Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən azad EDİB
Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən azad etdi.
AzTehsil.com xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.
Agentlikdən bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.