Doktorluq dissertasiyası
Mövzu: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri
XX əsrin son rübündən etibarən dərinləşən qloballaşma prosesi ilə paralel olaraq genişlənən separatçılıq meylləri SSRİ-nin dagılmasına və onun ərazisində yaranan yeni müstəqil dövlətlərin bir necəsinin öz ərazi bütövlüyünü qismən itirməsinə səbəb oldu. Lakin separatçılıq hadisələrinin miqyasının gündən-günə genişlənməsi yenə də müasir milli dövlətlərin varlığına böyük təhlükə təşkil etməkdədir.
Azərbaycan dövləti ərazisində – Daglıq Qarabağda davam edən erməni separatçılığı öz sosial-psixoloji xüsusiyyətlərinə görə etnoseparatçılığın ən radikal və qəddar formasıdır. Buna görə də erməni separatçılığının sosial-psixoloji baxımdan öyrənilməsi istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də regionun sabit, ahəngdar inkişafı ücün müəyyən tədbirlərin həyata keçirilməsini zəruri edir.
Separatçılığın sosial-psixoloji aspektləri
Problemin tədqiqi Azərbaycanda yaşayan etnik qrupların tarixinin və müasir sosial-psixoloji problemlərinin daha dərindən öyrənilməsi, respublikada milli dövlət quruculuğuna mane olan separatçılıq meyllərinin sosial-psixoloji, sosial-mədəni səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində adekvat addımlar atılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda son dövrlərdə dini identiklik məsələsinin aktuallaşması bir-biri ilə rəqabət aparan separatçı dini qruplaşmaların fəallaşmasına səbəb olmuşdur. Lakin, ölkədə multikulturalizm istiqamətində dini ayrı-seçkiliyə qarşı aparılan dövlət siyasəti dini separatçılıq amillərinin qarşısını alır. Buna görə ölkədə bəzi separatçı dini qrupların sosial-psixoloji baxımdan tədqiqi, dini separatçılıq meyllərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev deyib: "Biz nəinki ölkə daxilində millətlərarası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz tolerantlıqda dünyaya da nümunə göstəririk. Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk”.
Lakin separatçılığın sosial-psixoloji aspektlərinin birbaşa araşdırılması baxımından fundamental elmi tədqiqat işi yox dərəcəsindədir.
Tədqiqatın elmi yeniliyi: Biz ilk dəfə burada separatçılıq probleminin sosial-psixoloji məsələlərini qloballaşma proseslərinin dinamikasında sistemli şəkildə araşdırmışıq. Dissertasiyanın elmi yeniliyi həmçinin separatçılıq fenomeninin tarixi-sosial dinamika şəraitində sosial-psixoloji səbəblərini, problemin və onun yaranmasına şərait yaradan amillərin psixoloji strukturunu, tiplərini və funksional xarakterini müəyyənləşdirməkdən, tövsiyələri işləyib hazırlamaqdan ibarətdir.
Tədqiqatın nəzəri-metodoloji əsaslarını Azərbaycan və xarici ölkə alimlərinin ideya və mülahizələri təşkil edir. Elmi-nəzəri zəminlərin müəyyənləşdirilməsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qloballaşma prosesinə münasibətləri, yanaşma və mülahizələri əsas götürülmüşdür. Bununla yanaşı, bizim tərəfimizdən Azərbaycanın müxtəlif regionlarında separatçılıq məsələlərinin araşdırılması məqsədilə sosial-psixoloji sorğu keçirilmiş və araşdırmanın materialları dissertasiyada öz əksini tapmışdır.
Nəticə olaraq deyə bilərik ki, yeni elmi ideyalar, innovasiyalar, miqrasiyalar və başqa yollarla genişlənən qloballaşma prosesi bütün cəmiyyətlərə bu və ya digər şəkildə daxil olur. Hər bir cəmiyyətdə onun aparıcı qüvvəsi gənc nəsildir. Bu baxımdan qloballaşma nəsillər arasındakı separatçılıq meyllərini daha da dərinləşdirir. Hər bir cəmiyyətdə fərdlərin yeni dəyərlərə adaptasiyası ilə əlaqədar olaraq akultirzasiya, identiklik problemləri yaranır.
XX əsrin sonundan başlayaraq qloballaşmaya paralel şəkildə genişlənən separatçılıq hadisələri ictimai elmlərin xüsusi diqqətinə səbəb olmuşdur. Onu tarixin obyektiv hadisəsi kimi dəyərləndirənlərlə yanaşı, separatçılığın subyektiv amillərlə bağlı olduğunu söyləyənlər də vardır. Əslində bu sosial hadisənin liberalizm, terrorizm, milli azadlıq hərəkatı, milli özünütəyinetmə və başqa bu kimi müxtəlif sosial-siyasi kateqoriyalarla səciyyələndirilməsi müəyyən maraqları təmsil edən subyektiv amillərlə bağlıdır.
Tədqiqat işinin siyasi separatçılığın sosial-psixoloji xüsusiyyətlərinin tədqiqinə həsr olunmasına baxmayaraq, biz separatçılığın müxtəlif formalarına sistemli münasibət bildirməyə çalışacağıq.
Belə ki, orta əsr müsəlman elmi-dini ədəiyyatında separatçılıq cəmiyyəti müxtəlif firqələrə parçalayan «təfriqəçilik» termini adı altında tanınmışdır. Bu problemlə əlaqədar Qurani-Kərim və hədislərdə, eyni zamanda dövrün bir çox müsəlman mütəfəkkirlərinin əsərlərində kifayət qədər məlumatlar vardır. Xüsusilə bunlar orta əsr ərəb müəllifləri İbn Xəldunun «Müqəddimə», Məhəmməd Şəhristaninin «Kitab əl-Miləl vən-Nihəl» əsərlərində daha geniş şərh olunmuşdur.
Azərbaycanda bu və ya digər şəkildə separatçılıqla bağlı fikirlər A.A.Bakıxanov və M.F.Axundzadə tərəfindən söylənmişdir. Ölkəmizdə ilk dəfə psixoloq F.İbrahimbəyov etnik psixologiya problemləri ilə elmi şəkildə məşğul olmuşdur. O, etnik psixoloji xüsusiyyətlərin genetik-bioloji səbəblərdən deyil, milli mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində baş verdiyini irəli sürmüşdür.Azərbaycan psixoloqlarından Ə.Bayramov asosiallıq, deviant davranış, «özünütəsdiq», sosial aqressiya, sosial stress, etnik şüur və başqa bu kimi sosial-psixoloji anlayışları qismən araşdırmışlar.
Separatçılığın baş vermə və ya fəallaşma səbəblərinin araşdırılması, onun perspektivinə zəmin hazırlayan funksional tendensiyaların müəyyənləşdirilməsi və problemin aradan qaldırılması yollarının axtarılması problemin sosial-psixoloji tədqiqini zəruri edir.
Dağlıq Qarabağ ərazində yaşayan ermənilər və azərbaycanlılar müəyyən dövrlərdə baş verən etnik münaqişələrlə əlaqədar olaraq bir-birinə qarşı düşmən mövqedə dayanmışlar. Lakin bu da faktdır ki, onlar həmçinin uzun müddət sülh şəraitində də birgə yaşamışlar. Son dövrlərdə azərbaycanlıların Ermənistan və Dağlıq Qarabağ ərazilərindən qovulması paralel olaraq ermənilərin də Azərbaycan ərazilərini tərk etmələrinə səbəb olmuşdur. Bu isə Azərbaycan və Ermənistan arasında etnik münaqişə ocağının yaranmasına gətirib çıxarmışdır. Halbuki tərəflər arasında belə
bir münaqişənin başlanmasına tələbat olmamışdır. Deməli, insanların tələbatına uyğun olmayan emosional yönləndirmə onları münaqişə fəaliyyətinə sürükləmişdir.
Hər bir mədəniyyət «biz» kontekstində unikaldır. Məsələn, adi bir azərbaycanlı yas mərasimində yaponların şadyanalığını, rusların yas mərasimlərində spirtli içkilər qəbul etməsini mərhumun ruhuna təhqir kimi qəbul edə bilər. Eynilə onlar da azərbaycanlının belə münasibətini özlərinə təhqir hesab edə bilərlər. Bu sosiomədəni fərqlilik hər bir xalqın özünəməxsus sosial-mədəni tarixi inkişaf prosesində formalaşmış və ənənəvi şəkildə şüurlardan şüurlara ötürülmüşdür.
Separatçılıq destruktiv prosesləri sürətləndirir
Separatçılıq bir sosial hadisə kimi fərdin və ya cəmiyyətin şüurunda olan separatçılıq meyllərindən qaynaqlanır və nəticədə fərdin və cəmiyyətin şüurunda destruktiv proseslərin sürətlənməsinə səbəb olur.
İstənilən dəyişiklik prosesi şəxsiyyətin və cəmiyyətin formalaşmasında psixoloji olaraq öz mənfi və müsbət təsirlərini göstərir. Keçid şəraitində iki mədəniyyət arasında qalan sosial qrupun və ya şəxsiyyətin identiklik və adaptasiya ilə bağlı psixoloji problemləri yaranır.
Mədəni stereotiplər uşaqlıq çağından formalaşır. Məsələn, ermənilər öz uşaqlarında türk milləti barədə mənfi stereotiplər formalaşdırırlar. Çünki Qriqoryan kilsə institutu erməni millətinin şüurunda daim «türk düşmənçiliyini» xüsusi milli-dini bayram mərasimləri ilə (uydurulmuş «erməni soyqırımı») aktuallaşdırır. Bu psixoloji durum onları daim türk millətinə qarşı intiqam, qəzəb hissi ilə müşayiət edir. Erməni separatçılığının kökündə məhz bu qisas hissinə əsaslanan «biz-onlar» qarşıdurması dayanır.
Separatçılıq cəmiyyətin inkişafına mənfi təsir edərək gələcəyə inamsızlıq, qorxu, sosial passivlik yaradır.
Azərbaycanda yaşayan bir çox etnik qruplar ənənəvi olaraq özlərini həm etnik (talış, ləzgi, avar), həm də sosial identiklikləri (azərbaycanlı) ilə tanımışlar. Bu həm ərazidə tarixən formalaşan dövlətçilik ənənələrindən, həm də islam ümmətçiliyindən irəli gəlmişdir. Məsələn, XX əsrdə aparılan bir neçə siyahıyaalmanın nəticələrinə
görə, talış, ləzgi, avar xalqları tarixən həmişə özlərini öz etnik adları ilə eyniləşdirdikləri kimi, həm də özlərinin «azərbaycanlı» olduqlarını da bildirmişlər. Lakin Azərbaycanda yaşayan ermənilər, yəhudilər, ruslar heç bir zaman nə özləri, nə də başqaları tərəfindən «azərbaycanlı» adlandırılmamışlar.
Azərbaycan əhalisinin də pozulmuş hüquqları müdafiə olunmalıdır
Azərbaycanda da bəzi azərbaycanlıların öz milli-etnik identikliyinə qarşı bir natamamlıq kompleksi vardır. Çox vaxt azərbaycanlıların özləri öz milli xüsusiyyətlərini yaltaqlıq, etibarsızlıq, yalançılıq, tamahkarlıq kimi mənfi keyfiyyətlərlə əlaqələndirirlər. Dağlıq Qarabağın işğalı, bəzi dövlət məmurlarının özbaşınalığı bir çox vətəndaşlarda milli qürur hissinin aşağı düşməsinə təsir etmişdir.
Erməni separatçılığının kökü, çar Rusiyasının strateji məqsədlərlə 1813 -1826-1828-ci illərdə İran, Suriya ərazilərindən xristian dininə etiqad edən erməniləri İran və Türkiyənin sərhədlərində yerləşən indiki Ermənistan və Dagliq Qarabag ərazilərinə bir neçə dəfə köçürmələri ilə başlayır. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan xalqı bir çox tarixi ərazilərini itirmişdir. Sovet dövlətinin süqutundan sonra ermənilər Dagliq Qarabag və onun ətraf ərazilərini işğal etdilər, Ermənistan ərazisində yaşayan azərbaycanlıları öz ata-baba yurdlarından didərgin saldılar. Bu hadisələrin baş verməsində ermənipərəst SSRİ-nin ilk və son prezidenti M.S.Qorbaçovun rolu böyük olmuşdur. Azərbaycan ərazisində xalqların öz müqəddəratını müstəqil surətdə təyin etməsi adı altında Dagliq Qarabag erməni separatçılığının əsası qoyulmuşdur. Deməli, Dagliq Qarabag ərazisində yaşayan 140 min erməni əhalisinin müqəddəratının həll olunması hər iki tərəfdən yüz minlərlə insanın öz evindən didərgin düşməsinə, həlak olmasına, hüquqlarının pozulmasına, mənəvi-psixoloji zərbələr almasına şərait yaratmışdır. O zaman paralel olaraq Azərbaycan əhalisinin də pozulmuş hüquqları müdafiə olunmalıdır.
Məsələn, «sovet xalqı» monizmi çərçivəsində Azərbaycan və erməni xalqları dostluğu təbliğ olunur və bu özünü praktiki baxımdan daha çox erməni qızları və azərbaycanlı kişilər arasında bağlanan nikahlarda, ermənilərin Azərbaycanın beynəlmiləl xarakterli şəhərlərində məskunlaşmasında göstərirdi (xüsusilə Bakı
şəhəri). Bu konteksdə azərbaycanlılar öz qızlarını ermənilərə ərə verməyə razı olmadıqları halda, ermənilər məqsədli şəkildə bunun əksini edirdilər. Azərbaycanlıların bu əməli sovet dəyərlərindən deyil, ənənəvi milli dəyərlərindən və ermənilərə qarşı olan şüuraltı düşmən obrazından qaynaqlanırdı. Ermənilərin də müvafiq əməlləri əsasən düşmənçilik mövqeyindən qaynaqlanırdı. Azərbaycanlılar ermənilərdən fərqli olaraq özünü böyük xalq hesab edirlər. Çünki onun «yox olmaq» və ya «mövcudluq uğrunda mübarizə» ilə bağlı kimi hər hansı bir fobiyası yoxdur.
Yerevan və Qarabağ erməniləri – fərqli nüanslar
Ermənilər özlərini unikal xalq hesab edirlər. Onların milli identiklikləri nə tam mənada xristian identikliyi ilə, nə də Qafqaz irqi identikliyi ilə üst-üstə düşmür. Çünki onlar xristian aləmində özlərini Qriqoryan kilsəsinə aid edən yeganə xalq hesab edir və özlərini ilk xristianlardan adlandırırlar. Dil baxımından özlərini Hindavropa qrupunun ən qədim xalqı hesab edən ermənilər antropoloji baxımdan fərqli göstəricilərə malikdirlər.
Ermənilərdə «biz» identikliyi düşmənçilik, aqressivlik hissləri əsasında formalaşdırılır. Onlardan ən başlıcası erməni milli kimliyini qoruyub saxlayan erməni Qriqoryan kilsəsidir. Eyni zamanda uydurulmuş «erməni soyqırımı» mifi, «məzlum erməni» psixologiyası daim xalqın şüurunda öz aktuallığını mütəmadi şəkildə qeyd olunan və dünyaya nümayiş etdirilən mərasim xarakterli milli bayramlar vasitəsilə qoruyub saxlayır.
Erməni xalqının etnik şüuru çox qapalı və məhduddur. Onların «biz» identikliyinə çox vaxt ermənicə danışan və Qriqoryan kilsəsinə tabe olan Daglıq Qarabag erməniləri aid edilmir. Dagliq Qarabag erməniləri də çox vaxt Yerevan ermənilərinə «onlar» deyə muraciət edirlər. Maraqlıdır ki, Qarabağ musəlman-azərbaycanlı əhalisi həmişə Dagliq Qarabag ermənilərini «bizimkilər» və ya «bizim ermənilər» deyə muəyyənləşdirmişlər. Bu sosial-psixoloji baxımdan Daglıq Qarabag ermənilərinin azərbaycanlılara daha yaxın olduğunu təsdiqləyir.
Azərbaycan müxtəlif etnoslardan ibarət müasir sivil bir dövlətdir
Azərbaycan Cənubi Qafqaz regionuna aid olan bir dövlət kimi, digər region dövlət və xalqları ilə ortaq tarixi-mədəni, sosial-siyasi ənənələrə malikdir. Tarixən İran və Rusiya ərazilərində qurulan imperiyaların müstəmləkəsi altında olan bu region müxtəlif dövrlərdə fərqli etnik miqrasiyalara, köçürmələrə məruz qalmışdır.
XX əsrin əvvələrindən başlayaraq «müsəlman» dini kimliyi tədricən sivil «azərbaycanlı» milli kimliyi ilə əvəz olunmağa başladı. Bu ideoloji cəhətdən Avropada vətəndaşlıq statusuna əsaslanan siyasi milli kimlik statusuna uyğun gəlirdi. Azərbaycan ərazisində qədim və orta əsrlərdən Azərbaycan xalqının təşəkkülündə özünəməxsus rol oynayan tarixi etnoslar aşağıdakılardır: Türkdillilər; İrandillilər (talışlar, tatlar, kürdlər); Qafqazdillilər (ləzgilər, avarlar, saxurlar, inqiloylar, udinlər, buduqlar, qrızlar, xınalıq); Samidillilər (ərəblər, dağ yəhudiləri, assurlar).
