AzTehsil.com


Xəbərlər / Müəllim
22 dekabr 2022
4 095


Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?




Gələcəkdə Azərbaycanda sertifikasiyadan uğurla keçə bilməyən müəllimlər məktəblərdə başqa işlə təmin oluna bilərlər. Eyni zamanda, bu gün bir müəllim müxtəlif fənlərdən dərs deyirsə, onun əməkhaqqısı sertifikasiyaya hansı fəndən imtahana giribsə, ona uyğun artırılır. Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı sertifikasiya mərhələsinin 4 ildən sonra bitəcəyini bildirib:


“5 il sonunda sertifikasiyadan keçməyən müəllimlərlə bağlı nə edəcəyimizə gəlincə, bu adamları günahlandırmaq, sistemdən kənarda qoymaq düz deyil. Məqsəd bu adamların uşaqlara dərs deməməsidir, amma işsiz də qalmamasıdır. İndiki düşüncə məntiqimiz budur. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq. Növbəti məlumatımız bununla bağlı olacaq”.


Bəs, görəsən,sertifikasiyadan keçə bilməyən müəlimlər məktəblərdə hansı vəzifələri tuta bilərlər? Onların əməkhaqqı gələcəkdə necə tənzimlənəcək?


Məsələni qəzetimizə şərh edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib ki, sertifikasiyadan keçə bilməyən müəllimlərin gələcək taleyi hər kəsi maraqlandırır: “Cənab nazirin iştirakı ilə keçirilən müvafiq dinləmədə mən də iştirak edirdim. Əslində nazirin orda səsləndirdiyi fikirlər kifayət qədər aktualdır və hesab edirəm ki, çox vacib məqamlardır. Sertifikasiyadan nəticə göstərə bilməyən müəllimlərin təhsildən kənarlaşdırılması ilə bağlı və ümumiyyətlə, onlara gələcəkdə dərs verilməməsi ilə bağlı fikirlər doğru fikirlərdir. Orada eyni zamanda, verilən suallardan biri də sizin qeyd etdiyiniz məqamla bağlı idi. Hansı ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə şans verilməsi və onların əməkhaqlarının hansı formada tənzimlənməsi ilə bağlı idi. Bilirsiniz ki, sertifikasiyanın ilkin mərhələsi təxminən 11 mindən çox ibtidai sinif müəllimini əhatə edib. Bu prosesin nəticələrini analiz edərkən biz çox fərqli, həmçinin narahatedici məqamları görə bilərik. Belə ki, sertifikasiyadan müəllimlərin ¼ hissəsi, təxminən 24 faizi kifayət qədər aşağı nəticə toplayıb. Bəzi müəllimlər çox sadə suallara cavab verə bilməyiblər və hesab edirəm ki, həmin müəllimlər tədris prosesinə buraxıla bilməz. Əslində sertifikasiya bir çox mətləblərə aydınlıq gətirdi. Düşünürəm ki, həmin müəllimlərə ikinci dəfə şans vermək olar. Amma gələcəkdə bütövlükdə respublika üzrə sertifikatlaşmanın geniş tətbiqi baş tutacaqsa, biz daha real həqiqətləri görəcəyik. Hətta düşünürəm ki, aşağı nəticə göstərən müəllimlərlə bağlı faiz daha da arta bilər. Bu prosesdə daha aşağı nəticə göstərəcək rayonlar bəllidir. Tutaq ki, Lənkəran-Astara ibtidai sinif müəllimlərinin hazırlığı daha aşağı səviyyədədir. Bunun da sözsüz ki, obyektiv və subyektiv səbəbləri var. Və zamanında bu işin günahkarı olan insanlar var. Amma biz indi günahkar deyil, vəziyyətdən çıxış yolu tapmalıyıq. Bizim real durumumuz budur ki, müəllimlərimizin səviyyəsi heç də yaxşı deyil. Təxminən yaxşı nəticə qazanmış müəllimlərin göstəricilərinə baxanda görürük ki, vəziyyət nə dərəcədə acınacaqlıdır. Ona görə də uğursuz nəticə göstərən müəllimlərə yalnız bir dəfə şans verilə bilər. Daha sonra isə onlar nəinki tədrisdən, ümumiyyətlə, məktəbdən uzaqlaşdırılmalıdır.


