AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
11 sentyabr 2025
952

ADPU-nun Quba filialında tədris ilinin ilk Elmi Şurası keçirilib

ADPU-nun Quba filialında tədris ilinin ilk Elmi Şurası keçirilib.

AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şurasının 10 sentyabr 2025-ci il tarixində genişləndirilmiş tərkibdə iclası keçirilib. ADPU-nun Quba filialının direktoru, Elmi Şuranın sədri professor Yusif Alıyev çıxış edərək üzvləri, dəvət olunan müəllim və əməkdaşları salamladı. Yeni tədris ilində və şəxsi həyatlarında kollektivə uğurlar arzulayan sədr, ötən bir ildə qazanılan uğurları sadaladı, əldə edilən nailiyyətlərdən danışdı. Daha sonra professor Yusif Alıyev filialda açılacaq yeni ixtisaslarla bağlı məlumat verərək, qarşıdan gələn tədris ili ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini çatdırdı. Filialın gələcək inkişafı istiqamətində əməkdaşları daha da intizamlı, yenilikçi və məsuliyyətli olmağa dəvət etdi. 

Sonra gündəlikdəki məsələlərə uyğun olaraq çıxış və hesabatlara başlanıldı.

Tədris şöbəsinin müdiri Mələk Bağırova “2024/2025-ci tədris ilinin yay semestrinin nəticələri haqqında” geniş hesabatla çıxış etdi. 

Sonra İnformasiya Kommunikasiya Şöbəsinin müdiri Yusif Abayev 2025/2026-ci tədris ili üçün bakalavriat üzrə qəbulun, Tələbə, məzunlarla İş və karyera şöbəsinin müdiri Hikmət Musayev isə magistratura səviyyəsi üzrə və MİQ imtahanlarında filial məzunlarının nəticələri barədə çıxış edərək ətraflı məlumat verdilər. 

Cari məsələlərin müzakirəsində Strateji məsələlər üzrə mütəxəssis, s.e.f.d. Sabir Hacıyev “ADPU Quba-2030” Strateji İnkişaf Planının (2025-2030)” son versiyası barədə Elmi Şuraya hesabat verdi. 

Elmi şura “ADPU Quba-2030” Strateji İnkişaf Planının (2025-2030)” sənədini yekdilliklə qəbul etdi. 

Daha sonra Tədris Şöbəsinin müdiri Mələk Bağırova 2025/2026-cı tədris ili üçün Filialın Elmi Şurasının, strukturların iş planlarının və akademik təqvimin təsdiqi barədə məlumat verib.

Elmi şuranın gedişatında filialda fəaliyyət göstərən Psixoloji dəstək xidmətinin fəaliyyəti haqqında filialın müəllimi Fatimə Qasımova hesabatla çıxış etdi.

Gündəliyə çıxarılan dinlənilmiş hesabatlar ətrafında əlavə müzakirələr aparıldı, bu məsələlərlə bağlı gələcəkdə daha səmərəli nəticələr qazanmaq üçün müvafiq qərarlar yekdilliklə qəbul edildi.

Qarşıda duran vəzifə və öhdəliklər bir daha Şura iştirakçılarının diqqətinə çatdırıldı, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənildi.

Sonda Özbəkistan Respublikası Fərqanə Vilayəti Müəllimləri Təkmilləşdirmə Mərkəzi tərəfindən “XXI əsrdə Dil və Ədəbiyyat: Yeni Yanaşmalar və Perspektivləri" mövzusunda iki qardaş ölkə arasında keçirilən konfransa verdiyi töhfələrə görə, təltif olunan ADPU-nun Quba filialının bir qrup əməkdaşına sertifikatlarlar təqdim olunub.

Həmçinin oxuyun:
Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Elmi Şura KEÇİRİLİB

Elmi Şura KEÇİRİLİB

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Məsafədən idarəetmə və onlayn təhsil təcrübəsi

Məsafədən idarəetmə və onlayn təhsil təcrübəsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət