AzTehsil.com


H/N sənədlər
30 may 2016
4 688


Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası



 Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası
 Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası
   Hüquq ədəbiyyatında əmək mübahisələri əmək prossesində işçilərin və işəgötürənlərin mənafelərinin üst-üstə düşməməsi yaxud da onların bir-birinə zidd olması bu subyektlər arsında yaranan münaqişə kimi xarakterize olunur.
  AR ƏM-də əmək mübahisələrinin leqal anlayışı verilməmişdir.Ona görə də biz ən geniş mənada əmək mübahisəsinə aşağıdakı kimi tərif verə bilərik: əmək mübahisəsi əmək hüquq münasibətinin tərəfləri arasında əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların tətbiqi, habelə yeni əmək şəraititnin müəyyən edilməsi, yaxud mövcud əmək şəraitinin dəyişdirilməsi ilə bağlı olan və qanunla müəyyən olunmuş qaydada həll edilən fikir ayrılığıdır.
 Əmək mübahisələrinin növləri. Bütün əmək münasibətlərini əsasən üç əsasa görə təsnifləşdirmək olar:
1.mübahisə edən subyektlərə görə;    
2. mübahisənin xarakterinə görə;  
3.mübahisənin obyektinə görə.
      AR ƏM-in 287-ci maddəsində fərdi əmək mübahisələrinin anlayışı verilmişdir.Orada deyilir ki, fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu məcəllə ilə qəbul edilmiş qaydada və qanunun aliliyi prinsipləri  əsasında həll edilən fikir ayrılığıdır.
     Mübahisənin xarakterinə görə bütün əmək mübahisələri iki yerə ayrılır:
        a) iddia xarakterli mübahisələr;
        b) qeyri-iddia xarakterli mübahisələr.
       Fərdi əmək mübahisələri özünün hüquqi təbiyətinə görə - iddia xarakterli mübahisələrdir.
      Bütün əmək münasibətləri obyektinə görə pul tələbləri və müəyyən hərəkətlərin müəyyən yerinə yetirilməsi tələbi ilə bağlı olan mübahisələrə ayrılır.Lakin eyni bir əmək mübahisəsinin obyekti həm pul tələblərindən, həm də müəyyən hərəkətlərin yerinə yetirilməsi tələbindən də ibarət ola bilər.Məsələn, məcburi iş buraxma dövrünün haqqı ödənilməklə işə bərpa tələbi.
          Fərdi əmək mübahisələrinin həlli müstəsna surətdə işçini müdafiə etmək məqsədi güdən bir tərəfli proses deyildir. O, həqiqətin müəyyən edilməsinə və fərdi əmək mübahisəsinin tərəflərindən hər hansı birinin-işçinin yoxsa işəgötürənin hüquqlarının pozulmasından asılı olaraq pozulmuş hüquqların bərpasına yönəlmişdir.
        AR ƏM-in 224-cü maddəsi fərdi əmək mübahisələrinə baxan orqanların dairəsini müəyyən etmişdir.Həmin maddənin birinci hisəsində deyilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Deməli, bu qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələrinə baxan iki orqanı nəzərdə tutmuşdur:                                                                 
          a) məhkəmələr;
          b) müəssisənin həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanlar (kollektiv müqvilələrdə nəzərdə tutulmuş hallarda).
       Işəgötürən və işçinin fərdi əmək mübahisələrinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəfindən həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qətnamə qəbul edir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələrinin həlli qaydası ilə yanaşı, bu barədə qəbul edilmiş qərar və qətnamə\lərin icrası qaydalarını da müəyyən etmişdir. AR ƏM –in 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa. Bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
    Fərdi əmək mübahisələrindən fərqli olaraq, kollektiv əmək mübahisələri AR ƏM –in 40-43-cü fəsillərində nəzərdə tutulmuş normaların tələblərinə uyğun olaraq həll edilir. Qanun tələblərini pozan subyektlər müəyyən olunmuş maddi və intizam məsuliyyəti daşıyırlar.
Əmrah Orucov



Загрузка...