Təhsilverənlərin silsilə ixtisasartırma təlimləri davam edir
AzTehsil.com xəbər verir ki, 9 oktyabr 2025-ci il tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin peşəkar inkişafına yönəlmiş ixtisasartırma təlimləri davam edir.
İxtisasartırma proqramının növbəti mərhələsində “qrafik dizayner”, “kompüterlərin təmiri və xidməti üzrə texnik”, “informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi”, “dərzi”, “geyim üzrə dizayner” və “moda dizayneri” ixtisasları üzrə təlimlər keçirilib. Təlim müddətində proqram iştirakçılarına nəzəri və praktiki biliklərin inteqrasiyasına əsaslanan öyrənmə mühiti təqdim edilib.
Təlimlərin əsas məqsədi beynəlxalq təcrübələrə əsaslanaraq iş yerində öyrənmə prosesini inkişaf etdirmək, təhsilverənlərin peşəkar bilik və praktiki bacarıqlarını artırmaqdır.
Təlim müddətində iştirakçılar nəzəri sessiyalarla yanaşı, praktiki tapşırıqlar və real istehsalat mühitində tətbiqi məşğələlər vasitəsilə yeni yanaşmaları mənimsəyiblər.
Proqramın sonunda təlimləri uğurla başa vuran 66 iştirakçı sertifikatla təltif olunub.![]()













