AzTehsil.com


Xəbərlər / Ekspert
25 may 2018
8 471


Attestasiya yoxsa sertifikasiya ?Hansı yol daha əlverişlidir ?



Attestasiya yoxsa  sertifikasiya ?

 

 Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Layihə barədə adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli məlumat verib.İclasda yeni təhsil naziri Ceyhun Bayramovda iştirak edib və Təhsil Qanununa bir sıra əlavə və dəyişiliklərlə yanaşı ümumi təhsil pilləsində çalışan müəllimlərin   sertifikasiya sisteminin uğurlu tətbiqininin  qanunvericilikdə öz əksini tapmasının müsbət məqam olduğunu söyləyib.

İlk öncə attestasiya ilə bağlı qanunvericilikdə indiyə qədər olan məqamlara nəzər salaq.

1 fevral 1999-cu ildə qəbul edilən və 1 iyul 1999-cu il tarixindən qüvvədə olan Əmək Məcəlləsinin 64,65,66,67,67-1-ci maddələri   İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları  adlanan IX fəslində iş yerlərinin attestasiyası,onun məqsədi və keçirilməsinin tənzimlənməsi, işçilərin attestasiyası,onun keçirilməsi qaydaları və şərtləri ,attestasiya olunmayan işçilər, işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını tənzimləyir.

Attestasiya sözünün hərfi mənası  – latınca  attestatio – şəhadət, şəhadətnamə, təsdiq olmaqla aşağıdakı mənalarda işlədilir:

1)bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə; 

2)bir şəxsin bilik bacarığı haqqında xarakteristika; 

3)işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi;
 
4)vəzifə attestasiyası; 

5)işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi: onun tutduğu vəzifəyə uygun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur; 

6)işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi;
 
7)işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi; 

8)sorğu, xasiyyətnamə.

Əmək məcəlləsinin 70-ci maddəsinin c bəndində göstərilir ki, işəgötürən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə əmək müqaviləsini ləğv edə bilər .

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra cəmi bir dəfə ümumi təhsil pilləsində çalışan təhsilverənlərin attestasiyası 1993-cü ildə keçirilib və o nun nəticələri 1994-cu ilin yanvar ayından  Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının Diqnostik Qiymətləndirilməsinin keçirilməsinədək ( 2014-2017-ci illər) qüvvədə idi. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları təsdiq edilmişdir. 

Ölkəmizdə sertifikasiyanın təhsil sahəsinə tətbiq olunması daha çox Ukrayna Respublikasının tətbiq olunmağa bağlayan medelin bir qədər fərqli şəkildə tətbiq olunması əslində attestasiyanı keçirə bilmədiyimizdən ( bunun obyektiv və subyektiv səbəbləri var ) bu gün üçün ən optimal variant saymaq olar. Nəzərə alsaq ki ,Ukraynada sertifikasiyaya hazırlıq 2017-ci ildən başlayıb ,2019-cu ildən tətbiq olunmağa başlayacaq və bu proses 10 il davam edəcək ,2029-cu ildə bitəcək ,bizdə  hələ bu modelin tətbiqinin mexanizmlərinin necə olacağı bəlli deyil. Bu günlərdə Təhsil Nazirliyində  İnsan Resursları Şöbəsinə rəhbərlik edən Eşqi Bağırovun bir həftə ərzində biri-birindən fərqli çıxışlarının sonuncusunda bildirdiyi kimi hələ sertifikasiya ilə bağlı işçi qrup yeni yaradılır.  

Niyə Ukrayna modelinin tətbiqi daha əlverişlidir ?

Əvvəla hər iki ölkədə əhalinin sayı, təhsilverənlərin və təhsilalanların sayı proparsinal qaydada biri –birinə uyğundur.Digər tərəfdən hər iki ölkə faktiki olaraq müharibə vəziyyətində olmaqla mühəribənin ölkənin bütün ,o,cümlədən təhsil sahəsinə ciddi ziyan vurması , eyni zamanda yerli icra hakimiyyətlərinin təhsilin idarə olunmasına birbaşa ( qanunsuz –Təhsil Qanunun 30-cu maddəsinin 9-cu bəndində göstərildiyi kimi "Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə оrqanlarının və digər təşkilatların müdaхiləsinə yоl verilmir.”) müdaxilə etməsi hər iki ölkədə oxşar cəhətlərdir. Belə ki Ukraynanın 40 milyona ,Azərbaycanın 10 milyona yaxın əhalisi var. Ukraynada  5 milyon ,bizdə 1,5 milyondan artıq şagird ,Ukraynada 400 00 ,bizdə 150 00 minə yaxın müəllim var.
Onu da qeyd edim ki , Ukraynada sertifikatlaşma könüllü olaraq nəzərdə tutulub və , sertifikatlaşmaya müraciət edən və uğurla keçən müəllimin əmək haqqında 20% artım gözlənilir.

Ölkəmizdə sertifikasiya yeni deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyuntarixli 108 nömrəli qərarı ilə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydaları  təsdiq edilmişdir.Bu sahədə sertifikasının keçrilməsi heç də ,tibb sahəsində fundamental irəliləyişlərə gətirib çıxartmadı.Səhiyyə sahəsində keçirilən sertifikatlaşma zamanı buraxılan səhvlər diqqətlə öyrənilməli , ümumi təhsil pilləsində çalışan təhsilverənlərin sertifikatlaşması həyata keçirilərkən risklər dəqiqliklə hesablanmalıdır. Eyni zamanda ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirmənin son mərhələsində ( nəticələrin tətbiqi zamanı) buraxılan ciddi nöqsanlarda araşdırılmalıdır.

Əmək Məcəlləsinin 67-1-ci maddəsinin bənlərini analiz edərkən görürük ki,əslində sertifikatlaşmanın  əslində attestesiyanın ekvivalenti kimi tətbiq olunacağı göz qabağındadır. 

Dediklərimizi yekunlaşdıraraq bildirmək istəyirəm ki, təhsilimizin düşdüyü mövcud durumdan çıxartmaq ,ölkəmizin sosial-iqtisadi inkişafına uyğunlaşdırmaq üçün atılan tədbirlərə,ümumilikdə təhsil islahatlarına  Azərbaycan müəllimi  hazır olmalı, özünün peşə və ixtisas,eləcə də yeni təlim texnaligiyaları və metodlarınnın mənimsənilməsi , İKt-yə tam yiyələnməsi üçün ,bir sözlə müasir Azərbaycan müəllimi olaraq ölkənin inkişafına uyğun  formalaşan   əmək bazarının tələblərinə uyğun əsas amil olan insan kapitalının yetişdirilməsi üçün  öz töhfəsini vermək, bu prosesin bir parçasına çevrilmək üçün peşəkarlığı üzərində hər gün çalışmalı ,təhsil islahatlarının səmərəli həyata keçirilməsi yolunda dözüm,səbr nümayiş etdirməlidirlər, milli mənafeni şəxsi mənafedən üstün tutmağı bacarmalıdırlar.

 Bu çətin missiyanın həyat keçirilməsinə rəhbərlik edən təhsil naziri cənab Ceyhun Bayramova  və ümumilikdə Təhsil Nazirliyinə uğurlar arzulayıram.

Elşən Qafarov . Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru



Загрузка...
Həmçinin oxuyun:
İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Əmək Məcəlləsinə DƏYİŞİKLİK - Təhsildə yaş həddi götürülür

Əmək Məcəlləsinə DƏYİŞİKLİK - Təhsildə yaş həddi götürülür

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Bu şəxsləri işdən çıxarmaq olmaz - QANUN

Bu şəxsləri işdən çıxarmaq olmaz - QANUN

DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.