AzTehsil.com


Xəbərlər / Müəllim
29 dekabr 2017
6 984


Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq



 

"Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarının 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minməsindən sonra əsas diqqət əmək haqqı məbləğinin hansı həddə artacağı və ya azalacağına yönəlmişdir.

Məlum olduğu kimi 2018-ci ildə ölkə üzrə yaşayış minimumunun 173 AZN olması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən aylıq 2500 AZN-dək məbləğdə əmək haqqı alan işçilərin sırf həmin məbləğ həddində gəlir vergisindən azad olmasına əsas vermişdir.

Buna baxmayaraq 2017-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləği 155 AZN-dən 173 AZN-ə kimi artsa da, bu artımla yanaşı 01 yanvar 2018-ci ildən etibarən qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında” qanunun tələblərinə əsasən işçilərin əmək haqqının 0.5%-i, işəgötürən tərəfindən isə əmək haqqı fondunun 0.5%-i məbləği həddində sığorta haqqı hər təqvim ayı ərzində müvafiq icra hakimiyyəti orqanına ödəniləcəkdir.

Bununla yanaşı "Sosial sığorta haqqında” qanunun da tələblərinə əsasən hər təqvim ayı ərzində işçinin əmək haqqının 3%-i, əmək haqqı fondunun isə 22% məbləği işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilirdi ki, bu məbləğlərin ümumilikdə konkret hansı qaydada hesablanması müəyyən fikir ayrılıqlarına səbəb olurdu.

Bu kimi halları nəzərə alaraq 01 yanvar 2018-ci ildən etibarən əmək haqqı məbləğinin hesablanma qaydasını diqqətinizə çatdırırıq:

İşçinin əmək haqqı üzrə

– Əmək haqqının 3%-i DSMF-nə məcburi dövlət sosial sığorta haqqı kimi

– Əmək haqqı (yalnız 2500 AZN-dək əmək haqqı) məbləğindən 173 AZN (2018-ci il yaşayış minimumu) çıxılmaqla 14% Vergilər Nazirliyinə gəlir vergisi kimi

– Əmək haqqından 0.5% DSMF-nə işsizlikdən sığorta haqqı kimi

Misal 1: 300 AZN əmək haqqı (vergi və digər ödənişlər daxil, loru dildə "yazılan” əmək haqqı, yaxud Gross) alan şəxsdən

1) 300-ün 3%-i, yəni 9 AZN məcburi dövlət sosial sığorta haqqı

2) 300-173=127-nin 14%-i, yəni 17.78 AZN gəlir vergisi

3) 300-ün 0.5%-i, yəni 1.5 AZN işsizlikdən sığorta haqqı

300 AZN əmək haqqının 300-(9+17.78+1.5)=271.72 AZN məbləği şəxsə çatacaqdır.

Misal 2: 2600 AZN məbləğində əmək haqqı (vergi və digər ödənişlər daxil, loru dildə "yazılan” əmək haqqı, yaxud Gross) alan şəxsdən

1) 2600-ün 3%-i, yəni 78 AZN məcburi dövlət sosial sığorta haqqı

2) 2500-ün 14%-i, yəni 350 AZN, qalan 100 AZN-in 25%-i yəni 25 AZN, ümumilikdə 375 AZN gəlir vergisi

3) 2600-ün 0.5%-i, yəni 13 AZN işsizlikdən sığorta haqqı

2600 AZN əmək haqqının 2600-(75+375+13)=2134 AZN məbləği şəxsə çatacaqdır.

İşəgötürən tərəfindən isə əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı kimi əmək haqqı fondunun 22%-i, işsizlikdən sığorta haqqı kimi isə 0.5%-i 01 yanvar 2018-ci il tarixdən etibarən ödəniləcəkdir.

Həmçinin qeyd etmək lazımdır ki, bu hesablanma qaydası zamanı vergi güzəştləri, həmkarlar ittifaqlarına ödənilən üzvlük haqqı kimi məbləğlər bütün müəssisələr və şəxslər üçün ümumi olmadığından qeyd olunmamışdır.  //Marja.az



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Direktor olmaq istəyənlər üçün   -  Maliyyədən testlər .....

Direktor olmaq istəyənlər üçün - Maliyyədən testlər .....

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Direktor imtahanına hazırlaşanlar üçün 5 sual-5 cavab

Direktor imtahanına hazırlaşanlar üçün 5 sual-5 cavab

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?