AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
12 iyul 2025
883

Universitetlərin riyaziyyat tədrisi qənaətbəxşdir



Hazırkı universitetlərin riyaziyyat tədrisi qənaətbəxşdir

"Ötən gün Elm və təhsil naziri Emin Əmrullayev 2025-ci ilin sertifikasiya nəticələri ilə bağlı çıxış edib və bir çox dataları ictimaiyyətə təqdim edib. Həmin dataların da maraqla qarşılanan hissəsindən biri riyaziyyat müəllimləri ilə bağlı olub"


AzTehsil.com xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib.


Ekspertin sözlərinə görə, sinif otağına elementar riyazi bilikləri olmayan, amma riyaziyyat müəllimliyi statusunu daşıyan şəxslər daxil olublar:


"2025-ci ilin nəticəsinə əsasən birinci dövr, yəni 2022–2025-cı illərdə keçirilmiş sertifikasiyada iştirak edən riyaziyyat müəllimlərinin 47%-i yüksək nəticə göstərib. Bu, 4122 müəllim deməkdir. 46%-i isə orta qənaətbəxş nəticə göstərib. 7%-i isə təkrar sertifikasiyadan kəsilib. Yəni onlar həm birinci il, həm ikinci il onlara verilən bu şansdan istifadə edə bilməyiblər, kəsiliblər.Onların sayı 558-dir. Yəni 558 riyaziyyat müəlliminin əmək müqaviləsinə xitam veriləcək.


Doğrudur, 7% o qədər də böyük rəqəm görünməsə də, amma çox kiçik rəqəm də deyil. Təsəvvür edin ki, 558 riyaziyyat müəllimi bizim şagirdlərimizə, övladlarımıza illərdir ki, riyaziyyat tədris ediblər. Hətta aralarında eləsi var ki, mən sizə əminliklə deyə bilərəm ki, onlar repetitorluqla da məşğul olublar. Bir sözlə, sinif otağına elementar riyazi bilikləri olmayan, amma riyaziyyat müəllimliyi statusunu daşıyan şəxslər daxil olublar. Onların sayı 1 deyil, 2 deyil düz 558-dir.


Amma sevindirici məqam nədən ibarətdir? Həmin 558 müəllimin çox böyük əksəriyyəti 86%-i hazırda fəaliyyət göstərməyən universitetlərin məzunlarıdır. Məsələn, ABU, yəni keçmiş Azərbaycan Beynəlxalq Universiteti (fəaliyyətini çoxdan dayandırıb) 180 nəfər, yəni 44%, Gəncə Dövlət Pedaqoji Universiteti 27% , Kirovabad Dövlət Pedaqoji Universiteti 78 nəfər, yəni 36%, BDU-nun Şəki filialı 71 nəfər, yəni 14% təşkil edib.


Riyaziyyatdan ən zəif nəticə göstərən müəllimlərin oxuduğu universitetlər arasında hazırda fəaliyyət göstərən universitet Azərbaycan Texniki Universitetini (AzTU) qeyd edə bilərik.Belə ki, 78 kəsilən müəllim məhz AzTU-nun yetirməsidir. Sevindirici hal ondan ibarətdir ki, kəsilən müəllimlərin 86%-i hazırda fəaliyyət göstərməyən universitet məzunları olublar. 


Hazırda fəaliyyət göstərən universitetlər arasında riyaziyyat müəllimliyi və ümumi riyaziyyat ixtisasının tədrisi o qədər də pis olmayıb. Çünki bu faizlər arasında biz bir neçə universitetlərin adını görmürük. Məsələn, ADPU, BDU, ADNSU, BMU, MDU, NDU, LDU-nun riyaziyyat müəllimliyi ixtisasının yetirmələrini biz bu siyahıda görmürük. Ən azından bu bizə ümid verir ki, hazırda fəaliyyətdə olan ali məktəblərimiz riyaziyyat müəllimliyi ixtisası ilə bağlı bərbad tədris vermir".



Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Prezident STM əməkdaşlarını təltif etdi

Prezident STM əməkdaşlarını təltif etdi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Məntiq: şagirdlərimizi necə iflic edir? - TƏHLİL

Məntiq: şagirdlərimizi necə iflic edir? - TƏHLİL

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi