Boş qalan yerlərə qeydiyyat bu tarixdə başlayacaq
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr saat 11:00-da start veriləcək.
AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, abituriyentlər (subbakalavrlar) //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 15 sentyabr saat 18:00-da yekunlaşacaq.