AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
05 iyul 2025
952

Təhsil yoxsa ticarət?- Qusar MƏKTƏBİ



Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa olunub.


AzTehsil.com xəbər verir ki, etibarlı mənbədən "DogruXeber.az"a təqdim olunan məlumatlara əsasən, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verənlər nəzarətdən çıxmış vəziyyətin artıq adiləşdirildiyini, təhsilin məqsədi ilə gəlirin marağının yerlərini dəyişdirdiyini bir daha göstərir.


Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!


Qusar təhsilində yeni biabırçılıqlar – direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır...


Məktəbdə sinifdənkənar və sinifdənxaric fəaliyyətlər demək olar ki, formallığa çevrilib. Təşkilat saatları kağız üzərində “keçilir”, realda isə keçirilmədiyinə dair kifayət qədər sübut var. Sinif guşələri ya ümumiyyətlə yoxdur, ya da ötən illərin paslı materialları ilə vitrin naminə saxlanılır. Sinif rəhbərlərinin icra etməli olduğu sənədlər – illik iş planı, valideynlərlə iş jurnalı, sinif rəhbərinin gündəliyi və s. ya mövcud deyil, ya da illərdir yenilənmir. Bu məktəbdə “görülmüş iş” anlayışı sadəcə jurnal səhifəsində qalan söz yığınından ibarətdir.


Əsl fəaliyyət isə məktəbin içində gizli şəkildə yürüdülən pullu repetitorluq mexanizmidir. Direktor Ağamət Ağamətov və həyat yoldaşı, fizika müəllimi Akina Ağamətova məktəbi tamamilə özəlləşdirilmiş hazırlıq kursuna çeviriblər. Biologiya kabineti artıq laboratoriya deyil, ailə biznesinin məşğələ otağıdır. Uşaqlar dərs saatı ərzində dərslərdən çıxarılır, həmin otaqda direktor və həyat yoldaşı ilə pullu məşğələyə cəlb olunurlar. Hətta bəzi hallarda şagirdlər Qusar şəhərində yerləşən şəxsi evə çağırılır və orada dərs adı altında pul qarşılığında hazırlaşdırılır.


Məsələn, 01 aprel 2024-cü il tarixində 10-cu sinif şagirdləri Muradxanova Liana, Abbasov Orxan və Ağamirzəyev Zamir dərs saatında Piral kəndindən 23 km uzaqdakı Akinanın evində pullu dərsdə olublar. 31 may 2024-cü ildə isə 7-ci sinif şagirdləri İsayev Cavid və Əlisultanova Qızılgül üçüncü dərs zamanı digər fəndən çıxarılaraq biologiya otağında ayrıca məşğələyə cəlb olunublar. Həmçinin, 2024-2025-ci dərs ili və ondan əvvəlki illərdə Səfiyeva Elnaz, Saruxanova Sofiya, İsayev Murad, Muradxanova Alyona, İsayeva Elmina, Rüstəmova Nayira, Mikayılov Fariz və Xaspoladov Elnur kimi şagirdlər günün birinci yarısında icbari təhsildən yayınaraq Qusar şəhəri, Cibir, Hil və digər kəndlərdə repetitorların yanına göndərilib. Bütün bunlara isə məktəb rəhbərliyi bilərəkdən şərait yaradıb.

Direktor Ağamət Ağamətovun özü də hələ 2021-ci ildən başlayaraq, 2025-ci ildə 11-ci sinfi bitirmiş Abbasov Orxan, eləcə də hazırda 11-ci sinifdə təhsil alan Ağadadaşova Fatma və digər şagirdləri rəsmi tədris proqramından yayındıraraq, direktor otağında və biologiya kabinetində “özəl dərslərə” cəlb edib. Orxanın vaxtilə sinif yoldaşlarına dediyinə görə, atası hər ay direktora 30 manat ödəyib ki, oğlu bu “əlavə diqqətdən” yararlansın. Digər şagirdlər də təsdiqləyirlər ki, direktor istədiyi vaxt Orxanı dərsdən çıxarıb, öz otağında məşğələyə aparırdı.


Bu qanunsuz fəaliyyətdən cəsarətlənən digər müəllimlər də prosesə qoşulub. Qusar şəhərindən gələn qadın rəsm müəllimi 2023-2024-cü dərs ilində şagirdləri səhər dərslərindən çıxararaq onlara ayrıca, pullu dərslər keçib. İsayeva Elmina (10-cu sinif, hazırda məzun) hər ay 30 manat, Müslümova Leyla (9-cu sinif, hazırda 10-cu sinif şagirdi) isə 20 manat ödəyib. Riyaziyyat müəllimi Ramiz Məcidov, psixoloq Əfsanə Müslümova (ixtisasca azərbaycan dili müəllimi) da eyni praktikaya qoşulublar – direktorun “xeyir-duası” ilə məktəbdə pullu dərslər keçiblər.


2022-2023-cü dərs ilində 9-cu sinif şagirdlərindən ibarət qrup yaradılıb. Direktorun göstərişi ilə Azərbaycan dili müəllimi Aytən Abdurəhmanova bu qrupa dərs saatı ərzində pullu dərs deyib. Hər şagirddən aylıq 30 manat alınıb. Bu fəaliyyətin qanunsuzluğu isə rəhbərlik tərəfindən guya “şagirdlərin nəticələrini yaxşılaşdırmaq məqsədi” ilə əsaslandırılıb.Burada adıçəkilən bütün hallar təkcə etik pozuntu deyil – bu, həmçinin Təhsil Nazirinin müvafiq əmrlərinin kobud şəkildə pozulmasıdır. Məktəb rəhbərliyi və bir qrup müəllim tərəfindən həyata keçirilən bu fəaliyyət açıq şəkildə icbari təhsilin sabotajıdır. Hökumət tərəfindən təmənnasız təhsil almaq üçün yaradılmış mühit, konkret şəxslərin şəxsi gəlir mənbəyinə çevrilib.

Bu hal davam etdiyi müddətdə valideynlərin və şagirdlərin ədalətə olan inamı, təhsilin dəyəri və dövlətin etibarı birgə şəkildə aşınır.

"DogruXeber.az" olaraq bildiririk ki, hələ bu da hamısı deyil. Araşdırmalarımız davam edir və növbəti mərhələdə daha geniş faktlar, adlar və sübutlar təqdim olunacaq.


Hesab edirik ki, Elm və Təhsil Nazirliyi, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri Coşqun Əliyev nəhayət bu məsələdə ölçü götürməlidir. Bu onların vəzifə borclarıdır.





Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

TƏŞKİLAT  SAATI  VƏ  ONUN TƏŞKİLİ  YOLLARI

TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Metodbirləşmələr

Metodbirləşmələr

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəblərdə kargüzarlıq işinin aparılması qaydaları..

Məktəblərdə kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

256 nömrəli tam orta məktəbdə analoqu olmayan biabırçılıqlar yaşanır

256 nömrəli tam orta məktəbdə analoqu olmayan biabırçılıqlar yaşanır

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017