AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Direktor / Müəllim
12 yanvar 2018
5 041


Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası



Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

1.Ümumi müddəa

Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını
tənzimləyir.

2.Ümumi təhsil haqqında dövlət sənədləri

Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir:

-ümumi orta təhsil haqqında şəhadətnamə (adi və xüsusi nümunəli);
-tam orta təhsil haqqında attestat (adi və xüsusi nümunəli).

Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilir.

Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

3.Şəhadətnamənin və attestatın nümunəsi

Şəhadətnamənin təsviri:

şəhadətnamə 10x14sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunur. Ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamənin üzlüyü qırmızı, ümumi orta təhsil haqqında adi şəhadətnamənin üzlüyü isə yaşıl rənglidir. Şəhadətnamənin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissə-sində isə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ" və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ŞƏHADƏTNAMƏ" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinin ortasında Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunur.
 
Şəhadətnamənin sol səhifəsinin yuxarı hissəsində qara rənglə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ" və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ŞƏHADƏTNAMƏ" sözləri, şəhadətnamənin seriyası və nömrəsi yazılır. Ümumi orta təhsil haqqında adi şəhadətnamənin sağ aşağı kənarında, ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamənin isə sol aşağı kənarında möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra hər iki tərəfdə mətn ümumi orta təhsil haqqında adi şəhadətnamənin və ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamənin nümunələrində göstərilən formada yerləşdirilir (1 və 2 nömrəli əlavələr).
Attestatın təsviri:

attestat 10x14sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunur. Qızıl medal ilə təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medal ilə təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rənglidir.
 
Attestatın üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinin ortasında Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunur. Attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri, attestatın seriyası və nömrəsi yazılır.
 
Tam orta təhsil haqqında adi attestatın və gümüş medal ilə təltif olunan məzunlar üçün nəzərdə tutulmuş xüsusi nümunəli attestatın sağ aşağı kənarında, qızıl medal ilə təltif olunan məzunlar üçün nəzərdə tutulmuş xüsusi nümunəli attestatın isə sol aşağı kənarında möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra hər iki tərəfdə mətn tam orta təhsil haqqında adi attestatın və ya tam orta təhsil haqqında xüsusi nümunəli attestatın nümunələrində göstərilən formada yerləşdirilir (3, 4 və 5 nömrəli əlavələr).
Şəhadətnamədə və attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artmaqla çap edilir. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsində əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

4.Şəhadətnamənin və attestatın hazırlanması, saxlanılması və doldurulması

Şəhadətnamənin və attestatın nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap olunur.
 
Şəhadətnamə və attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

Şəhadətnamənin və attestatların uçotu Azərbaycan Respub-likasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır.
Şəhadətnamənin və attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisələrinin direktorları (müdirləri) məsuliyyət daşıyırlar.
 
Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ümumi təhsil müəssisəsinin direktoru (müdiri) tərəfindən məsul şəxs təyin edilir.
Şəhadətnamənin və attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisələrinin direktoru (müdirləri) tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan şəhadətnamə və attestatın qeydiyyatı aparılır.
Şəhadətnamə və attestat kalliqrafik xətlə qara tuşla yazılır. Şəhadətnamədə və attestatda düzəlişə və qaralamalara yol verilmir.
 
Şəhadətnamənin və attestatın möhür üçün ayrılmış yerində ümumi təhsil müəssisəsinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.
 
Doldurulan zaman korlanmış şəhadətnamə və attestat aktlaşdırılır və silinməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qaytarılır.
Şəhadətnamədə və attestatda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.
Şəhadətnamədə və attestatda ümumi təhsil müəssisəsinin adı onun Nizamnaməsinə uyğun yazılır.

5.Şəhadətnamənin və attestatın verilməsi

Şəhadətnamə və attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə verilir.
Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında) verilir.
Şəhadətnamənin və attestatın surəti məzunun şəxsi işində saxlanılır.
 
Hər il sentyabrın 15-dək məzunlara verilməyən şəhadətnamə və attestat doldurulmuş halda ümumi təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şəhər (rayon) təhsil şöbələrinə qaytarılır.
Ümumi təhsil müəssisəsi ləğv olunduqda şəhadətnamə, attestat və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
 
Ümumi təhsil müəssisəsinin yenidən təşkili hallarında, bu və ya digər səbəbdən şəhadətnamə və attestat almayan şəxslərə şəhadətnamə, attestat və ya onların dublikatları yenidən təşkil edilən ümumi təhsil müəssisəsinin hüquqi varisi olan təhsil müəssisəsi tərəfindən verilir.
Şəhadətnamənin və attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır.

Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

-sıra nömrəsi;
-şəhadətnamənin və attestatın seriyası və nömrəsi;
-şəhadətnamə və attestat alanın soyadı, adı və atasının adı;
-şəhadətnamənin və attestatın verilmə tarixi;
-şəhadətnamə, attestat alan və şəhadətnamə, attestat verən şəxslərin imzası.
 
Şəhadətnaməni və attestatı itirmiş şəxslərə şəhadətnamənin və attestatın dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.

Şəhadətnaməni və attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna (müdirinə) müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı,
şəhadətnamənin və attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir.
 
Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində şəhadətnamənin və attestatın dublikatını verir.
 
Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın dublikatı arxiv sənədləri əsasında verilir.
Dublikat kimi verilən şəhadətnamənin və attestatın sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.
İtirilmiş şəhadətnamənin və attestatın əvəzinə arayış vermək qadağandır.
Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə şəhadətnamə və attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.



Загрузка...
Həmçinin oxuyun:
qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Alman tibb ali məktəblərinə qəbul qaydaları dəyişdirilib

Alman tibb ali məktəblərinə qəbul qaydaları dəyişdirilib