AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
12 iyun 2025
922

Zəif müəllim yaxşı şagirdin inkişafını məhv edir



.Təhsilin uğuru nəyin hesabına formalaşır? Müəllimin savadı, yoxsa şagirdin çalışqanlığı? Bu uzun illərdir ki, təhsil mühitində cavabsız suallardandır. Bəziləri hesab edir ki, uğurun açarı şagirdin daxili motivasiyasında gizlidir. İstək varsa, öyrənmək mümkündür. Digər qisim isə müəllimin bilik və yanaşmasının həlledici olduğunu vurğulayır.Bu sual ətrafında düşünəndə ortaya maraqlı dilemmalar çıxır: Əgər müəllim zəifdirsə, yaxşı şagird nə qədər irəliləyə bilər? Yox əgər şagird həvəssizdirsə, ən peşəkar müəllim belə onu nə qədər motivasiya edə bilər?Bəlkə də ideal nəticəyə gedən yol yalnız bu iki amilin - müəllim və şagirdin qarşılıqlı səyləri ilə mümkündür. Amma bu balans hər zaman 50/50 səviyyəsindəmi qurulur, yoxsa bəzi hallarda tərəzinin bir gözü daha ağır gəlir? Azehsil.com xəbər verir ki, Bu məsələylə bağlı təhsil eksperti Ramin Nurəliyev azEdu.az-a açıqlamasında bildirib ki, hamının arzusu ümumtəhsil məktəblərində daha yaxşı müəllimlərin çalışmasıdır:“Əlbəttə ki, məktəblərimizdə ixtisasına bələd olan, tədris prosesini yüksək səviyyədə aparan müəllimlər az deyil, əksinə, kifayət qədər çoxdur. Lakin bununla yanaşı, sertifikasiya imtahanı bizə bir reallığı göstərdi: xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin bir hissəsinin tədris prosesini yerinə yetirməkdə kifayət qədər hazırlıqlı olmadığını. Uzun illər uşaqlarımıza dərs deyən bəzi müəllimlərin əslində zəif olduğunu bu imtahanlar ortaya çıxardı. Buna görə də düşünürəm ki, cəmiyyət olaraq biz sertifikasiya imtahanlarını alqışlamalıyıq. Çünki bu imtahanlar bizim təhsil sistemindəki həssas və problemli məqamları üzə çıxardı”.


 _Sualımızı cavablayan ekspert müəllimin rolunu daha yüksəkdə görür:"Müəllim zəifdirsə, yəni tədris prosesini düzgün qura, şagirdə öyrətmək istədiyini çatdıra bilmirsə, bu zaman ciddi problemlər yaranacaq. Xüsusilə də yüksək potensiala malik olan şagirdlər belə müəllimlərin əlində bacarıqlarını itirə, nəticədə onların uğur əldə etməsi mümkünsüz olar.Ona görə də düşünürəm ki, müəllimin savadlı, işinə həvəsli və peşəkar olması cəmiyyət üçün daha faydalıdır. Şagirdlərin bilik səviyyəsi zəif, orta yaxud güclü ola bilər. Amma yaxşı müəllim hər birini inkişaf etdirəcək. Zəif müəllim isə nəinki yaxşı şagirdə töhfə verə biləcək, hətta zəif şagirdləri də geridə qoymağa davam edəcək”.Bu baxımdan müəllimlərin savadlı, perspektivli olmasının vacibliyini vurğulayan ekspert sertifikasiya imtahanlarını da məhz bu səbəbdən dəstəklədiyini bildirib:“Çünki bu imtahanlar yaxın gələcəkdə - 5, 6, bəlkə də 7 il ərzində ümumtəhsil məktəblərində yalnız peşəkar müəllimlərin qalmasına, ixtisasına uyğun olmayan və ya zəif hazırlıqlı şəxslərin sistemdən çıxarılmasına şərait yaradacaq. Nəticədə biz təhsildə irəliləyişin şahidi olacağıq. Əlbəttə ki, sertifikasiya imtahanlarının da müəyyən çatışmazlıqları var. Məsələn, mənim razı olmadığım məqam qiymətləndirmə sistemidir. Hazırda 30 baldan 51 bala qədər nəticə göstərənlərin əməkhaqqısına yalnız 10% əlavələr edilir. Amma 51-60 bal arası nəticə göstərənlərin maaşına 30% əlavə olunur. Məncə, bu sistem dəyişməlidir. Çünki 30 bal toplayanla 50 bal toplayanı eyni kateqoriyaya salmaq ədalətli deyil. Bu sahədə 10-20%-lik daha incə differensial yanaşma tətbiq olunsa, daha ədalətli nəticə əldə olunar”.


 


 


 





Həmçinin oxuyun:
Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uşaqlarda dərs oxumaq həvəsi necə artırılmalı? - ARAŞDIRMA

Uşaqlarda dərs oxumaq həvəsi necə artırılmalı? - ARAŞDIRMA

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Uşaqların Allaha yazdığı 10 məktub- "Səndən başqa hamının şəkili var məndə"

Uşaqların Allaha yazdığı 10 məktub- "Səndən başqa hamının şəkili var məndə"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri