AzTehsil.com


Xəbərlər / Abituriyent
15 avqust 2017
4 506


Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb



 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən 20-dək aparılır. DİM-dən verilən məlumata görə, imtahanların nəticələrinə görə ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

 

DİM ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb, şərtlər aşağıdakı kimidir:

 

I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Geologiya”, "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, "Kompüter elmləri" ixtisasları üzrə müsabiqədə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

Dövlət ali təhsil müəssisələrinin  (Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili  fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır.

 

"Memarlıq” ixtisasının müsabiqəsində test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqronomluq" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

 

II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılır.

 

Dövlət ali təhsil müəssisələrinin "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

 

Dövlət ali təhsil müəssisələrinin (Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili  fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır.

 

III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fən¬ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

Dövlət ali təhsil müəssisələrinin "Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili  fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə ümumi balı 100-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

 

IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

Lənkəran Dövlət Universitetinin "Baytarlıq” ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur). 

Naxçıvan Dövlət Universitetinin "Baytarlıq" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.




Загрузка...
Həmçinin oxuyun:
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayıb

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

Ümumi balı 150-dən az olmayan abituriyentlər üçün şad xəbər

Ümumi balı 150-dən az olmayan abituriyentlər üçün şad xəbər

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI

9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Bu gündən ali məktəblərdə boş qalan 6242 plan yerinə ixtisas seçimi aparılır

Bu gündən ali məktəblərdə boş qalan 6242 plan yerinə ixtisas seçimi aparılır

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb