Azad edilmiş ərazilərdə 4000-ə yaxın şagird təhsil alır – Nazir müavini

Azad edilmiş ərazilərdə 4000-ə yaxın şagird təhsil alır – Nazir müavini
Bölmə adı Xəbərlər
Yayımlandı 28 Fevral 2026, 17:11

İşğaldan azad olunmuş ərazilərdə 20-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Aztəhsil.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış" regional konfransında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, həmin təhsil müəssisələrində 4000-ə yaxın şagird təhsil alır: "Düşünürəm ki, bu, çox böyük imkandır. Gələcək illərdə də biz məhz dayanıqlı məskunlaşma məsələsini inkişaf etdirmək üçün yeni təhsil müəssisələrinin istifadəyə verilməsini təmin edəcəyik”.