Bu məktəbdə işləmək üçün 800-dən çox müəllim müraciət EDİB
Qarabağ Universitetində müəllimlərin işə qəbulu üçün əsas meyar var.
AzTehsil.com- n əldə etdiyi məlumata əsasən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.
Nazir bildirib ki, Qarabağa qayıdış o qədər müqəddəsdir ki, müəllimlər burada fəaliyyət göstərməyə böyük həvəslə yanaşırlar.
"Hətta Ağalı kənd tam orta məktəbində müəllimlər üçün 12 vakant yer boş qalmışdı, lakin ora 800-dən artıq müəllim müraciət etmişdi. Yəni, müəllim təşviqi ilə bağlı problem yoxdur.
Bəs bu işə qəbuldakı əsas meyar nədir? Seçimdə “Böyük Qayıdış” konsepsiyası ilə öz yurduna qayıdan şəxslərə üstünlük verilir. Əgər köçən şəxslər arasında müəyyən fənn üzrə müəllimlər yoxdursa, həmin yerlər yaxın kəndlərdən seçilir. Bu da mümkün olmadıqda, vakant yerlər müsabiqə əsasında doldurulur".