Bəzi ekspertlər qeyd edirlər ki, biz müəllimlərimizi sertifikasiyaya hazırlamalıyıq. Düşünürəm ki, əgər müəllim sinifdə dərs deyirsə, onu sertifikasiyaya hazırlaşdırmağın heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda, cəmiyyətdə də sertifikasiya ilə bağlı fikirlər birmənalı deyil. Hətta sosial şəbəkələrdə sertifikasiyanın lazımsız olduğuna dair iddialar var. Amma gəlin, özümüz-özümüzə sual verək? Tutaq ki, bu cür səviyyədə biliyi olan müəllimə öz övladını kimsə etibar etmək istəyərmi? Təbii ki, etibar etmək istəməz. Ona görə biz hər zaman deyirik ki, təhsil ümumxalq işidir, təhsildə olan problemlər bütün cəmiyyətin problemidir. Ona görə də cəmiyyət bu məsələdə xeyli obyektiv yanaşma ortaya qoymalıdır. Biz deyirik ki, yaxşı müəllimləri təhsilə gətirək. Amma reallıq budur ki, əslində yaxşı mütəxəssislər təhsil sahəsini çox nadir hallarda seçirlər. Çünki bunun kökündə müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı vacib tədbirlərin həyata keçirilməsi dayanır. Hesab edirəm ki, sertifikasiyanın nəticələri müəllimlərin əməkhaqlarına təsir göstərir. Tutaq ki, yaxşı nəticə qazanmış müəllimlərin əməkhaqqına 35 faiz artım əlavə olunur. Amma baxaq görək 35 faiz artım həmin müəllimlərin yaxşı dolanmasına kifayət edərmi? Düşünürəm ki, bu artım da kifayət deyil. Fikrimcə, əməkhaqqında adambaşına maliyyələşmə mexanizmi tətbiq olunmalıdır”.


Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, elm və təhsil nazirinin müvafiq açıqlaması sadəcə arzudur: “Elm və təhsil naziri insanlıq, hümanistlik baxımından bir çox təkliflərlə çıxış edə bilər. Amma təhsildə münasibətlər qanunvericilik çərçivəsində qurulmalıdır. Sertifikatlaşdırma ilə bağlı da Nazirlər Kabinetinin müvafiq qərarı var. Həmin qərarda, o cümlədən “Təhsil haqqında” qanunda açıq şəkildə göstərilib ki, sertifikasiyada üzrlü səbəbdən iştirak etməyən, yaxud da sertifikasiyadan keçə bilməyən müəllimlər 1 il ərzində təkrar sertifikasiyadan keçirilir. Sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlı isə Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilir. Yəni bu məsələ qanunvericilikdə konkret şəkildə göstərilib. Mən başa düşə bilmirəm, məktəbdə hansı vəzifə var ki, sertifikasiyadan keçə bilməyən müəllimlər həmin işlərdə işləsinlər. Bu məsələ sadəcə cənab nazirin arzusudur ki, müəllimlər işsiz qalmasınlar. Sertifikasiyanın nəticələri qanunvericiliyə uyğun olaraq tənzimlənməlidir və tənzimlənir. Düşünürəm ki, ya qanunvericiliyə dəyişiklik edilməli, ya da mövcud qanunvericiliyə uyğun olaraq həmin müəllimlərlə bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir. Ölkə üzrə müəllimlərinin 8 faizi, yəni 11 min  nəfəri sertifikasiyada iştirak edib. Onların da 24 faizi imtahanda uğur qazanmayıb. Bu, təqribən, 3 minə yaxın müəllim deməkdir. Bundansonrakı mərhələdə də nəticələr bu cür olarsa, ortalama 40 minə yaxın müəllim sertifikasiyadan keçə bilməyəcək. 4400 ümumtəhsil müəssisəsində 40 min ştat hardandır ki, imtahandan kəsilən müəllimlər həmin ştatlara yerləşdirilsin? Yəni, müəllimlər ümid etməsinlər ki, imtahandan keçməsələr belə onlara hansısa iş veriləcək. Bu, sadəcə bir arzudur”.

Sevinc Osmanova




Загрузка...
Həmçinin oxuyun:
Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihəyə start verildi

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihəyə start verildi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

“Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, “sertifikatlaşdırılma”- Bunlardan hansı biri…?

“Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, “sertifikatlaşdırılma”- Bunlardan hansı biri…?

Metodbirləşmələr

Metodbirləşmələr

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri