AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Səhiyyə / Cəmiyyət / Manşet / Bölgə
09 iyul 2025
965

Qarabağda Tibbi kadrlar yetişəcək



-Məlum olduğu kimi, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq. AzTehsil.com xəbər verir ki, fakültədə tətbiq ediləcək müasir təhsil modeli tələbələrin nəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modeli vasitəsilə multidissiplinar yanaşmanın inkişafına yönələcək. Bundan əlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin əsas üstünlükləri -pasiyentmərkəzli yanaşma - yalnız müalicə etməyi deyil, insanı anlamağı öyrədən proqramlar, multidissiplinar təhsil - tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin inteqrasiyası, ən müasir tibbi texnologiyalar və innovativ tədris metodları, Qarabağ Universitetinin Klinikasında təcrübə və müasir Simulyasiya Mərkəzinin olmasıdır. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət, tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri yaradıcı və sosial bacarıqları qazanmaq üçün əlavə imkanlar təqdim edir.2023-cü ildən etibarən əsası qoyulan Qarabağ Universitetində tibbi kadr hazırlığı istiqamətində atılan ilk addımlar, yalnız bir təhsil təşəbbüsü olmaqla kifayətlənmir - bu, həm də regionun sağlamlıq infrastrukturunun yenidən qurulmasında strateji bir mərhələdir. Qarabağ Universiteti, ölkənin ali təhsil sistemində mühüm yer tutmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərin elmi və sosial inkişafına ciddi töhfə verməyi hədəfləyir. Universitetdə tibbi təhsil sahəsində ixtisasların açılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.İşğaldan azad olunan ərazilərdə əhalinin məskunlaşmasının genişlənməsi ilə tibbi xidmətlərə olan tələbat da artır. Bu səbəbdən, yerli tibbi kadrların hazırlanması regionda dayanıqlı səhiyyə sisteminin qurulması üçün əsas şərtlərdən biridir. Qarabağ Universitetində tibbi təhsilin təşkili, gələcəkdə bu bölgədə fəaliyyət göstərəcək həkimlərin və tibb işçilərinin bilavasitə yerli şəraitdə yetişdirilməsini təmin edəcək.Universitetdə tibbi təhsilin yüksək səviyyədə təşkili üçün müasir laboratoriyalar, kliniki simulyasiya mərkəzləri, anatomiya və biokimya kabinetləri möcuddur. Bununla yanaşı, təcrübəli yerli və xarici müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Tədris proqramları dünya təcrübəsi və Azərbaycan təhsil standartları əsasında hazırlanıb.Qarabağ Universitetinin tibbi fakültəsi təkcə həkimlərin deyil, həm də tibb bacıları, hazırlanmasında mühüm rol oynayacaq. Bu isə bölgədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, əhalinin sağlamlığının qorunmasına və uzunmüddətli sosial-iqtisadi dirçəlişə xidmət edəcək.Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, Qarabağ Universitetində tibbi kadr hazırlığına başlanılması, yalnız bir ali təhsil layihəsi deyil, həm də regionun sosial və səhiyyə infrastrukturunun dirçəlişi baxımından strateji əhəmiyyət daşıyır. Yerində hazırlanan tibbi kadrlar, həm bölgənin tələbatına uyğunlaşacaq, həm də uzunmüddətli perspektivdə müstəqil və dayanıqlı səhiyyə sistemi formalaşdıracaq: “Azərbaycanın səhiyyə sistemində regional bərabərsizliyin azaldılması üçün Qarabağda tibb təhsilinin təşkili çox vacibdir. Regionda doğulan və təhsil alan kadrların burada işləməsi ehtimalı daha yüksəkdir. Bu, həkim çatışmazlığının qarşısını almaqla yanaşı, xidmətin keyfiyyətini də artıracaq. Məktəblərin və xəstəxanaların paralel şəkildə yenidən qurulduğu Qarabağda ali təhsil müəssisələrinin, xüsusilə də tibbi sahənin yaradılması, əhalinin geri qayıdışına və burada qalıcı olmasına güclü stimul verir. Gənclərin doğma torpaqlarında keyfiyyətli təhsil alması, sosial stabilliyin təminatçısıdır. Tibb təhsili yalnız texniki biliklərdən ibarət deyil – bu, eyni zamanda empatiya və sosial bağlılıq tələb edən bir sahədir. Qarabağ Universitetində yetişən gələcək həkimlər, doğma torpaqlarında çalışaraq həm peşəkar, həm də mənəvi baxımdan bölgənin canlanmasına töhfə verəcəklər”.Təhsil eksperti Elmin Nuri bildirib ki, Qarabağda artıq tibb ixtisası üçün xüsusi klinika inşa edilib və təhsil müasir avadanlıqlarla təmin olunub: “Qarabağ Universiteti tibb sahəsində də nəzəri və praktiki baza ilə təmin olunub. Bu ixtisasın açılması abituriyentlər üçün yeni seçim imkanları yaradacaq. Əvvəllər yalnız Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində bu sahədə yüklənmə var idi”.Ekspert əlavə edib ki, gələcəkdə Qarabağ Universitetində Tibb fakültəsi üçün müasir laboratoriyalar, diaqnostika mərkəzləri, simulyasiya otaqları, eləcə də tələbələr üçün rezidentura və təcrübə proqramları planlaşdırıla bilər: "Bu gün təməli qoyulan baza gələcəkdə region üçün tibbi kadr hazırlığında mühüm rol oynayacaq. Tibb tələbələri üçün tədrislə yanaşı, praktiki bacarıqların formalaşmasına xidmət edən mərkəzlər, klinik tədris blokları, anatomiya və biologiya laboratoriyaları, həmçinin sahəvi praktikaların yerli xəstəxanalarda təşkili Qarabağ Universitetini bu sahədə də lider edə bilər".Millət vəkili Arzu Nağıyev qeyd edib ki, Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb: "Qarabağ Universitetində tibbi kadr hazırlığına başlanılması regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə tibbi kadr hazırlığında perspektivli ali təhsil müəssisələri sırasında olacaq".




Həmçinin oxuyun:
Yeni tədris ilindən Qarabağ Universitetində...- ƏTRAFLI

Yeni tədris ilindən Qarabağ Universitetində...- ƏTRAFLI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq