Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ
- Bu cür imtahan ilk dəfədir keçirilir. Sizcə istedadlı şagirdləri yetişdirə biləcək müəllimlərin aşkarlanması ölkəmizin dünyada olimpiada nəticələrinə təsir edəcəkmi?
- Bu çox yaxşı müsabiqədir. Çünki olimpiadaya gedəcək şagirdlə hər müəllim məşğul ola bilməz. Bu gün müəllimlərin əksəriyyəti ali məktəblərə qəbul testləri ilə məşğuldur. Həmin testlər də sanki tapmacadır. Test üsulu ilə irəli gedə bilmərik. Olimpiadaya uşaq yetişdirmək üçün ilk növbədə müəllimin potensialı olmalıdır. İndi Təhsil Nazirliyi bu müəllimlərin axtarışına çıxıb.
- Nəticələr açıqlanıb, yəqin siz də məlumatlısınız. Fənlər üzrə müəllimlərin bu imtahanda göstəriciləri çox aşağı hesab edilir. Siz necə düşünürsünüz?
- Müəllimlərin ixtisas fənnindən suallara cavab verərkən bu qədər aşağı nəticə göstərməsi ayıbdır. Nə suallar idi onlar? SSRİ dövründə qəbul sualları belə idi. Görün səviyyə necə aşağı düşüb. 90 faiz aşağı nəticə göstərmək nə deməkdir? Çünki əksəriyyəti testlə ali məktəbə qəbul olanlardır. Onlar da məcburiyyətdən müəllim olanlardır. Bir məqam anlaşılmalıdır ki, biz testlə irəli gedə bilmərik.
Bir tərəfdən həmin müəllimləri müəyyən qədər anlayıram. Onların çoxu olimpiada sualları ilə heç vaxt məşğul olmayıblar. Bir qismi mənimlə əlaqə saxlayır, heç vaxt belə suallar görmədiyini deyir. Növbəti illərdə gərək müəllimlər öz üzərində işləsinlər. Çünki müəllimin də səviyyəsi artmalıdır. Bu müsabiqənin nəticəsi göstərdi ki, bu işlə məşğul olan müəllimlərin sayı barmaqla sayılacaq qədərdir.
- Seyran müəllim, bu məsələyə yanaşmalar fərqli oldu. Təhsil Nazirliyinin rəsmisi bildirdi ki, nəticələr yaxşıdır, heç belə gözləmirlərmiş. Bir tərəfdən də belə fikirlər var ki, dünya səviyyəsində olimpiadalarda uğur qazanan şagirdlər var. Müəllimlərin səviyyəsi belədirsə, bəs həmin şagirdləri kim yetişdirir? Suallar nə qədər çətin olsa da, müəllimlərin əksəriyyətinin 50 faizdən aşağı nəticə göstərməsi nə qədər bəraət qazandırılacaq haldır?
- Bizim uşaqlarımız güclüdür. Türk liseylərinin müəllimləri ilə ünsiyyətdə olmuşam. Onlar da etiraf edir ki, ən güclü uşaqlar azərbaycanlılardan olur. Bu sözləri mənim çox xoşuma gəlir. Həqiqətən də bizim istedadlı uşaqlarımız çoxdur, əlimizdə xəzinə var, sadəcə onlarla işləyən müəllim ordusu lazımdır. Türk liseyləri Türkiyədən belə müəllimləri bura gətirir, dünyadakı məşhur professorları bu işə cəlb edirlər. Ona görə də həmin liseylərin şagirdləri olimpiadalarda daha yüksək nəticə göstərir. Bundan başqa həmin şagirdlərin internetə çıxış imkanları olduğundan daha çox məlumatlı olur. Lakin dünya olimpiadalarında biz hələ də zəifik. Çünki olimpiada ilə məşğul olan müəllim komandası yoxdur. Fizikadan bir neçə belə adam tanıyıram.
- Sizcə, bizdə nə üçün belə müəllimlər yetişmir?
- Bismarkın belə bir sözü var ki, "Ağıl yer kürəsini oynadan lingdirsə, onun dayaq nöqtəsi puldur”. Yəni bütün işlərin başında pul dayanır. Bu məsələni Təhsil İnstitutu səviyyəsində də qaldırmışam. Mənim 49 yaşım var, artıq bizim vaxtımız keçir, yeni nəsil yetişməlidir. Bu gün müəllimlər qazanc məqsədilə repetitorluqla məşğul olur, olimpiada işi kənarda qalır. İstəyirəm dünya olimpiadası üçün şagird hazırlayım. Lakin bunun üçün əvvəlcə özüm hazır olmalıyam. Çətinlik çəkəndə Moskva Dövlət Universitetinin professorlarından dəstək alıram. Şagirdlərimdən biri – Ataş Ələkbərov bu universitetdə professordur. Bu sahəyə yaxşı maddi dəstək olmalıdır ki, hər kəs işini bilsin. Təhsil Nazirliyindən bildirilir ki, məqsəd regionlarda şagirdlərin olimpiadaya hazırlanması üçün imkan yaratmaqdır. Dünyada olimpiadaya ciddi hazırlaşırlar. Mən maddi ehtiyac səbəbindən repetitorluq edirəm, ancaq şənbə - bazar günləri olimpiada ilə məşğul ola bilirəm. Bu da normal deyil. Müəlimlər bir yerə toplanmalı, təcrübə mübadiləsi aparılmalıdır. Bunun üçün isə başlıca şərt maddi dəstəkdir.
- Şagirdləri yetişdirəcək müəllimləri seçməzdən əvvəl onları yetişdirmək lazım deyilmi? Məsələn, hər fənn üzrə sizin kimi təcrübəli müəllimlər onları istiqamətləndirər.
- Məsələn, mənim konkret işim olmalıdır. Ancaq olimpiada ilə məşğul olmalıyam. Yəni təkcə uşaqları hazırlaşdırmaq deyil, özüm də hazırlaşmalıyam. Azərbaycan dilində bu istiqamətli material yoxdur. Məcbur olub xarici dillərdən tərcümə edib oxuyuruq. Üstəlik, kənd uşaqlarının evində rahatlıqla internetə çıxış imkanı olmur, dil bilgisi zəif olur. Onlar üçün hər bir yeniliyi müəllim təqdim etməlidir. Bunun üçün də maddi dəstək şərtdir. Bu zaman müəllim repetitorluqla məşğul olmaqdansa, öz üzərində işləyər.
- Müsabiqə nəticəsində ayrılan qrant olimpiadaya uşaq hazırlaşdırmaq üçün yetərlidirmi?
- Qrant üç aylıqdır ki, bu da çox deyil. Ayrılan vəsait isə yetərli olmur. Elə pul ayrılmalıdır ki, işim ancaq olimpiada olsun. Hətta qrantın müddəti bitəndən sonra da həmin uşaqları buraxmayım. İndi isə uşaqlar qısa zamanda dağılır. Həmin şagirdlərə də güzəşt edilə bilər. Şagirdlər bütün dərslərdə iştirak edərək olimpiadaya hazırlaşa bilmir.
- Şagirdlərin yüklənməsi məsələsinə toxunmuşkən bu mövzu son vaxtlar gündəmdədir. Siz təcrübəli müəllim kimi necə dəyərləndirirsiniz bu gün dərsliklərin vəziyyətini və şagirdlərin həddən artıq yüklənməsi fikirləri ilə razısınızmı?
- Bu gün yazılan dərsliklər qəlizləşdirilmiş formadadır. Bizim əvvəlki kitablar rus dilindən tərcümə idi, anlaşılırdı. Rusiyada uşaqların səviyyəsinə uyğun dərsliklər yazılır. Bizdə isə bir kitab yazılır, bütün şagirdlərdən onu mənimsəmək tələb edilir. Axı hər şagirdin qavrama qabiliyyəti var. Dərslikləri yazan mütəxəssis deyil. Alternativ dərsliklər olmalıdır. Bundan başqa şagirdlər çox yüklənir. Fizika üzrə olimpiadaya hazırlaşan şagird tarixi yüksək səviyyədə oxuya bilməz. Türk liseylərində bu şagirdlər əlavə hazırlaşdırılır.

"Bu müəllimlər işdən azad olunmalıdır"

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Problemsiz Tarix dərsliyimiz yoxdur” – Alim təhsilin əsas problemini açıqladı

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Müəllim işləmək məcburiyyətindəyəm?

Yaxşı müəllim kimdir?

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT