AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
25 may 2022
1 869


Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil




Müəllimlərdən fərqli olararaq, din xadimləri üçün sertfikasiya deyil, attestasiya nəzərdə tutulub.


“Məscidlərdə ali dini təhsili olmayan şəxlər var və bizdə onlarla bağlı məlumat var. Biz desək ki, sabahdan onları işdən azad etməliyik, bu, doğru olmaz. Bununla bağlı attestasiya nəzərdə tutulub və mərhələli şəkildə diplomu olan din xadimləri ilə əvəz olunacaqlar.” Nə demək olar? Olsun! Bəşəri və milli-mənəvi dəyərlərimizin saflaşdırılmasına və zənginləşdirilməsinə faydası dəyə biləcək istənilən addım təqdir olunasıdır. Bu xəbəri eşidəndə bir anlığa düşüncələrə qapıldım. Niyə din xadimləri  üçün attestasiya, müəllimlər üçün sertifikasiya...?


Bir daha attestasiya ilə sertifikasiyanın fərqinə vardım. Etibarlı mənbələrə əsasən  attestasiya – (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq); sertifikasiya – (lat. certum – doğru + lat. Facere - etmək) Başqa sözlə, bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin və təsdiqetmə anlamına gəlir. Sertifikasiya isə sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki reqlamentlərin tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə deyək ki, müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər. İndi təsəvvür edin ildə nə qədər kurslar, nə qədər adamlara sertifikatlar verir. Respublika üzrə müəllimlərimizin bəlkə də yarısından çoxu hələ sertifikasiya başlamamış bu və digər kursların sertifikatlarını alıblar. Halbuki, bu ad oxşarlığı hələ heç də kiminsə sertifikasiyadan keçməsi anlamına gəlmir...


“Attestasiya”,“sınaq imtahanı”,“könüllü attestasiya”,”lisenziya”,“ diaqnostika”, sertifikasiya” … Ümid edək ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması barədə bu yeni təklif, müəllimlərin sınağa çəkilməsi ilə bağlı “Təhsil haqqında” qanuna əlavə ediləcək sonuncu dəyişiklik olacaqdır. Sözüm heç də onda deyil. İstər sertifikasiya olsun, ya attestasiya olsun - əsas odur ki, məqsəd və məramı konkret və aydın olsun.


Mən dindar deyiləm. Açığını deyim ki, bir vaxtlar ali məktəblərdə və müxtəlif ixtisasartırma və yenidənhazırlanma kurslarında dinləyicilərə marksizm-leninizm nəzəriyyəsinə əsaslanan materialist fəlsəfəsindən mühazirələr də oxumuşam.


Bununla belə dini dəyərlərə həmişə önəm vermişəm, dinimizi mənəvi dəyərlərimizin tərkib hissəsi hesab etmişəm. Olub ki, hətta Moskvada elmi fəaliyyətimlə bağlı işgüzar səfərlərimdən birində olarkən bukinist mağazasında son manatımı rus ərəbşünası Kraçkovskinin müqəddəs "Qurani-Kərim"in orijinal tərcüməsi olan "Koran" nüsxəsinin 1965-ci il nəşrinə və fransız Anri Massenin "İslam. Oçerk istorii" kitabına verib, qərib şəhərdə pulsuz günlər keçirmişəm. Lakin bütün bunlar mənim milli ruhuma, mənəvi düşüncələrimə təsir göstərməyib. Çünki dinin mənşəyi və mahiyyəti barədə lazım olduğu qədər bilgilərə yiyələnməyə daim səy göstərmişəm.

Kiminin İsa Məsihi - İisus Xristos, kiminin Musanı - Moisey, Habili - Abel, Qabili - Kayen, Nuhu - Noy, Yəqubu - Yakov, Yusifi - İosif, Süleymanı - Solomon və b. kimi tanımamasından asılı olmayaraq, əksəriyyətimiz Adəm (Adam) və Həvvanın (Yeva) övladları olduğumuzu qəbul edirik. Bununla belə çoxumuz toylarımızda bəy tərifi zamanı "Dəryada batıb Nuhun gəmisi, gəlsin bəyə xələt versin bəyin əmisi" sədaları altında pul toplayarkən Nuhun kimliyinə və nəçiliyinə belə varmırıq. Bəzi dindarlarımız, hətta özünü "hacı" zümrəsinə aid edənlərimiz belə Məryəm ilə Mariya, Həcər ilə Aqer, Rəbiyyə ilə Rebekka, Rahilə ilə Raxel arasındakı eyniyyətı anlamaqda çətinlik çəkərək, onları qarışıq salırlar, çünki, dinin bəşəri köklərinin fərqinə varmırlar. Sözümün canı nədir?


İstər din xadimi olsun, istər müəllim, istərsə də digər peşə sahibi. İstər sertifikatlaşdırma olsun, istər attestasiya, bu prosedurların  keçirilməsində, yəni, bu peşə sahiblərinin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasında, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək və bu yolla onların öz peşələrinə bağlılığını artırmaq və məsuliyyət hissini yüksəltməkdir. Yəni, burada əsas məqsədi kimisə işdən çıxarmaq deyil, kimlərisə daim inkişafda saxlamaq ola bilər.


 "Təhsil haqqında" qanuna edilən dəyişikliklərə əsasən, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar. “Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər” kimi açqlamalar da o anlama gəlməməlidir ki, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müddətsiz müqavilə ilə işləyən diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri yalnız müsbət hal kimi qiymətləndirilə bilər.


“Pedaqoji heyət üçün müxtəlif sınaqların, sessiyaların keçirilməsinə də çalışacağıq. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Proses humanist əsaslarla hazırlanıb. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər. Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”. Nə deyirik...Bizə yalnız sertifikasiyadan keçənlərə və sertifikasiyanı keçirənlərə uğurlar arzulamaq qalır.

Nadir İsrafilov Təhsil mütəxəssisi




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Attestasiya yoxsa  sertifikasiya ?

Attestasiya yoxsa sertifikasiya ?

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"