2020-ci ildə uğurlu İkinci Qarabağ müharibəsinin nəticələri göstərdi ki, ermənilər həqiqətən xəstə psixoloji təfəkkurə malik bir xalqdırlar. Onlar işğal etdikləri Qarabağ ərazisində 30 il müddətində heç bir quruculuq işləri aparmamış, əksinə, Qarabağ ərazisində olan butun binaları, mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri sokmüş, daşı daş üstdə qoymamış, təbiətə hədsiz zərər yetirmiş və nəhayət tərk etdikləri əraziləri minalamışlar. Onların Qarabağda törətdikləri vəhşiliklərin miqyasını Yaponiyaya atılmış atom bombasının nəticələri ilə müqayisə edirlər. Əslində, bu ermənilərin psixoloji durumunu ortaya qoyur. Maraqlıdır, həmişə özlərinə qarşı xoş münasibət gordükləri türklərə bu qədər dərin nifrətin mənbəyi nədir? Bəlkə də bu sualın cavabını erməni kilsəsində axtarmaq doğru olardı. Çünki erməni xalqı tarixən "kilsə xalqı” kimi movcud olmuşdur.
Qarabag ərazisi Azərbaycan və Ermənistan arasında münaqişə obyektinə çevrilsə də, ermənilərin (həmçinin onların havadarlarının) bütün məqsəd və vəzifələri yalnız Qarabag torpaqları ilə məhdudlaşmır. Bu, özünü onların Azərbaycanın digər regionlarına olan iddialarında, həmçinin Azərbaycan ərazisində yeni separatçılıq münaqişələrinin yaranmasında göstərdikləri cəhdlərdə açıq-aydın nümayiş etdirir. Biz hətta ermənilərin Şərqi Anadolu ərazilərinə olan iddialarının da şahidi oluruq. Bunlar bir daha separatçı ermənilərin arxasında dayanan böyük dövlətlərin gizli məqsədlərindən xəbər verir. Onlar (həmçinin onların havadarları) bu məqsədlərinə
çatmaq üçün tarixi saxtalaşdırmağa, yəni ermənilərin regionda qədim xalq olduğunu, əksinə türklərinsə əraziyə "gəlmə” olduğunu sübut etməyə çalışırlar. Bütün bunlar məqsəd və vəzifələrin yalnız bir obyektə deyil, müxtəlif istiqamətlərə yönəldiyini göstərir. Lakin İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük hərbi nailiyyətlər ermənilərin şüurunda formalaşan əsassız mifləri alt-üst etdi. Onlar qarşılaşdıqları gerçəkliyi heç vəchlə anlaya bilmir və çaşqınlıq içində bütün havadarlarını ittiham edirlər. Bizim qələbəmiz göstərdi ki, ermənilər əsl reallıqda deyil, kilsənin və xaricdəki erməni diasporunun onların şüurlarında yaratdığı qeyri-reallıqda yaşayırlar.
Nəticədə, indi Ermənistanda baş qaldıran sosial-iqtisadi, siyasi problemlər və onların həllinin türk-müsəlman xalqları ilə inteqrativ şəraitdə mümkün olduğunu göstərən amillər ölkəni dilemma qarşısında qoyur. Ermənistan öz siyasətindən əl çəkib, qonşu dövlətlərlə sosial-iqtisadi və siyasi münasibətlərini tənzimləməli, qarşılıqlı faydalı əməkdaşlığa əsas verən bütün imkanlardan bəhrələnmək üçün barışa getməlidir. Bunun üçün erməni xalqı kilsənin və xaricdəki diasporlarının təsir-təzyiqindən xilas olmalı və real həyat şəraitinə uyğunlaşmalıdır. İkinci Qarabağ müharibəsindən sonra bölgədə qlobal layihələrin həyata keçirilməsi, onlara normal inkişaf üçün yeni şərait yaradır. Əgər bunu dəyərləndirə bilməsələr, onların bölgədə bir dövlət kimi mövcudluq məsələsi sual altında qalacaqdır.