Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə NƏTİCƏLƏNİB
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Lənkəran - Astara Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 16 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: “Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib”.
İdarədən o da bildirilib ki, hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır: “Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.