Uşaqların Allaha yazdığı 10 məktub- "Səndən başqa hamının şəkili var məndə"
Eric Marshall-Stuart Hample'ın "Uşaqlardan Allaha Məktublar” layihəsi uşaqların saf istəklərini bildirdiyi məktublardan ibarət bir kitabdır.
Avropa və Amerikada yaşayan uşaqlardan Allaha məktub yazmaqlarını istədilər. Nə düşünsələr elə o haqda. Bununla da bağlı uşaqların beynindəki Allahın necə biri olduğu mövzusunda kitab ortaya çıxdı və görək, uşaqlar nə düşünürlər.
"Əziz Allah, hər gün bilmədən əzib keçdiyimiz bu qarışqaların ümidvaram sənin üçün bir önəmi yoxdur..."
Dennis, 6 yaşında.
"Əziz Allah, səninlə eyni yaşa çatanda eynən sənin kimi olmaq istəyirəm. Yaxşı?"
Tommy, 4 yaşında.
"Əziz Allah, zürafələrin görünüşünü özün belə eləmisən, yoxsa səhvən olub?"
Norman, 4 yaşında.
"Əziz Allahım, oğlanlar qızlardan daha da üstündür? Bilirəm sən də oğlansan, amma yenə də cavabında dürüst ol..."
Sylvia, 5 yaşında.
"Əziz Allah, yazdığın kitabı oxudum və xoşuma gəldi. Bütün o fikirlər ağlına hardan gəlib?"
John, 8 yaşında.
"Məndə səndən başqa bütün liderlərin şəkili var."
Norman, 6 yaşında.
"Əziz Allah, nə üçün bu qədər insan yaratmısan? Bir azın da başqa bir dünyaya qoya bilməzdin?"
John, 7 yaşında.
"Allahım, yuxarı mərtəbədəkilər qışqıra-qışqıra dava edirlər. Məncə, yaxşı dostları evləndirməlisən."
Nan, 5 yaşında.
"Mənə xahiş edirəm bir at göndər. İndiyə qədər səndən heç nə istəməmişəm. Unutma..."
Bruce, 4 yaşında.
"Əziz Allah, insanları öldürüb yenidən yaratmaq yerinə niyə var olanları elə saxlamırsan?"
Jane, 6 yaşında.