Fizika tədrisinin aktual problemləri şagirdlərə necə tədris olunmalıdır?
AzTehsil.com - Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Sevda Tanrıverdinin “Fizika tədrisinin aktual problemləri şagirdlərə necə tədris olunmalıdır?” adlı metodik yazısını təqdim edirik.
Fizika tədrisinin aktual problemləri şagirdlərə necə tədris olunmalıdır?
Fizika tədrisinin aktual problemləri şagirdlərə necə tədris olunmalıdır?
Hal hazırda inkişaf etməkdə olan dövrümüzdə elm və texnologiya xüsusi rol
oynayır. Əlbəttə ki, bu inkişaf prosesindFizika tədrisinin aktual problemləri şagirdlərə necə tədris olunmalıdır?ə fizika elminin rolu əvəzolunmazdır.
Fizikanın aktual problemləri fizika elminin əsas mövzularından biridir. Fizikanın
aktual problemləri dedikdə iqlim dəyişikliyi, süni intellekt, kosmik tədqiqatlar,
enerji böhranı və s. nəzərdə tutulur. Fizikanın aktual problemləri mövzusu
şagirdlərdə elmi dünyagörüş, tənqidi düşüncə və problem həll etmə bacarıqlarını
inkişaf etdirmək üçün tədris olunur. Bu mövzunu şagirdlərə tədris etmək üçün
müasir təlim metodlarından istifadə edə bilərik. Həmin müasir təlim metodlarına
prroblem əsaslı öyrənmə, layihə əsaslı öyrənmə və s. misal göstərmək olar.
Mövzunu tədris etmək üçün şagirdlərə qruplarla iş, müzakirə, debat kimi iş
üsullarından istifadə edə bilərik. Fizikanın aktual problemlərini şagirdlərə tədris
etmək üçün fənlər arası inteqrasiya, təbiətlə inteqrasiyadan da istifadə etmək
mümkündür. Bu mövzunu şagirdlər tərəfindən daha sadə şəkildə başa düşülməsimə
şərait yaradır. Fizikanın aktual problemləri mövzusunu labarotoriyada da tətbiq
etmək olar. Bu şəkildə şagirdlər mövzunu praktiki şəkildə mənimsəmiş olacaqlar.
Enerji daşınması, enerji çevrilmələri, maqnit cəzbolunması və s. məsələləri
labarotoriyada tətbiq zamanı daha yaxşı mənimsətmək mümkündür. Fizikanın
aktual problemləri mövzusu həm nəzəri, həm praktiki cəhətdən şagirdlərə düzgün
aşılanmalıdır. Şagirdlər bu mövzu haqqında qazandıqları bilik və bacarıqları real
həyatda tətbiq edə bilməlidirlər. Bu məqalədə fizikanın aktual problemlərinin
müəyyənləşdirilməsi, şagirdlərə tədrisi sadə şəkildə izah etmək üçün hansı üsul və
vasitələrdən istifadə olunması, effektiv öyrənmə metodlarının tətbiq edilməsinə
geniş yer verilmişdir.
Fizikanın aktual problemləri hansılardır?
XXI əsr dünyada elmi, texnoloji və sosial sahələrdə misilsiz dərəcədə sürətli
dəyişikliklərin baş verdiyi bir dövr kimi qiymətləndirilir. Bu dəyişikliklər qlobal
proseslərin daha da dərinləşməsinə, ölkələr arasında qarşılıqlı asılılığın artmasına və yeni inkişaf istiqamətlərinin formalaşmasına səbəb olmuşdur. Qloballaşma artıq
müasir dünyanın qaçılmaz reallığı kimi qəbul edilir və bütün dövlətlərin bu prosesə
uyğunlaşmasını zəruri edir.Hal-hazırda inkişaf etməkdə olan dünyamızda gənclərin
tələblərə uyğun şəkildə formalaşdırılması və inkişaf etdirilməsi ən vacib
amillərdəndir. Həmin inkişaf mərhələsi dövrümüzün ən aktual məsələlərindən biri
hesab edilir. Qloballaşma dövrü gənclərin beynəlxalq əlaqələrə uyğunlaşması,
fərqli mədəniyyətlərlə yaxından tanış olması və qlobal məsələlərə hazırlıqlı
olmalarını sövq edir. Bu cür yanaşma şagirdlərin gələcək yönümlü baxımdan daha
məqsədyönlü və uğurlu olmaları üçün şərait yaradır. Belə səbəblərə əsaslanaraq
demək olar ki, fizika fənninin orta və ali məktəb proqramlarında tədrisi
məqsədəuyğun şəkildə təşkil olunmalıdır. Hazırda inkişaf edən dünyamızda elm və
texnologiyanında sürətli şəkildə inkişaf etməsi fizika elminə olan marağı daha da
artırdı. Şagirdlərə fənni tədris edərkən müasir təlim metodlarından və interaktiv
təlim metodlarında istifadə etmək lazımdır. Mövcud olan təhsil proqramlarının
inkişaf etdirilməsi və təkmilləşdirilməsi ən zəruri amillərdən biridir. Müasir
interaktiv təlim metodlarının, qiymətləndirmə meyarlarının təyin edilməsi,
resursları yenidən tənzim edilməsi, şagirdlərin fizika sahəsindəki biliklərini
möhkəmləndirir və dərinləşdirir. İnteraktiv təlim metodları və praktiki fəaliyyətlər
təhsilalanların elmi fəaliyyətini inkişaf etdirir və qloballaşan dünya problemləri ilə
bağlı tətbiqetmə imkanını yaradacaqdır. Fizika elminin inkişafı müasir təlim
metodlarının və texnologiyanın tətbini təmin edir. Bu da yeni təlim metodlarının və
yeni texnologiya platformalarından istifadə etməyə sövq edir. Dünyanın hal
hazırda inkişaf etmiş ölkələrində texnologiyanın tam olaraq inkişaf etməsinə
baxmayaraq, fiziki biliklərini də inkişaf etdirmək üçün xüsusi yollar
axtarışındadırlar. Müasir təlim metodlarına malik təhsil sistemi tətbiq etmək və
elmi -pedaqoji potensiala malik müəllimlərin hazırlığını da həmin istiqamətdə
inkişaf etdirmək ən vacib amillərdən biridir. Təhsil sitemində təhsilverənlərin
müasir təlim metodlarına uyğun olaraq hazırlanması, yeni təlim metodlarının və
innovativ yanaşmaların tətbiqi təhsil keyfiyyətlərinin formalaşması üçün ən vacib
amillərdən biridir. Bununla yanaşı olaraq, müasir maddi texniki baza fizika
təhsilinin səmərəliliyini artırır və laborotoriya işlərinin keyfiyyətini inkişaf etdirir.
Fizika elminin aktual problerindən biri də, tərtib olunmuş proqramların icrasını
təmin etmək üçün nəzərdə tutulmuş elmi-pedaqoji və sosial-iqtisadi tədbirlər
kompleksinin kifayət etməməsidir. Problemlərdən biri də fizikanın cəmiyyət
tərəfindən çətin və anlaşılması mürəkkəb bir fənn kimi qəbul edilməsidir. Fizika
elminə dair mücərrəd anlayışlar və hadisələr, mürəkkəb riyazi ifadələrdən istifadə
edilməklə, şərh olunan fiziki anlayışlar təhsilalanların diqqətini cəlb etməkdə
problem yaradır. 2023/2024- cü tədris ili üçün Azərbaycan Respublikasının ali və
orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə
buraxılış imtahanları nəticələrinin elmi-statik təhlili aşağıdakı kimidir:
Əlaçı abituriyentlərin nəticələrinə nəzər yetirdikdə aydın olur ki, 80-100 bal arası
nəticəsi olan abituriyentlərin yalnız 5-27 % - i 80-100 bal arası nəticə göstərərək
özlərinin attestant qiymətlərini doğruldublar. Hal- hazırda Respublika
Universitetlərində Fizika müəllimliyi ixtisası üzrə minimum keçid balı 202.2 olmuşdur. Keçid balının aşağı olması təhsilalanların fizika fənni üzrə müəyyən
çətinliklər yaşaması ilə əlaqələndirilə bilər. Ümumi fizika kursunun tədrisində
müşahidə olunan çətinliklər mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Təhsil
proqramları, dərsliklər, təlim texnologiyaları və müəllim hazırlığı kimi
komponentlər qarşılıqlı şəkildə bir-birinə bağlıdır və problemin yalnız bir sahə ilə
məhdudlaşmadığını göstərir. Bu kimi məsələlərin həlli isə sistemli yanaşma və
geniş müzakirələr əsasında aparılmalıdır.
Fizikanın aktual problemləri aşağıdakı şəkildə qruplaşdırıla bilər:
1. Fizika fənninin müasir əhəmiyyətinin təhsilalanlara çatdırılması:
Fizika elminin müasir nailiyyətləri, yaradıcı və analitik düşüncə bacarıqlarını
inkişaf etdirən biliklərin gənclərə aşılanması.
2. Fizika təliminin planlaşdırılması və təşkil olunması:
Fizika dərslərinin məqsədyönlü şəkildə planlaşdırılması, məzmun və strukturun
düzgün qurulması, tələbələrin analitik düşünmə və problem həll etmə
bacarıqlarının müasir tələblərə uyğun inkişaf etdirilməsi.
3. Təlim məzmununun yenilənməsi:
Fizika təliminin məzmunu müasir tələblərə cavab verməli, həm nəzəri bilikləri,
həm də praktiki bacarıqları formalaşdırmalıdır.
4. Təlim texnologiyalarının təkmilləşdirilməsi:
İnnovativ təlim metod və resurslarının tətbiqi təhsilalanların təlimə marağını artırır
və öyrənmə prosesinin səmərəliliyini yüksəldir.
5. Eksperimental təlim və texniki vasitələrin tətbiqi:
Fizika təlimində istifadə olunan texniki vasitələr və eksperimental metodlar
təhsilalanlarda həm elmi təfəkkürü, həm də praktiki bacarıqları inkişaf etdirir.
6. Təhsilverənlərin elmi-pedaqoji fəaliyyətinin inkişaf etdirilməsi:
Müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi və müasir təlim metodlarının
tətbiqi fizika təliminin keyfiyyətini yüksəldir.
7. Qiymətləndirmə üsul və vasitələrinin təkmilləşdirilməsi:
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi onların yalnız nəzəri
deyil, həm də tətbiqi və praktiki bacarıqlarını əhatə etməlidir.![]()







