Harvard Universitetinin azərbaycanlı tələbəsinin startapı 1 MİLYON dollar investisiya qazandı

Harvard Universitetinin azərbaycanlı tələbəsinin startapı 1 MİLYON dollar investisiya qazandı
Bölmə adı Xəbərlər
Yayımlandı 28 Fevral 2026, 00:33

Aztəhsil.az xəbər verirki, Azərbaycanın süni intellekt sahəsində fəaliyyət göstərən “Luron AI” startapı Pre-Seed mərhələsində 1 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.
“Luron AI” süni intellekt sahəsində fəaliyyət göstərən texnologiya startapıdır. Şirkət çağrı mərkəzlərinin (call center) işinin avtomatlaşdırılması üçün daim aktiv olan, çoxdilli səsli süni intellekt agentləri hazırlayır.
Startap Harvard University-nin tələbəsi Şəms Polat (Müslümov) və University of California, Berkeley-də təhsil alan Mert Kaan Atan tərəfindən təsis olunub.