dinləmə ,müstəqil fikir yürütmə ,analiz etmə və nəticəyə gəlmə bacarıqları aşılanmalıdır.
Yay tətili günləri-yay tətili və digər tətillərdə müəyyən günlərdə siniflə hər hansı bir mövzuda toplaşmaq olar. Bu görüş məktəbdə və ya gəzintilərə getməklə reallaşa bilər.Yay tətili dövründə,eləcədə bütün ilboyu şagirdlərlə operativ ünsiyyət qurmaq üçün İKT naliyyətlərindən də istifadə etmək olar .( sosial şəbəkələrin sinif kollektivi tərəfindən daha çox istifadə olunan hər hansı birində sinif üçün qrup yaratmaqla).