AzTehsil.com


Xəbərlər / Müəllim
30 avqust 2017
7 246


"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"



 

 
"Əgər müəllimləri sertifikasiyadan keçiririksə, nəyə görə ali təhsil müəssisələri müəllim kadrlar hazırlayırlar"
 
"Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb". Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.Onun sözlərinə görə, bu vaxta kimi nazirlik tərəfindən yalnız müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Gələcəkdə müəllimlərin sertifikasiya və attestasiyası həyata keçirilə bilər: "Amma bununla bağlı hansısa konkret göstəriş yoxdur. Qiymətləndirmə nəticəsində müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb. Yalnız sertifikasiya və attestasiya nəticəsində işdən çıxarılma ilə bağlı qərarlar ola bilər".

 

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

 

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlamasında, Azərbaycan müəllimlərinin attestasiyadan sonuncu dəfə 1994-cü ildə keçdiyini deyib: "Ötən dövrdə ölkəmizdə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməyib. 2014-cü ildə isə müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilməyə başlayıb. Məlum olub ki, 4500-dən çox orta ümumtəhsil məktəbində çalışan 150 mindən çox müəllimin 40 faizi tədris etdiyi ixtisas fənni üzrə minimum bilik və bacarıqlara malik deyil".


Əsədovun sözlərinə görə, əgər müəllimlərin əmək haqqını, təhsildə keyfiyyəti artırmaq istəyiriksə, daim onların bilik və bacarıqlarını yoxlamalıyıq: "Amma bu, o demək deyil ki, bilik və bacarıqlara dair tələblərə cavab verməyənlər təhsildən uzaqlaşdırılmalıdır. Heç bir halda attestasiyadan və sertifikasiyadan keçməyən müəllimlər işdən azad edilə bilməzlər".


"Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə, attestasiyadan keçməyən müəllimlərin işdən azad olunma məsələsi qanunvericiliklə tənzimlənir və müəyyən olunur. Attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir. Onu işdə saxlayıb-saxlamamaq müəssisə rəhbərinin səlahiyyətində olan bir məsələdir. Əmək Məcəlləsinin tələblərinə görə, attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir" — həmsöhbətimiz əlavə edib.


Ekspertin fikrincə, attestasiya götürən şəxslərin özlərinin hansısa bir imtahan verdiklərini ortaya qoymaq lazımdır: "Müəllimdən imtahan götürən şəxsin özünün bilik və bacarıqları ondan artıqdırmı, o həddə çatır, yoxsa yox? Attestasiya götürən şəxslərin özləri nə vaxtsa pedaqoji fəaliyyətlə məşğul olublarmı? Hesab edirəm ki, müəllimlərin "imtahan-imtahan" oyununu artıq başa çatdırmaq lazımdır".


"İlk növbədə həmin şəxslər düşünməlidirlər ki, müəllim 200-250 manat pula işləyir. Hər dəfə bir imtahan oyunu ilə müəllimləri sınağa çəkmək olmaz. Təhsilin keyfiyyətinin artırılması istiqamətində iş görmək lazımdır. Təhsilin keyfiyyətinin artırılması imtahanlarla olmur. Nəticəsi zəif olan müəllimlər təlimlərə cəlb olunmalıdır" — K. Əsədov vurğulayıb.


Sertifikasiya məsələsinə gəlincə, ekspert bildirib ki, Rusiyada müəllimlər hər il imtahan verirlər: "100 ballıq şkala üzrə onların əmək haqları müəyyən olunur. Sertifikasiyadan keçmiş müəllimlərin müəllimlik fəaliyyəti ilə məşğul olmalarına icazə verilir. Əgər biz müəllimləri sertifikasiyadan keçiririksə, nəyə görə ali təhsil müəssisələri müəllim kadrlar hazırlayırlar. Belə çıxır ki, bu sertifikasiya prosesinə keçmək ali təhsil müəssisələrinin hazırladığı kadrlara inanmamaq anlamına gəlir. Hesab edirəm ki, bunun mexanizmi tamamilə fərqli aspektdə həyata keçirilməlidir".


"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"


 Təhsil eksperti Nadir İsrafilov isə açıqlamasında deyib ki, 1999-cu ildə qəbul olunan Azərbaycanda Təhsil İslahat Proqramında göstərilir ki, müəllimlərin əməyinin stimullaşdırılması və əmək haqqına diferensial yanaşma məqsədilə rəhbər və pedaqoji kadrların attestasiyası keçirilsin: "Burada işdən çıxarılma anlayışı yoxdur. Attestasiyada müəllimlərə kateqoriyalar verilir. Müəllimlər attestasiyadan keçirilir, onların biliyi xüsusi komissiya tərəfindən qiymətləndirilir və onlara dərəcələr verilir — ali kateqoriya, 1-ci, 2-ci və 3-cü kateqoriya".


"Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən yüksək olur. Belə bir təcrübə sovet vaxtı da olub. Bütün müəllimlərə eyni əmək haqqı vermək olmaz. Təhsil qanunvericiliyinə əsasən, diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra attestasiya keçirilməlidir".


Onun sözlərinə görə, müəllimlərə sertifikatların verilməsi məsələsi düzgün deyil: "Müəllim attestasiyadan keçməlidir. Attestasiya haqqında Əsasnamədə səlahiyyət var ki, attestasiyadan keçə bilməyən müəllim müəyyən müzakirələrdən, pedaqoji şuranın qərarından sonra işdən azad ola bilər. Amma attestasiyanın məqsədi müəllimi işdən azad etmək deyil, müəllim əməyini stimullaşdırmaqdır".

 
Sputnik.az



Загрузка...
Həmçinin oxuyun:
Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

20 ilin müəllimləri işdən azad olunacaq - ŞOK SƏBƏB - VİDEO

20 ilin müəllimləri işdən azad olunacaq - ŞOK SƏBƏB - VİDEO

Neftçalada müəllimlərin işdən azad olunmasının şok səbəbi – VİDEO

Neftçalada müəllimlərin işdən azad olunmasının şok səbəbi – VİDEO

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert