AzTehsil.com


Xəbərlər
28 dekabr 2017
16 910


Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib



Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nı təsdiqləyib.

Məlumata görə, qərar dekabrın 29-dan qüvvəyə minir.

Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin yeni Vahid Tarif-İxtisas Sorğu Kitabçasının təsdiqlənməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının (hissə 75) təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.
 
Yeni Kitabçada təhsil sahəsi işçilərinin tarif-ixtisas xüsusiyyətləri müəyyənləşdirilərkən "Təhsil haqqında” və "Elm haqqında” qanunlar ilə müəyyən edilmiş dövlət siyasətinin əsas prinsipləri, məqsədləri və təhsilin səviyyələri, universitetlərdə təhsilverənlərin və təhsilalanların elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin inteqrasiyası, Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn müasir təhsil sisteminin formalaşdırılması üzrə hədəflər, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən təhsilverənin formalaşdırılması, nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi istiqamətlərində aparılan islahatlar nəzərə alınıb.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələrində (dövlət sifarişi ilə kadr hazırlığı aparılan dövlət ali təhsil müəssisələri istisna olmaqla) vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcələri bu Kitabçaya uyğun olaraq müəyyən edilir. Dövlət sifarişi ilə kadr hazırlığı aparılan dövlət ali təhsil müəssisələrində bu Kitabçada nəzərədə tutulmuş müvafiq vəzifələrdə çalışan işçilərin vəzifə maaşları həmin vəzifələr üzrə təhsilə, elmi dərəcəyə, elmi ada, staja və müvafiq sahədə iş təcrübəsinə qoyulan ixtisas tələbləri nəzərə alınmaqla minimum əmək haqqından az olmamaqla ali təhsil müəssisələri tərəfindən sərbəst müəyyənləşdirilir.
 
Kitabça təhsil sahəsinə aid olan qulluqçu vəzifələrində çalışan işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.
 
Kitabça tətbiq edilərkən xarici ölkədə təhsil almış mütəxəssislərə xarici ölkədə verilmiş təhsil sənədinin (o cümlədən, elmi dərəcəyə görə) nostrifikasiya və ya təkrar attestasiya edilərək Azərbaycanda verilən təhsil sənədinə bərabər tutulması əməyin ödəniş dərəcəsi müəyyənləşdirilərkən nəzərə alınır.


 

 

 

 

 

 

 

 





Загрузка...
Həmçinin oxuyun:
SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Məktəb direktorunun əsas bacarıqlarından biri   Direktorun stolüstu kitabından....

Məktəb direktorunun əsas bacarıqlarından biri Direktorun stolüstu kitabından....

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili