Təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Salyan və Biləsuvar rayon təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Salyan rayonu Sarvan kənd tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə idarənin müvafiq struktur bölmə rəhbərləri, Salyan və Biləsuvar rayon təhsil sektorlarının müdirləri, sektorun əməkdaşları, məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Rəşad Musayev məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb olunmasında əhatəliliyin genişləndirilməsinin vacibliyini vurğulayaraq, təhsil müəssisələrində bu istiqamətdə məqsədyönlü fəaliyyətin göstərilməsi üçün tapşırqlarını verib. Ümumtəhsil müəssisələrində "Son zəng" tədbirinin təlimata uyğun keçirilməsini, təhsil müəssisələrində əmək intizamına ciddi riayət olunmasını, daxili kommunikasiyanın gücləndirilməsinin, tədrisin təşkilində müəssisə rəhbərlərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsinin vacibliyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu, qrupların komplektləşdirilməsi , məktəbəhazırlıq qruplarına, birinci sinfə qəbul, məktəblərdə layihələrin əhatə dairəsinin genişləndirilməsi, məktəbdaxili qiymətləndirmədə şəffaflığın və obyektivliyin gözlənilməsi, şagird nailiyyətlərinin təhlillərinin aparılması, tədrisin keyfiyyətinin daha da artırılması və təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması üçün müəssisə rəhbərlərinin zəruri tədbirlər görməsi barədə müvafiq tapşırıqlarını verib.
Daha sonra MTİS-də, UTİS-də mövcud olan müvafiq məlumatlarla məktəb sənədlərində əksini tapan məlumatlar arasında hər hansı bir uyğunsuzluğun olmaması üçün müvafiq addımların atılmasının vacibliyini görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonda müəssisə rəhbərləri ilə bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, müvafiq təklif və tövsiyələr qeydə alınıb.