Azərbaycanın 12 universiteti "UI GreenMetric"də yer alıb
.Azərbaycanın 12 universiteti "UI GreenMetric"də yer alıb. AzTehsil.com xəbər verir ki, bu barədə UI GreenMetric-in sədri, professor Riri Fitri Sari İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında məlumat verib.Onun sözlərinə görə, "dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 96 ölkədən 1 000-dən çox ali təhsil müəssisəsi təmsil olunur:"Ümid edirəm ki, Azərbaycanın digər universitetləri də bu reytinqlərdə yer alacaq".