AzTehsil.com

Xəbərlər
16 sentyabr 2016
5 150

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib. Rektoryanı Şuranın iclasında ADPU-nun prorektorları, fakültə dekanları, kafedra müdirləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər. İclasda 2016-2017-ci tədris ilində qarşıda duran vəzifələr müzakirə edilib. 
ADPU–nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasında bildirib ki, yay tətili dövründə universitetdə cari və əsaslı təmir işləri həyata keçirilib. ADPU təmir və tikinti işlərinin davam etdirilməsi məqsədilə maliyyə vəsait ayrılması üçün Nazirlər Kabinetinə məktubla müraciət etməyi qərara alıb. Eyni zamanda ADPU-nun yataqxanaları ilə bağlı da Nazirlər Kabinetinə müraciət edilməsi barədə qərar qəbul edilib. Müraciətdə həmin yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızın müvafiq yaşayış yerləri ilə təmin edilmələri və ADPU-nun tələbə-gənclərinin yataqxanalarda yerləşdirilmələri üçün kömək göstərilməsi xahiş edilir. Hazırda ADPU-nun 4 yataqxanasında bütünlüklə məcburi köçkünlər məskunlaşıb. 2 nömrəli tədris korpusundakı yataqxanada isə məhdud sayda tələbə yerləşdirmək mümkündür. ADPU-da tələbələrin yataqxanada yerləşdirilməsi ilə bağlı müvafiq komissiya yaradılıb, meyarlar müəyyənləşdirilib və bu işə ədalətlə baxılır. 
Rektor eyni zamanda yeni tədris ilində ADPU-ya tələbə qəbulunun nəticələri barədə məlumat verərək bildirib ki, ali təhsilin bakalavriat səviyyəsində ADPU-nun Azərbaycan bölməsinə 2090 nəfər, rus bölməsinə isə 230 nəfər olmaqla bütövlükdə 2320 nəfər tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu. 1258 nəfər dövlət sifarişi əsasında, 896 nəfər isə ödənişli əsaslarla qəbul olunublar. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 nəfər tələbə qəbul olunub. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 nəfər qəbul olunub. Onlardan 164 nəfəri dövlət sifarişi əsasında, 239 nəfəri isə ödənişli əsaslarla qəbul olunublar. Builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə universitetə qəbul olunmuş tələbələrin təxminən 80%-ni təşkil edib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma faizi 97,18%-i təşkil edib. Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42%-i təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. Bütövlükdə isə bu il ali təhsilin həm bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəricilər əvvəlki illərlə müqayisədə xeyli yaxşıdır. 
Rektor Cəfər Cəfərov iclasda həm də Təhsil Nazirliyində sentyabr ayının 2-də ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclası barədə məlumat verib. Qeyd edib ki, kollegiya iclasında ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin təhlili, təhsil haqlarının ödənilməsi, tələbə köçürmələri, Fransız-Azərbaycan Universiteti və ictimaiyyətlə əlaqələr məsələləri müzakirə edilib. Professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir əmək bazarının və işəgötürənlərin tələblərinə uyğun təhsil verilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, təhsil haqlarının ödənilməsində çevikliyin təmin edilməsi üçün təhsil haqlarının elektron qaydada İnternet vasitəsilə ödənilməsi ilə bağlı səmərəli təkliflər irəli sürülüb. Artıq tələbə köçürmələri elektron qaydada transfer.edu.az saytı vasitəsilə həyata keçirilir. Hazırda ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələrinə xüsusi diqqət yetirilir.
Rektor vurğulayıb ki, bu gün dünyada ali təhsil müəssisələrinə tələbə cəlb edilməsi üçün mübarizə gedir və bu sahədə rəqabət var. Biz ADPU-nun maddi-texniki bazasını gücləndirməli, təhsilin keyfiyyətini yüksəltməliyik. Əmək intizamına ciddi əməl etməli, qəbul etdiyimiz qərarların icrasını təmin etməliyik. Tələbələrin arzu və istəklərini, tələblərini nəzərə almalı, universitetə daha çox tələbə cəlb edilməsi və onların arasından ən yaxşılarının seçilməsini diqqət mərkəzində saxlamalıyıq. ADPU-nun beynəlxalq qrant layihələrində iştirakı olduqca vacibdir. Eyni zamanda subordinasiya, etik davranış qaydaları gözlənilməlidir. Universitetdə əməkhaqqının artırılması da islahatların aparılması yolu ilə mümkündür. İstənilən təşkilat, o cümlədən ali təhsil müəssisəsi effektiv idarə olunmalıdır.
İclasda Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov, Elmi işləri üzrə prorektor, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, İnzibati-təsərrüfat işləri üzrə prorektor, dosent Səfər Hüseynov, ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək yay imtahan sessiyasının nəticələri, Sənəd Qəbulu Komissiyasının fəaliyyəti, idarəetmənin optimallaşdırılması, həyata keçirilən təmir-tikinti işləri və yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
İclasın sonunda ADPU-nun rektoru, professor Cəfər Cəfərov prorektorlara, fakültə dekanlarına, kafedra müdirlərinə və struktur bölmələrin rəhbərlərinə Rektoryanı Şuranın iclasında qarşıya qoyulan vəzifələrin universitetin kollektivinə çatdırılmasını tapşırıb və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərilməsini tövsiyə edib.
ADPU-nun İctimayyətlə Əlaqələr Şöbəsi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Загрузка...
Həmçinin oxuyun:
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Təhsil Nazirliyi 571  xarici diplomu tanımadı !

Təhsil Nazirliyi 571 xarici diplomu tanımadı !

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )