Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb

Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
Bölmə adı Xəbərlər
Yayımlandı 28 Fevral 2026, 13:33

Fevralın 27-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb.  

Bu barədə Aztəhsil.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində ümumi və peşə təhsili sahələrində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.