AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
14 avqust 2025
850

201 nömrəli məktəbin müəllimləri Afaq Əliyevaya qarşı BİRLƏŞİB



-Nizami rayonu 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın qanunsuz əməlləri ilə bağlı mediada dəfələrlə təkzibolunmaz faktlara əsaslanan materiallar dərc edilib. Məlumdur ki, Afaq Əliyeva 201 nömrəli tam orta məktəbi öz qanunları ilə idarə edir, heç kimə məhəl qoymur, təhsil ocağını rüşvət və korrupsiya məkanına çevirməkdən çəkinmir, dərs saatlarını istədiyi kimi bölür, məktəb üzü görməyən, hətta ölkə xaricinə köçən şagirdlərə özündən qiymətlər yazaraq sinifdən-sinifə keçməsinə şərait yaradır. Əlbəttə ki, bütün bunlar rüşvət qarışılığında həyata keçirilir. Bu faktlar azmış kimi Afaq Əliyeva məktəbin direktor müavini işləmiş Svetlana Hüseynovaya qarşı da qanunsuz əməllər və təxribatlar həyata keçirməyə cəhd göstərib. Hətta məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək Svetlana Hüseynovaya qarşı şantaj dolu ifadələr verməyə məcbur qoyub. Lakin onun planı ifşa edilib və mediada qanunsuzluqlarını əks etdirən səs yazıları yayılıb. Bundan sonrta Elm və Təhsil Nazirliyi tərəfindən Afaq Əliyeva ilə bağlı araşdırmalara başlanılıb. Lakin nədənsə, onu qoruyan "gizlli əllər" sayəsində Afaq Əliyeva sadəcə töhmətlə canını qurtarıb. Bu qədər qanunsuz əməl törədən, təhsil ocağında "at oynadan", tabeliyindəki işçiləri təhqir edən, müəllim adına yaraşmayan hərəkətlərə yol verən bir şəxsin niyə hələ də vəzifədə qalması və işdən çıxarılmaması ciddi suallar doğurur. AzTehsil.com tehsilmedia.az istinadən xəbər verir ki, indi 201 saylı məktəbin bir qrup müəllimi Afaq Əliyevanın əməllərindən cana doyduqları üçün Prezident İlham Əliyevə və nazir Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq direktorun işdən azad olunmasını xahiş edirlər. 13 nəfər müəllim elə bir həddə çatıb ki, hətta Afaq Əliyevanın rəhbərliyi altında işləmək istəmədiklərini bildirirlər. Məktəbə gəlməkdən imtina edirlər. Bu fakt öz-özlüyündə müəllimlər ayağa qalxdığının, Afaq Əliyevaya qarşı üsyan etdiyinin, haqq səsini ölkə başçısına çatdırmaq istəyinin bariz nümunəsidir. Qeyd edək ki, Təhsil Haqqında Qanunda kimlərin direktor vəzifəsini icra edə biləcəyi ilə bağlı müddəalar yer alıb. Afaq Əliyeva isə o müddəaların heç birinə cavab vermədiyi halda, hələ də vəzifədə qalır. Görəsən, Emin Əmrullayevin Afaq Əliyevanı vəzifədə saxlamasının səbəbi nədir? Niyə cənab Əmrullayev ölkə qanunlarını tapdalayan bir şəxs barədə qərar verməkdən çəkinir? Bu açıq sualların cavabı yəqin ki, zamanla ictimaiyyətə məlum olacaq.Bundan başqa Xəzər Rayon Məhkəməsinin qərarına əsasən Afaq Əliyevanın məktəbin direktor müavini Svetlana Hüseynovanı təhqir etdiyi təsdiqlənib. Hətta Appelyasiya və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Afaq Əliyevanın təkzib verməsi və konpensasiya ödəməsi ilə bağlı qərar qəbul edib. Lakin Afaq əliyeva məhkəmə qərarlarını da heçə sayaraq, onları icra etmir, heç kimi təhqir etmədiyini vurğulayır. Ortada ekspertiza rəyi ola-ola bu cür açıqlama verən Əliyevanın məntiqi başa düşülən olmasa da, onun kimlərəsə arxalandığı gün kimi ortadadır. Ancaq Afaq Əliyeva unudur ki, ölkə hüquqi qanunlarla idarə olunur və Əliyeva gec-tez öz əməllərinə görə cəzasını alacaq. Çünki onun kimi müəllim adına ləkə gətirən bir şəxsin direktor vəzifəsində qalması gələcəyimizi təhlükə altına qoyan faktlardan biridir.



Həmçinin oxuyun:
201 nömrəli tam orta məktəbin direktorunun - ÖZBAŞINALIĞI ..

201 nömrəli tam orta məktəbin direktorunun - ÖZBAŞINALIĞI ..

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı

Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI