AzTehsil.com


Xəbərlər
28 mart 2017
2 868


ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı



ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

 

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir Əziz Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışdığı müddətdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərdiyini, respublikada səhiyyə sisteminin və tibbi təhsilin formalaşmasına töhfələr verdiyini bildirib. Əziz Əliyevin olduqca mürəkkəb tarixi bir dövrdə yüksək təhsil almağı bacardığını deyən rektor M.Babanlı onun fəaliyyətinin gənc nəsil üçün bir örnək olduğunu vurğulayıb.
 
"İctimai Fənlər" kafedrasının müdiri, prof. Camal Mustafayev Əziz Əliyevin səhiyyə sisteminin formalaşdırılmasına verdiyi töhfələrdən, İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda apardığı işlərin mühüm əhəmiyyətindən söz açıb. Ə.Əliyevin 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışdığını deyən C.Mustafayev onun 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bildiyini qeyd edib.
 
Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illərdə Əziz Əliyevin Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində böyük rol oynadığını deyən "Neft-qaz mühəndisliyi" kafedrasının müdiri, professor Tulparxan Salavatov onun Dağıstan xalqlarının repressiyadan xilas olmasında göstərdiyi xidmətləri qeyd edib.
 
Sonda professor-müəllim heyəti və tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
moderator.az



Загрузка...